Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

 

44 


Göründüyü  kimi,  M.  Ə.  Rəsulzadə  dili  mədəniyyətin  kökü  hesab  edərək 

ona  müstəsna  əhəmiyyət  vermişdir.  Ümumiyyətlə,  o,  dil  məsələsinə  dəfələrlə 

toxunmuşdur. Dili xalq yaradır və xalq da təkmilləşdirir. Dil milli mədəniyyətdə o 

qədər  vacib  ünsürdür  ki,  deyildiyi  kimi  onsuz  nəinki  milli  mədəniyyət,  hətta 

millətin  özü  belə  mövcüd  ola  bilməz.  Bir  millətin  qəsdində  duran  siyasilər  ilk 

növbədə,  onun  dilini  məhv  etməyə  çalışırlar:  ―Dil  mədəniyyətin  hamısını  təşkil 

etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv 

edib  aradan  götürmək  qəsdində  olan  siyasilər  də  əsl  bunun  üçundür  ki,  təmsil 

(asimilyasion)  əməliyyatı  icra  edərkən  ən  birinci  fikirlərini  dilə  verər  və  ən  əvvəl 

bir millətin dilini yaddan çıxartmağa səy edərlər‖ (―Dirilik‖ məcmuəsi, 1914, № 6). 

Milli dili inkişaf etdirib yaşatmaqdan ötrü lüğətlər tərtib olunmalıdır. Xalq 

ədəbiyyatı  nümunələri  toplanmalıdır.  Məsələn,  xalq  arasında  geniş  yayılan 

rəvayətlər,  əfsanələr  və  nağıllar  toplanıb  elmi  surətdə  təhlil  və  təsnif  edilməlidir. 

Bununla  ədəbiyyat  xalqa  yaxınlaşar,  tərəqqiyə  geniş  yol  açılmış  olar.  Bununla 

bərabər,  Rəsulzadə  ədəbiyyat  tarixini  yazmağı  da  zəruri  bilmişdir.  Millətin 

tərəqqiyə nail olmasından ötrü bunu da əsas şərtlərdən biri hesab etmişdir. 

Bəs  mədəniyyət  nədir?  Məhəmməd  Əmin  Rəsulzadə  bu  suala  ―Dirilik 

nədir?‖  məqaləsində  cavab  vermişdir.  O,  mədəniyyət  anlayışına  burada  fəlsəfi 

baxımdan  yanaşmışdır,  yəni  onu  ümumiləşdirmişdir.  Onun  fikrincə,  mədəniyyət 

bəşəriyyətlə  təbiətin  davasından  qazanılan  qənimətdir.  Hər  hansı  millət  daha 

bacarıqlı  və  daha  qüvvətlidirsə,  o  millət  təbiətdən  aldığı  qənimətdən  daha  çox 

istifadə  edir.  Tərəqqini  anlamayan,  mədəniyyətdən  xəbərsiz  olan  millətlərin 

öhdəsinə ancaq işləmək düşür. Onlar nə qədər işləsələr də, zəhmətlərinin bəhrəsini 

görmürlər.  ―Gördüyümüz  mədəniyyət,  içində  bulunduğumuz  ümran  iştə 

bəşəriyyətin  təbiətlə  etdiyi  dəvalardan  aldığı  qənimətlərdir.  Hər  hankı  millət  ki, 

təbiətə  qarşı  icra  olunan  müharibədə  daha  bacarıqlı  və  daha  qüvvətlidir,  o  millət 

təbiətdən  alınan  qənimətdən  də  daha  ziyadə  istifadə  edir,  hələ  yalnız  bununla 

qalmayıb  dünyanın  nemətlərini  təqsim  edərkən  diri  millətlər  özlərinə  hər  kəsdən 

ziyadə  pay  çıxarırlar...  Millətlər  qüvvətli  və  tərəqqi  olmadıqca  və  diriliyə  mənai-

həqiqi  və  maddisilə  anlamadıqca  təbiətdən  alınan  qənimətlərdən  hisslərinə  ancaq 

bir qüvvəti-layəmut düşər‖  (―Dirilik‖ məcmuəsi, 1914, № 1). 

Demək, millətlər tərəqqiyə can atmadıqca, həyatlarını düzgün qurmadıqca 

əməlləri boşa çıxar. M. Ə. Rəsulzadə diri millət dedikdə, özünü dərk edən, milli şü-

ru  yetkinləşən  milləti  nəzərdə  tutmuşdur.  O,  ―Milli  dirilik‖  silsilə  məqalələrinin 

birinci hissəsində  mədəniyyətin kökündən daha  geniş  yazmışdır. Əgər dil millətin 

zahiri və batinidirsə, daxili aləminin  ifadəçisidirsə,  yaşadığı həyat, keçirdiyi tarix, 

uzun illər ərzində qazandığı   adət-ənənə təməl daşıdır. Buna  görədir ki, ayrı-ayrı 

xalqların  mədəniyyəti  bir-birindən  fərqlənir.  Buna  görədir  ki,  hər  xalqın 

mədəniyyəti özlüyündə müstəsna əhəmiyyət kəsb edir. Rəsulzadənin fikrincə, milli 

mədəniyyətlərə  qiymət  vermək  qeyri-mümkündür.  Ona  görə  ki,  milli  mədəniyyət 

əvəzsizdir, təkrar olunmazdır. 



 

45 


Milli  mədəniyyətin  təşəkkülü  üçün  müqəddəm  şərq  sərbəstlikdir.  Millət 

öz  mədəniyyətini  inkişaf  etdirməkdə  sərbəst  olmalıdır.  M.  Ə.  Rəsulzadə  həmin 

fikrini  aşağıdakı  kimi  ifadə  etmişdir.  ―Alman  milləti—  german  irqi  özünün 

istiqlalını  təmin  eləməsə  və  öz  mədəniyyət  xassəsini  mühafizə  etməsə  idi, 

bəşəriyyət  Şopenhauer,  Fixte,  Höte,  Faust,  Qottenberq  və  Livter  gibi  dühaları  da 

görməyəcək  idi.  Fransa  digər  bir  irq  və  qövmiyyət  içində  münhəll  olub  da  öz 

bənliyini  itirsə  də,  bəşəriyyət  19-cu  əsrin  fikirləri  üzərinə  hökumət  edən  əfgar 

qəhrəmanlarını—Jan  Jak  Russo,  Didro.  Mönteskye,  Viktor  Hüqo  və  Volterləri  də 

qaib edəsəkdi...‖ (―Dirilik‖ məcmuəsi, 1914, № 2). 

O,eyni  zamanda  mədəniyyətin  milli  çərçivə  daxilində  məhdudlaşmasının 

əleyhinə  olmuşdur,  istəmişdir  ki,  milli  mədəniyyətlər  daim  bir-birilə  təmasda 

olsun, bir-birindən qarşılıqlı surətdə faydalansınlar. Başqə sözlə desək, mədəniyyət 

bir yerdə durmamalı, hər an inkişaf etməlidir. Öz kökünü, təməlini mühafizə etmək 

şərtilə digər   mədəniyyətlərin   məqbul   cəhətlərini  əxz etməlidir. 

M.  Ə.  Rəsulzadə  yazmışdır:  ―Bugünkü  islam  millətləri,  əzcümlə,  biz 

Qafqasiya türkləri başqalarının iddiası, qədəh-nəfsdə ifrat sdən özümüzkülərdən bir 

qisminin dəxi etirafına rəğmən pək də mədəniyyətə biganə  bir xalq deyilik.  Biləks  

Qafqasiyadakı  qonşularımızın  hər  hangısı  ilə  tutaşdırılsaq  (müqayisə  edilsək) 

mədəniyyət etibarilə onlardan geridə olmadığımız görülər. Biləks şer, musiqi, adət 

və  ənənatlar  tədqiq  olunarsa,  qonşularımızın  mədəniyyətcə  bizə  borclu  olduqları 

anlaşılar‖ (―Açıq söz‖ qəzeti,  1916; № 299). 

O,  ―Getdiyimiz  yol‖  məqaləsində  mədəniyyətin  müasirləşməsindən,  

günün    tələbinə  uyğunlaşmasından  danışmışdır.  Başqa  sözlə,  bu,  yaşayışı 

asanlaşdıran,  insanları      bir-birinə    yaxınlaşdıran    və    kamilləşdirən  hər  nə  varsa, 

hamısını  əxz  etmək  deməkdir.  M.  Ə.  Rəsulzadə  bu  sıraya  məişət  və  düşüncə 

tərzini, iş üsulunu, cəmaət işlərindəki qaydaları, ev tərbiyəsini aid etmişdir. ―Əvət 

ətrafımızdakı millətlərdə gördüyümüz parlaqlıq, bilgi, bacarıq, zindəlik və  çalaklıq   

mədəniyyətdən  ziyadə  müasirlikdir.  Onların  bu  gün  qibtəmizi  mücib  üsuli-

məişətləri,    tərzi-təfəkkür  və  təhrirləri,alış-verişdəki      üsuli-aşinalıqları,      cəmaət   

işlərindəki  baxış  və  gedişləri,  ev  tərbiyəsindəki  üsul  və  rəftarları  milli  bir  

mədəniyyət  məhsulu  olmaqdan  artıq  müasir  bir  təqlid  nəticəsidir.  Onlar 

avropalaşmışlar, məişə uyğun olan, yaşayışı asanlaşdıran müasir nə varsa, mümkün 

etdikləri  qədər  onları  qəbulda  tərəddüd  göstərməmiş,  bu    xüsusda  bizdən  irəli    

düşmüşlər‖ (―Açıq söz‖ qəzeti, 1916, № 299). 

Rəsulzadənin  nəzərində  Avrona  mədəniyyəti  ən  yetkin,  ən  müasir 

mədəniyyətdir.  Bu  mədəniyyətin  milliliyə  xətər  gətirməyən  cəhətlərini  götürmək 

günün  tələbindən  doğan  zərurətdir.  Hər  hansı  mədəniyyət  günü-gündən  irəli 

gedirsə,  digər  mədəniyyətlərlə  qarşılıqlı  ünsiyyətə  girib  zamanın  tələbinə  cavab 

verirsə, o mədəniyyət bütün xata-bəlalardan sovuşacaqdır. 

M.  Ə.  Rəsulzadə  kənd  diriliyinə  də  xüsusi  əhəmiyyət  vermişdir.  Kənd 

diriliyi  deyəndə,  o,  kəndin  sosial  vəziyyətinin  yaxşılaşmasını  nəzərdə  tuturdu.  Bu 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə