Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   21   22   23   24   25   26   27   28   29

 

56 


―bir az‖ yığılmış olan yağ və süd yüz min putları aşır, bir çox yerlərə ixrac edilir və 

gözə  görüncək  mənfəət  götürülür.  Bu  ümum  mənfəətdən  şirkətin  daxili  işlərinə, 

köylərdə  məktəblər  təsisinə,  telefon  və  kinematoqraflar    açılmasına    da    sərf 

olunur‖  (―Açıq söz‖ qəzeti, 1916, № 86). 

Gördüyümüz kimi, müəllif burada kəndin abadlaşdırılmasını, mədəniyyətə 

qovuşmasını ön plana çəkir. Bundan ötrü təbiidir ki, çoxlu maddi vəsait tələb olu-

nur. Bəs bu maddi vəsait haradan alınmalıdır? Kəndlilərin birgə səyi ilə yaradılmış 

şirkətlərdən, yəni kooperativlərdən. O, kooperativ fikrini ardıcıl surətdə təbliğ edir, 

məziyyətlərindən  danışır.  Hətta  kooperativ  hərəkatının  tarixinə  nəzər  salır.  O 

göstərir  ki,  ilk  kooperativi  1844-cü  ildə  İngiltərədə  Roçdel  şəhərinin  fəhlələri 

yaratmışlar.  Hüseyn  Mirzənin  fikrincə,  həyat  mübarizədir,  odur  ki,  qəflət 

yuxusundan  ayılmaq  və  mübarizə  aparmaq  lazımdır.  ―Tənbəl‖  millətlərin  aqibəti 

faciə  ilə  nəticələnir.  Onlar  milli  mənliklərini  itirir  və  son    anda  tarix  səhnəsindən    

düşürlər.  ―Hazırkı  əsr  uyğu  va  qəflət  əsri  deyildir.  Mübarizeyi-həyat  bizləri  də 

başqa millətlərə ―boyunduruq‖ yoldaşı etmiş. Müvazinəyi saklamaz tənbəl öküzlər 

gibi hərəkət ―dərsək, daima ―vurulasaq‖, söküləcək və unudulacağız. Unudulub da 

―bənlikimizi‖ qaib edəcək, məhv olacaqız‖ (―Açıq söz‖ qəzeti, 1916, № 87). 

Hüseyn Mirzə yazır ki, elm və sənaye inkişaf etdikcə, millətlər  arasındakı   

iqtisadi      münasibətlər    də    inkişaf      edir,      millətlər    bir-birindən      asılı    olur.     

Həyat şəraiti dəyişir, tələbat artır və ehtiyac çoxadır. Gördüyümüz kimi, müəllifin 

elm  və sənayenin  inkişafına baxışı  maraqlıdır.  Elm   və sənayenin  inkişafı  onun 

nəzərində yalnız  iqtisadi deyil,  həm də ictimai məna daşıyır. Bu inkişaf millətlər 

arasında bir  növ körpü rolunu oynayır. Lakin bununla yanaşı tələbat və ehtiyac da   

artır. Bəs bu tələbat    nə cür ödənilməlidir? Əlbəttə, müstəhlikin cəmiyyətlərinin 

köməyi ilə. Müstəhlikin cəmiyyətləri də kəndin mədəniləşməsinə və irəliləməsinə 

kömək edə  bilər. ―Elm, fənn və sənaye tərəqqi etdikcə millətlər arasındakı  iqtisadi    

münasibətlər sıxlaşır, şəraiti-həyatiyyə dəyişilir, tələbat artır və ehtiyac da  çoxalır. 

Müstəhlikin    cəmiyyətləri    isə  bu ehtiyaca qarşı əvvəlinci bir silah olub da yüz 

minlərcə  möhtacların  əlindən  yapışır,  onları  fəlakətdən  qurtarırlar‖  (―Açıq  söz‖ 

qəzeti, 1916, № 103). 

Ömər  Faiq  ―Milli  məsələlərimizin  vəqtimi?‖  silsilə  məqalələrində  sosial 

tərəqqi probleminə toxunur və bu problemi müxtəlif səmtlərdən tədqiq edir. O, hər 

şeydən əvvəl sosial tərəqqidə mətbuatın rolunu yüksək qiymətləndirir. Onu millətin 

güzgüsü adlandırır. Ömər Faiq öz fikrini bu cür ifadə edir: ―Biz elə sanırıq ki, hər 

millətin mətbuatı o millətin ən parlaq güzgüsüdür ki, oraya baxdıqca insan üstündə 

olan  ləkələri,  çirkinlikləri,  qüsurları  qaldırmağa  və  özünü  daha  təmiz,  daha  gözəl 

etməyə çalışar‖ (―Açıq söz‖ qəzeti, 1915, № 31). 

Onun  fikrincə,  mətbuat  millətin  həyatında  islahedici  qüvvə  kimi  çıxış 

etməlidir.  Millətin  qarşısında  duran  bu  və  ya  digər  məsələ  mətbuat  səhnfələrində 

müzakirə  edilməlidir.  Şübhəsiz  ki,  o  millətin  inkişafı,  irəli  getməsi  də  bu 

məsələlərin  həllindən asılıdır. Lakin Ömər Faiq işin bir cəhətini də  yada salır. Bu 



 

57 


da  ondan  ibarətdir  ki,  çarizmin  əsarəti  altında  yaşayan  millətin  ixtiyarı  özündə 

olmadığından  onun  arzularının  həyata  keçməsi  hökumətin  əlindədir.  Hökumət 

eşitməsə  də,  onun  mütərəqqi  rus  inkişafiyyəti  eşidəcək  və  hər  şeydən  agah 

olacaqdır. ―Millətin ehtiyacını, ―millət came‖inin minbərləri olan mətbuat səhifələ-

rində  müzakirə  edəlim.  İstədiklərimizi  hökumətə  olmasa  da,  adil  hökumətin, 

ədalətli  qanunun  vazei  olan  mütərəqqi  rus  sinfinə  olsun  bildirəlim‖  (―Açıq  söz‖ 

qəzeti, 1915, № 31). 

Ömər  Faiq  mənsub  olduğu  xalqa  qarşı  çar  Rusiyasının  yeritdiyi  ayrı-

seçkilik siyasətinə də öz etiraz səsini ucaldır. Bu siyasətin nəticəsində xalqın arzu 

və  istəkləri    nəzərə    alınmır,    inkişafın    qarşısına  sədd  çəkilir.  Halbuki  Qafqaz 

türkləri  rus  taxt-tacına  sədaqətlərini  dəfələrlə  sübut  etmişlər.  Lakin  çar  hökuməti 

bütün bunları görmür, yaxud da görmək istəmir. Bax, Ömər Faiqin hökumətə etibar 

etməməyinin  bir  səbəbi  də  budur.  ―Hökumətimiz  osmanlı  türk  hökumətilə  dəva 

edir, öz təbəəsi olan türklərlə yox. Həm oylə bir təbəə ki, imdi degil, yüz illərcə öz 

sədaqətini,  öz  vəfapərəst  adətini  sözlə  deyil,  yeri  gələndə,  qan  və  qılınc  ilə  də 

bildirmiş və bildirməkdədir. Bizim gibi saf ürəkli bir millətə xəyanət isnad etməyin 

özü xəyanətdir, cinayətdir‖. (yenə orada). 

Müəllif  daha  sonra  qeyd  edir  ki,  təkcə  məhkum    millətlər  deyil,  hakim 

millətlər  də  tərəqqi  naminə  müxtəlif  tədbirlərə  əl  atırlar.  Bununla  hökuməti 

gücləndirmək  istəyirlər.  Lakin  bundan  ötrü  bir  şərtə  də  əməl  etmək  lazımdır. 

Millətlər  hüquqca  bərabər  olmalıdırlar.  Əks  halda  ziddiyyət  əmələ  gələr  və  ölkə 

çaxnaşmaya düşər. Nəticədə isə inkişafın qarşısı alınar və ölkə irəli gedə bilməz. 

Qafqaz müsəlmanları hüquqsuzluq içində boğulub   gedir, onların hətta ən 

adi  maarif  ehtiyacları  ödənilmir.  Qafqaz  müsəlmanları  hüquqsuzluq  içində    

boğulduqları  halda  digər  xalqlara  maarif  sahəsində  bol-bol  hüquqlar  verilir. 

―Qafqazda  ən  ziyadə  maarif  ehtiyacı,  hüquqsuzluq  bəlası  içində  boğulan  bizik. 

Umulur  ki,  bir  əsrə  yaxın  zamandır  qonşularımıza  verilən  həqq  və  musaidə  ―bu 

gün‖ olsun  bizdən  əsirgənməz, bizə çox görülməz‖ (―Açıq söz‖ qəzeti, 1915, № 

44). 

Mütləqiyyət azərbaycanlılara mədəniyyətini inkişaf etdirməyə belə imkan 



vermir.  Hər  hansı  təşəbbüsü  beşiyindəcə  boğur.  ―İnsaf  edilsin,  zamanın  böylə  bir 

vəqtində 25—30 milyon biz Rusiya türklərinin milli mədəniyyətimiz  adına  hansı  

bir  idarəmiz,  hansı bir təşkilatımız var?‖ (yenə orada). 

Ömər  Faiq  maarif  məsələsinə  böyük  əhəmiyyət  verir,  onu  hətta  millətin 

ölüm-dirim  məsələsi  adlandırır.  Şübhəsiz  ki,  bu,  maarif  məsələsinə  müəllif 

tərəfindən  verilən  yüksək  qiymət  idi.  Onun  fikrincə,  azərbaycanlılar  maarif 

sahəsində geridə qalır. Qarşıda həlli gözlənilən çoxlu problem yığılıb qalmışdır. Bu 

problemləri  həll  etmək  isə  bir-iki  nəfərin  iqtidarında  deyildir.  ―Maarif  müdirinin 

yapılacağı da şəksiz tək-tək şəxslərə müraciət edib rəy toplamaq və bu nöqsan yol 

ilə ehtiyacımızı yarımyamalaq tutub işə bir tövr sərəncam verməkdir‖. (―Açıq söz‖ 

qəzeti,  1915, № 54). 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə