Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   21   22   23   24   25   26   27   28   29

 

48 


mədəniyyət    nuru gətirməliydilər. Savadsızlığın baş alıb getdiyi kəndlərimizdə bir 

neçə  ildən  sonra,  heç  olmasa  yazıb-oxumağı  bacaran  gənclər  meydana  gələcəkdi. 

Onlar  daha  valideynləri  təki  ―hansı  millətdənsən‖  sorğusuna  ―müsəlmanam‖ 

cavabını  verməyəcəkdirlər,    millətin    nə  olduğunu      az-çox  dərk  edəcəkdilər. 

Beləliklə  də,  xalqın  mədəni  tərəqqisi  uğrunda  mübarizə  aparanların    cərgəsi 

artacaqdı. Maraqlıdır ki, M. Ə. Rəsulzadə ali məktəblərlə müqayisədə ibtidai mək-

təblərə daha böyük üstünlük vermişdir, Onun fikrincə, ibtidai təlimin millətə xeyri 

müqayisəedilməzdir. Mühəndis, həkim, vəkil və sairəyə fikir verməkdənsə, onları  

yetişdirməkdənsə,    ibtidai    təhsili    genişləndirmək  lazım    idi.  ―Fəqət  təəssüf 

etməlidir  ki, milli həyatımızda bu qədər böyük bir əhəmiyyətə malik əvvəla ibtidai 

təlimə  bu  vəqtə  qədər  o  ki  lazımdır  əhəmiyyət  verməmişik.  Xeyrat  və  ehsan 

sahibləri  ilə  cəmiyyətlər  bu  günə  qədər  həman  ali  mədrəsə  şagirdləri,  istudentləri 

nəzərə  almış  və  mümkün  olduğu  qədər  doktor,  injener.  advokat  və  sairə 

yetişdirməyə çalışmışdır. Halbuki bu o qədər də müvafiq deyildir‖ (―İqbal‖ qəzeti, 

1914,  №  811).  Əlbəttə,  bunun  səbəbini,  ilk  növbədə,  onun  ibtidai  təhsilin  düzgün 

qurulmasına,  xalqın  daha  geniş  hissəsini  əhatə  etməsinə,  milli  tərbiyə  əsaslarının 

formalaşdırılmasına verdiyi böyük əhəmiyyətdə axtarmaq lazımdır.  

M. Ə.  Rəsulzadədən başqa  Yusif    Vəzirov (Yusif Vəzir  Çəmənzəminli) 

də xalqın tərəqqisində maarif və mədəniyyətə   mühüm  yer   ayırırdı. O,  Rusiya—

Yaponiya   müharibəsindən  sonra  Şimali  Azərbaycanda     maarif  və mədəniyyət  

uğrunda      mübarizənin    geniş  vüsət    aldığını  göstərir  və  bu  hərəkatın  kökünü  bu 

müharibədən Rusiyanın   məğlubiyyətlə     çıxmasında  görürdü. Yaponların ruslar 

üzərindəki  qələbəsi,  onun  fikrincə,  bütün  Asiya  qitəsini  silkələdi.  Bununla  

əlaqədar  olaraq  islam  aləmi  də  hərəkətə  gəldi.  Yusif  Vəzirov  bu  barədə  yazırdı: 

«Yaponların  Uzaq  Şərqdə  ruslara    qələbə     çaldıqları cəmi Asiyaya əcaib bir 

təsir buraxdı. Əsrlərcə yuxuya getmiş qövmlər hərəkətə gəlib ayılmağa başladılar. 

İslam  aləmi  də  bu  hərəkətə  bac  verib  tərpəndi,  gözlərini  açdı.  Kəsalətli  üzündə 

dirilik  nişanələri  göstərdi.  Rusiya  türkləri  ―maarif‖  deyə  səsləndilər.  Məktəb, 

mətbuat,  xeyriyyə  və  maarif  cəmiyyətləri  ortalığa  çıxdılar‖  (―Açıq  söz‖  qəzeti, 

1916, № 160). 

Demək,  müəllif  Azərbaycan  maarifçilik  hərəkatının  güclənməsinin 

kökünü  Rusiya—Yaponiya  müharibəsinda  axtarırdı.  Rusların  müharibədə 

məğlubiyyəti  Azərbaycanda  yerli  əhalinin  siyasi  şüurunu  oyatmışdı.  Onlar 

oxumaq, yazmaq, bilik qazanmaq istədilər. İlk tələbləri də bu oldu. Sonra xeyriyyə 

cəmiyyətləri  yarandı,  məktəblər  meydana  gəldi  və  milli  mətbuat  işıq  üzü  gördü. 

Bunların  hamısı  xalqın  həyatında  böyük  hadisə  idi.  İlk  növbədə  ona  görə  ki, 

Azərbaycan xalqının bir millət kimi təşəkkülünə kömək edirdi. Həm də xalq milli 

ruhda  tərbiyələnirdi,  ətrafda  baş  verən  hadisələrə  daha  açıq  gözlə  baxmağa 

başlayırdı.  Xeyirini  və  ziyanını,  dostunu  və  düşmənini  getdikcə  daha  artıq 

tanıyırdı. Yusif Vəzirov bu məsələdə  mətbuatın roluna  xüsusilə böyük əhəmiyyət 

verirdi. O, mətbuatın vəzifəsini xalqa yol göstərməkdə, onu öyrətməkdə görürdü. 



 

49 


Yusif Vəzirovun ―Nicatımız ariflərlə bağlıdır‖ adlı digər məqaləsi də milli 

tərəqqiyə  münasibət  baxımından  diqqəti  cəlb  edir.  O,  millətin  tərəqqisini  ariflərin 

olması  ilə  sıx  bağlayırdı.  Ariflər  deyəndə,  ali  təhsilli  oğlan  və  qızları  nəzərdə 

tuturdu. O, bu ariflərin qarşısına bir sıra etik tələblər qoyurdu. Yəni hər ali təhsilli 

oğlan və ya qız arif ola bilməzdi. Arif olmaqdan ötrü bir sıra şərtlərə əməl etmək 

lazım idi. Y.Vəzirov yazırdı: ―Çox fikirdən sonra bu yerə gəldim ki, bizi diriltsələr, 

ariflərimiz dirildəcəklər. Arifliyi də təşkil edən, zənnimcə, gərək ali məktəb qurtar-

mış qız və oğlanlar olaydılar. Bu əvvəlinci şərt idi. İkinci şərt bu idi ki, ariflərimiz 

kamil  olmalı  idilər,  kamillik  də  ibarət  idi  geniş  məlumatdan,  ayıq  fikirdən  və 

səlamət  məsləkdən.  Bunlardan  başqa  arifə  səmimiyyət  lazım  idi  ki,  fikirlərini 

özgələrə  lazımınca  qandırmağa  və  təlqin  etməyə  müvəffəq  olsun...  arifə 

səmimiyyətdən  səva  bir  həvəs  də  lazımdır  ki,  başladığı  xeyir  işdə  lazımi 

məqsədlərə nail ola bilsin‖ (―Açıq söz‖ qəzeti, 1916, №  203). 

O,  ali  təhsilli  gənclərə  nəyə  görə  bu  qədər  əhəmiyyət  verdiyini  bununla 

izah edirdi ki, tələbə həyatı ariflik məktəbi üçün ən əlverişli vaxt idi. Edadi   (orta)  

məktəblər    bu  sahədə  kifayət  qədər  iş  görə   bilmirdi,  ona  görə  ki,  burada  ana  dili 

dərsi keçilsə də, qeyri-məcburi idi,  ilahiyyat  və türk dili   müəllimləri  çatışmırdı. 

Bundan  başqa  edadidəki dərslərin çətinliyi    də buna mane olurdu. Odur  ki, Y. 

Vəzirov tələbəliyə böyük ümid bağlayırdı. Lakin tələbəliyi görəndən sonra, tələbə 

həyatı  ilə yaxın tanışlıqdan  sonra xəyalları    ―həqiqət aləminə  toxunub  hərcmərc 

oldu.‖  Müəllifin  fikrincə,  tələbə  daim  öz  üzərində  işləməlidir.  Hər  şeyi  özü  başa 

düşməlidir,  daha  özgə  sözünə,  özgə  nəsihətinə  möhtac  qalmamalıdır.  Tələbələrdə 

milli ruh güclü olmalıdır. Millətin halını görüb ona  bir çarə düşünməlidirlər. Lakin  

Yusif  Vəzirov yuxarıda  sadaladığı keyfiyyətlərin heç birini o zamankı  tələbələrdə   

görməmişdir.  Axırda o, belə qənaətə gəlmişdir ki, ariflik ana südü və ev tərbiyəsi 

ilə  yaranır.    ―Analıq    bir  ilmədir  ki,  diriliyimiz  ona  bağlıdır.  Yuxarıda  ərz  elədim 

ki, bizə nicat   versə,   ariflərimiz   verəcəklər. Ariflik  də   ana südü ilə ev tərbiyəsi 

ilə pərvəriş tapar‖ (―Açıq söz‖ qəzeti, 1916, № 203). 

Yusif  Vəzirovun  M.  Ə.  Rəsulzadə  təkin  xalqın  savadlı  şəxslərinə  böyük 

ümid  bəsləməsi  əbəs  deyildi.  Qeyd  olunduğu  kimi,  yerli  əhali  o  zamanlar 

savadsızlıqda  daha  çox  əziyyət  çəkirdi.  Bir  tərəfdən  də  çarizm  müsəlmanların, 

xüsusən  də  türklərin  maariflənməsinə  heç  bir  həvəs  göstərmirdi.  Hər  ikisi-M.  Ə. 

Rəsulzadə  də,  Yusif  Vəzirov  da  məhz  milli  kökündən  üzülməyən  savadlılara  bel 

bağlayırdılar. Fərq bircə onda idi ki, M. Ə. Rəsulzadə məsələyə daha geniş baxırdı 

və onun həllini milli azadlıq ilə əlaqələndirirdi. 

Y.  Vəzirov  tələbələrlə  bağlı  tənqidi  mühakimələrini  ―Bizim  istudentlər‖ 

məqaləsində  daha  geniş  və  ətraflı  şərh  etmişdir.  İlk  növbədə,  o,  tələbələrin  ana 

dilinə  münasibətlərini  tənqid  atəşinə  tuturdu.  O,  Kiyevdə  müsəlmanların  tələbə 

şurasında  rusca  danışıldığını  görüb  əhvalı  pozulmuş  və  üzünü  tələbələrə  tutub 

demişdir: ―Biz  millətin ziyalılarıyıq. Millət bizi gözləyir ki, onun yaralarına dəva 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə