Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

 

46 


isə  olduqca  mühüm  idi.  Çünki  kəndlərdə  o  zaman  savadsızlıq  baş  alıb  gedirdi. 

Kəndlilər  hətta  adlarını  belə,  yaza  bilmirdilər.  Rəsmi  sənədlərə  imza  əvəzinə 

barmaq basırdılar. Qəzetin, kitabın nə olduğunu bilmirdilər. Dünyagörüşləri yalnız 

yaşadıqları kəndlə məhdudlaşırdı. 

1914—1917-ci  illərdə  kəndlərimizin  vəziyyəti  olduqca  ağır  idi.  Bir 

tərəfdən  savadsızlıq,  digər  tərəfdən  isə  ehtiyac  və  məhrumiyyət  kəndliləri  sıxırdı. 

Onların  bu  vəziyyətə  düşməsi  imperiyanın  müstəmləkəçilik  siyasətindən  irəli 

gəlirdi.  Çünki  artıq  deyildiyi  kimi,  türk  millətinin  dirçəlməsi,  milli-mənliyinin 

təşəkkülü mütləqiyyətin mənafeyinə cavab vermirdi. Çarizm küt və avam saydığı, 

demək  olar  ki,  insan  hesab  etmədiyi  yad  dilli,  yad  dinli  bir  kütlənin  vəziyyətini 

yaxşılaşdırmağı  heç  ağlına  da  gətirmirdi.  Məhz  bu  səbəbdən  də  min  bir  hiylə  və 

kələklə  əhalinin  savadlanmasına  və  maddi  rifahının  yaxşılaşmasına  mane 

olurdular. 

Lakin M.  Ə.   Rəsulzadə ruhdan    düşmürdü.    Kəndin, ümumiyyətlə isə 

millətin  tərəqqisi,  mədəni  yaşayışı  üçün  müxtəlif      çarələr  düşünüb      tapırdı.      O,   

məqalələrinin  birində  fikrini  aşağıdakı  kimi  ifadə  etmişdir:  ―Mədəni  yaşayış  üçün 

üç  əsas  lazımdır:  milliyyət,  beynəlmiləliyyət  və  əsriyyət.  Milliyyətin  rüknü  ana 

dili,  beynəlmiləliyyətin  əsası  din  və  əsriyyətin  binası  əsrə  hakim  olap  ülum  və 

fünun  ilə  məhəllinə  görə  onun  vasitəsi      olan    dillərin    öyrənməsidir‖  (―İqbal‖ 

qəzeti,   1914 № 811). 

Bu  fikir  əslində  Əlibəy  Hüseynzadədən  götürülmüşdü.  M.  Ə.  Rəsulzadə 

özü  bu  barədə  belə.  yazırdı:  ―Vəqtilə  möhtərəm  Əlibəy  Hüseynzadə  əfəndi 

―Füyuzat‖da  ―islam  əqidəli,  türk  qanlı  və  Avropa  qiyafəli  bir  insan  olalım‖  

demişdi  ki,  qəsdi də  bu idi‖   (yenə orada). 

Beləliklə,  Məhəmməd  Əmin  Əlibəy  Hüseynzadənin  ―islam  əqidəli,  türk 

qanlı  və  Avropa  qiyafəli  insanı‖  ifadəsi  üzərində  bir  balaca  əməliyyat  aparıb 

mənasını dəqiqləşdirmişdir. ―Kənd məktubları‖ məqaləsində («İqbal» qəzeti, 1914, 

№  811)  bunu  ―milliyyət,  beynəlmiləliyyət  və  əsriyyət‖,  ―Tutduğumuz  yol‖ 

məqaləsində («Açıq söz» qəzeti, 1915, №1) ―dil, din və zaman‖ və nəhayət həmin 

məqalədəsə bir az da irəli gedib ―türkləşmək, islamlaşmaq və müasirləşmək‖ kimi 

ifadə  etmişdir.  Gəlin  bu  anlayışlar  ilə  bir  az  yaxından  tanış  olaq. Tanışlıq  zamanı 

M.  Ə.  Rəsulzadənin  özünə  istinad  etməyə  çalışacağıq.  Məsələn,  türkləşmək 

barəsində o belə yazırdı: ―Dilcə biz türkük, türklük milliyyətimizdir. Binaən əleyh 

müstəqil  türk  ədəbiyyatı,  türk  sənəti,  türk  tarixi  və  türk  mədəniyyətinə 

malikiyyətimiz  məqsədimizdir.  Parlaq  bir  türk  mədəniyyəti  isə  ən  müqəddəs 

qayeyi-amalımız, işıqlı yıldızımızdır‖ (―Açıq söz‖ qəzeti, 1915, № 1). 

Biz  indiyəcən  Rəsulzadənin  türkləşməyini  başqa  cürə  yozurduq.  Yəni 

türkləşməyə  siyasi  damğa  basırdıq,  guya  türkləşmək  osmanlılaşmaq  deməkdir. 

Guya  o,  Şimali  Azərbaycanı  osmanlı  Türkiyəsinə  calamaq  istəyirdi...  Bəs  onda 

türkləşmək  nə  deməkdi?  Hansı  mənanı  daşıyırdı?  Xatırlamaq  yerinə  düşər  ki, 

azərbaycanlıları o zaman həqarətlə gah ―tatar‖, gah da ―Persian‖ deyə çağırırdılar. 



 

47 


Qəsdən  xalqın  etnik  mənşəyini  dolaşdırırdılar.  Milliyyətini  təhrif  edirdilər.  M.  Ə. 

Rəsulzadə  isə  bütun  bu  dolaşıqları  açdı,  xalqın  adını  özünə  qaytardı.    Başa    saldı   

ki,    türkləşməyi      əsasən    bu    mənada,  xalqa  öz  adını  tanıtdırmaq  mənasında 

anlamaq  lazımdır.  Türkləşmək  sözün  geniş  mənasında  müstəqil  türk  ədəbiyyatı, 

müstəqil  türk  mədəniyyəti  yaratmaq  idi.  Bu  isə  dünya  xalqları  içində  özünü 

göstərmək arzusundan irəli gəlirdi. 

İndi baxaq görək ki, M. Ə. Rəsulzadə dinimiz barəsində nə deyir. ―Dincə 

müsəlmanıq. Hər bir din öz mütədəyyinləri arasında məxsus bir təməddün vücuda 

gətirmişdir  ki,  bu  təməddun  də  bir  beynəlmiləliyyət  səbəbi  təşkil  edir.  Müsəlman 

olduğumuz  üçün  biz  türklər  beynəlmiləliyyəti-islamiyyəyə  daxilik‖  (yenə  orada). 

Gəlin  islamlaşmaq  anlamının  şərhindən  əvvəl  türkləşmək  və  islamlaşmaq 

anlayışlarının  inkişaf  xəttini  izləyək.  Ə.  Hüseynzadənin  dilində  türkləşmək  ―türk 

qanlı‖ kimi  səslənmişdir. M. Ə. Rəsulzadə  isə  onu aşağıdakı şəkildə  dəyişmişdir: 

türk qanlı—milliyyət—dil— türkləşmək. İslamlaşmaq isə Ə. Hüseynzadədə ―islam 

əqidəli‖,  M.  Ə.  Rəsulzadədə  beynəlmiləliyyət—din—islamlaşmaq  kimi 

səslənmişdir. Nəzərə almaq lazımdır ki, Ə. Hüseynzadə fikrini şərh edərkən ―islam 

əqidəli‖ ifadəsini başda işlətmiş; əsas vurğunu dinə yönəltmişdir. M. Ə. Rəsulzadə 

isə  milliyyəti  ön  plana  çəkərək  əsas  diqqətini  ona  vermişdir.  Demək,  M.  Ə. 

Rəsulzadənin milliliyə daha  çox üstünlük verməsi şübhə doğurmur. 

O,  dini  bir  növ  milliliyə  uyğunlaşdırmağa  çalışmışdır.  Din  hər  şeydən 

əvvəl  milliliyə  xidmət  etməli,  milliliyi  uca  tutmalı  idi.  Milli  inkişafın  qabağına 

sədd  çəkən,  milli  dili  və  milli  adət-ənənəni  boğan  dinlər  islah  olunmalı  və  vahid 

milli amala uyğunlaşdırılmalı idi. 

Müasirləşmənin 

kökü 

Ə. 


Hüseynzadənin 

―Avropa 


qiyafəli‖ 

kəlməsindədir.  M.  Ə.  Rəsulzadə  bu  kəlməni  aşağıdakı  şəkildə  dəyişdirmişdir: 

əsriyyət—zamap—müasirləşmək. Yeri gəlmişkən qeyd edək ki, Məhəmməl Əmin 

yuxarıda adını çəkdiyimiz hər üç anlayışa eyni məzmunu vermişdir. ―Zəmanca da 

biz texnikanın (aliyyatın), elm və fənnin möcüzələr yaradan bir dövründəyik. Türk 

və  müsəlman  qalaraq  müstəqilən  yaşamaq  istərsək,  mütləqən  əsrimizdəki  elmlər, 

fənnlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənasıyla, zəmanə adamı 

olmalıyıq‖ (―Açıq söz‖ qəzeti, 1915, № 1). 

M. Ə. Rəsulzadə kəndlərimizin millətin özəyini təşkil edən bu üç əsasdan 

məhrum olduğunu söyləmişdir. Milli mədəniyyət isə bu üç əsasın üzərində qurulur. 

Əgər  belədirsə,  kəndi    cəhalətin  əlindən        nə    cür        qurtarmaq  olar?  Nə  kimi      

vasitələrin  köməyi  ilə  kəndin  səviyyəsini  qaldırmaq  mümkündür?  Maarif  və 

mədəniyyəti  kəndimizə  hansı  yolla  gətirməliyik?  Rəsulzadə  bu  sualların  hamısına 

qısa cavab verir. ―Başqa bir təriqlə degil, imdiki halda  kəndlərdə açılmaqda olan 

―işkolalar‖ vasitəsilə‖ (yenə orada). O, kəndlərdə  açılan ibtidai məktəblərə böyük 

əhəmiyyət  vermişdir.  Bu  məktəblər  hələlik  nə  qədər  kiçik,  nə  qədər  nöqsanlı 

olsalar da, ―həqiqətdə  böyük  və  parlaq  mədəni bir  həyatın  üç  böyük  əsasını  əvəz 

edirlər‖.  M.  Ə.  Rəsulzadə  yazırdı  ki,  ibtidai  məktəblər  kəndlərə    maarif  və  




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə