Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   21   22   23   24   25   26   27   28   29

 

54 


Burada  Rusiya  xalqçılarının  təsiri  duyulur.  Məlum  olduğu  kimi  onlar  da 

XIX  əsrin  sonunda  ―xalqa  doğru‖  şüarını  irəli  sürmüşdülər.  Əlbəttə,  biz  Hüseyn 

Mirzənin  rus  xalqçılarının  ideyalarından  xəbərsiz  olub-olmadığını  qəti  şəkildə 

söyləyə  bilmərik.  Bəlkə  də  müəllif  özü  bu  qərara  gəlmişdir.  Xalq  ilə  ziyalıların 

arasındakı səddi götürməkdə məqsəd bundan ibarət idi ki, ziyalılar xalqın içərisinə 

gedib  dərd-sərini,  ağrı  və  acılarını  öz  gözləri  ilə  görsünlər.  Xalqın  arzu  və 

istəklərinə yaxından bələd olsunlar. Sonra da bir çarə düşünüb tapsınlar. Bu, milli 

məfkurəmizdən  doğan  zərurət  idi.  Millətin  irəli  getməsini  istəyənlər,  yuxarıdakı 

vəzifəni  hökmən  yerinə  yetirməliydilər.  Xalq  ilə  ziyalılar  arasındakı  uçurum  dəf 

olunmalıdır.  ―Milli  məfkurə  və  arzularımızın  ziyalılarımızdan  istəyəcək  bir 

fədakarlıq daha vardır ki, o da ―xalqa doğru‖ getməkdən, dərdlərini öyrənməkdən,  

onun  (yəni  xalqın)  ağrılarını,  acılarını  duymaqdan,  səadətlərilə,  məsud  ələmlərilə 

mütəəllim  olmaqdan  və  müqabilində  çarələr  etməkdən  ibarətdir‖  (―Açıq  söz‖ 

qəzeti, 1916, № 85). 

Hüseyn  Mirzə  Camalov  kəndlərin  geriliyini  də  Azərbaycanda  tərəqqini 

buxovlayan  amillərdən  biri  hesab  edirdi.  O,  kəndlərin  vəziyyətini  ətraflı  şəkildə 

şərh  edirdi.  Kəndlərin  müasir  həyatdan  nə  qədər  geri  qaldığını  dönə-dönə 

söyləyirdi. Həqiqətən də eləydi. Kəndlilərin əksəriyyəti kotanın nə olduğunu belə 

bilmirdilər.  Əmək  məhsuldarlığı  aşağı  idi.  Torpağı  dədə-baba  qaydası  ilə  əkib-

becərirdilər,  savadsızlıq  baş  alıb  gedirdi.  Məhəmməd  Əmin  Rəsulzadə  də 

məqalələrində kəndlərin nə qədər geri qaldığını dəfələrlə qeyd etmişdi.  

Hüseyn Mirzə Camalov kəndlərin geriliyinin səbəbini aşağıdakı kimi izah 

edirdi. Onun fikrincə, kəndlərimiz əvvəla, ona görə geri qalırdı ki, dəmir yolların-

dan  uzaqda  yerləşirdilər.  İkincisi,  şəhərlərdən  uzaq  idilər.  Üçüncüsü  isə,  xaricdən 

heç bir kömək yox idi. Hüseyn Mirzə xüsusilə xaricdən köməyə çox bel bağlayır-

dı.  Lakin  baxaq  görək  xarisdən  kömək  dedikdə  o,  nəyi  nəzərdə  tuturdu  və  bu 

köməyi  kimlər  etməliydi.  O,  bu  suala  belə  cavab  verirdi:  ―Xaricdən  imdad 

deyirəm.  Bu  imdadı  kimlər  etməli?  Kimlər  edə  bilirlər?  Və  kimlər  edirlər?  Kiçik 

istiqraz və təavün cəmiyyətləri...‖  (yenə orada). 

Demək,  Hüseyn  Mirzənin  fikrincə,  kəndlərimizə  istiqraz  və  təavün 

cəmiyyətləri kömək edə bilərdilər. Yəni kəndlərimiz öz qüvvələri hesabına dirçələ 

bilməzdilər,  onlara  hökmən  yardım  etmək  lazım  idi.  İstiqraz  cəmiyyətləri 

kəndlilərə  kredit  buraxmalıydılar.  Təavün  cəmiyyətləri  isə  kooperativlər  idi. 

Kooperativlər kəndlilərə əl tutmalıydılar, yoxsa ―qolçomaqlar‖ kəndlilərin dərisini 

soyurdular.  Ona  görə  ki,  kəndlilərin  əksəriyyəti  kotan  və  bir  çox  digər  texniki 

ləvazimatdan  məhrum  idilər.  Əmək  alətinə  yiyələnmiş  bir  ovuc  ―qolçomaq‖  isə 

vəziyyətdən  istifadə  edərək  kəndliləri  soyub  talayırdılar.      Onlar      kəndlilərin  

ehtiyacını     görüb  arpa, buğda,  pambıq,  nə var isə, hamısına  kefləri    istədiyi 

qiyməti  verərək  haqqını  da  bəri  başdan  ödəyirdilər.  Məhsul  yığımı  zamanı  isə 

―rəncbər gözünü açıb da  beş rublaya satılan şeyi iki, yainki üç rublaya vermiş ol-

duğunu  görur.‖  Amma  kəndlinin  də  əlacı  yoxdur.    Nə  verirlərsə,  onu  da  götürür, 



 

55 


çünki  məcburdur.  Nəticədə  bir  tərəfdən  mütləqiyyətin,  digər  tərəfdən  də 

―qolçomaqların‖ zülmü altında  əzilir.  Bununla da  kəndlilərin o zaman nə qədər 

ağır  həyat  sürdükləri  aydın  olur.  Hüseyn  Mirzə      Camalov      kəndlinin    dərdlərini  

sadalamaqla   kifayətlənmir, həm də məsləhətlər verir. Bu ağır vəziyyətdən çıxmaq 

üçün  çarələr  duşünür.    O,  həyatın  mübarizə  olduğunu  söyləyir  və  bu  mübarizədə 

məğlub olmamaq üçün real həyatla uyğunlaşmağı tövsiyə edir. Bəs həyata uyğun-

laşmaq  nə  deməkdir?  O,  bunu  aşağıdakı  kimi  izah  edir:  ―Sənət,  elm  və  fənn 

günlərlə  deyil,  bəlkə  də  saatlarla  tərəqqi  edir,  mübarizeyi-həyatın  da      şərtləri, 

üsulu  bütün-bütünə  dəyişilir,  gündə  yeni  bir  makina  ixtira  edilir.  Yeni  makinalar 

isə  yeni  tərbiyə,  yeni  ―adamlar‖  törədir. Bir  millətin  bu  yeni  ―adamları‖  nə  qədər 

çox olursa, o millət bir o qədər irəliləmiş olur‖ (―Açıq söz‖ qəzeti,1916, № 86). 

Hüseyn Mirzə  Camalov əsas  diqqətini elmə   yönəldir. Elmi    cəmiyyətin   

məhsuldar    qüvvəsi    səviyyəsinə    qaldırır.  Onun  fikrincə,  elm  saatbasaat  inkişaf 

edir  və  gündə  bir  makina  ixtira  edilir.  Yeni  makina  isə  yeni  adamlar  tərbiyə  edir. 

Burada,  gördüyünuz  kimi,  ictimai  varlığın  ictimai  şüuru  təyin  etdiyini  göstərən 

marksizm  nəzəriyyəsi  özünü  büruzə  verir.  Ümumiyyətlə,  Hüseyn  Mirzənin 

yazılarında  da     bu     cəhət  özünü    qabarıq   şəkildə  göstərir.     Əgər    Azərbaycan   

ziyalılarının   əksəriyyəti ictimai şüura üstünlük verirdilərsə, Hüseyn Mirzə əksinə, 

ictimai  varlığa daha çox diqqət yetirirdi. M. Ə, Rəsulzadə, Y.Vəzirov, Ö.Faiq və  

başqaları  tərəqqini  ayrı-ayrı  şəxsiyyətlərin    dünyagöruşü,    savadı    ilə 

əlaqələndirirdilər. Hüseyn Mirzə  Camalov onlardan fərqli olaraq marksistlər kimi 

cəmiyyətin  maddi  həyatına  böyük  əhəmiyyət  verirdi.    Əlbəttə,  H.  M.    Camalov 

marksist  deyildi,  ancaq  baxışlarındakı  bəzi  cəhətləri  ilə  bu  nəzəriyyəyə  nisbətən 

yaxınlaşırdı. 

O,  Amerika  həyatından  nümunə  gətirir.  Amerika  ölkəsi  ona  görə  qabağa 

gedir ki, yeni ―makinalar‖ sınaqdan çıxan kimi istehsalata tətbiq edilir. Bununla da 

həm  istehsal  artır,  həm  də  yeni  makinada  işləyən  fəhlənin  biliyi  genişlənir.  Ona 

görə  ki,  fəhlə  yeni  makinanı  öyrənməyə  məcburdur,  əks  halda  ailəsini  dolandıra 

bilməyəcəkdir.  Hüseyn  Mirzə  həyata  donuq  bir  şey    kimi  deyil,  daim  hərəkətdə 

olan, inkişaf edən canlı varlıq  kimi baxır. O, hadisələrə marksistlər kimi dialektika 

baxımından    yanaşır.      Məsələn,      ―Xalqa    doğru‖  məqaləsində  yazır:  ―Həyati-

bəşərdə  təvəqqüf  görünməmiş  və  görünməyəcəkdir.  Bu  isə  ayın,  günəşin    və 

yıldızların seyrinə bənzər bir qanundur‖  (―Açıq söz‖ qəzeti,  1916, № 86). 

O, digər xalqların təcrübəsindən istifadə etməyi məsləhət görür. Məsələn, 

Rusiyanın  qərb  mahallarını  və  Finlandiya  kəndlərini  nümunə  gətirir.  Onlardakı  

kimi  şirkətlər,  istehlak  cəmiyyətləri  (camaat  dükanları)    qurmağı  tövsiyə  edir. 

Onun fikrincə,  bu şirkətlərin kəndlərə böyük köməyi dəyə bilər: məktəblər tikilər, 

telefon  xəttləri  çəkilər,  kəndin  bu  və  ya  digər  ehtiyacları  ödənər.  ―Rusiya  qərb 

mahallarının əksəriyyotində və Finlandiyada köylülər məhsullarından külli mənfəət 

götürmək  üçün  şirkətlər,  istehlak  cəmiyyətləri  (camaat  dükanları)  təşkil  edirlər. 

Gündəlik  südlərini,  yağlarını  həp  kəndi  şirkətlərinə  verib  qaba  alırlar,  hər  evdən 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə