Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   21   22   23   24   25   26   27   28   29

 

50 


edək. Biz millətin dilini bilməsək, onun dərdindən agah ola bilmərik. Bizə lazım və 

vacibdir həmişə türk dilində danışıb öyrənək‖ (―Açıq söz‖ qəzeti, 1916, № 204). 

Gördüyümüz  kimi,  Y.  Vəzirov  tələbələrin  əsas  vəzifəsini  xalqına 

xidmətdə  görür.  Tələbə  ona  görə  ali  təhsil  alır  ki,  mənsub  olduğu  millətin 

xidmətində dursun, dərdinə-sərinə yarasın, onun tərəqqisinə yaxından kömək etsin. 

Bundan  ötrü  tələbə  sözsüz  öz  ana  dilini  bilməlidir.  Bu,  müqəddəm  şərtdir.  Y. 

Vəzirov da M. Ə. Rəsulzadə kimi dilə  müstəsna  əhəmiyyət  verirdi.  Ana dilinin 

ziyalılar  arasındakı  vəziyyəti  onu  ciddi  şəkildə  narahat  edirdi.  Bəla  burasında  idi 

ki,  onlar  nə  öz  dillərini,  nə  də  rus  dilini  mükəmməl  bilirdilər.  Həm  o  dildən 

qalırdılar, həm də bu dildən. ―Demək olmaz ki, istudentlərimiz həmişə rus dilində 

danışırlar. Yox, türk dilində də həmişə söyləşmirlər. Əslən istudentlərimiz sabit bir 

dilə  malik  deyillər:  gah  rusca,  gah  türkcə  qonuşurlar.  Tələbələr  rus  və  türk  dilini 

qarışdırıb  özlərinə  əlahiddə  bir  dil  qayırıblar  desək,  səhv  etmərik.  Deməli, 

istudentlərimiz  iki  dildən  də  avaradırlar‖  (―Açıq  söz‖  qəzeti,  1916  №    204).  Bu 

sözlər zənnimizcə, bu gün üçün də müasir səslənir. 

Y.  Vəzirov  ―Bədbinlik  və  şübhə‖  məqaləsində  köhnəlik  və  yeniliyin 

tərəqqiyə  təsirini  araşdırmışdır.  Məlum  olmuşdur  ki,  cəmiyyətdə  köhnə  və  yeni 

fikirlər  mövcuddur.  Yeni  fikirlər  cəmiyyəti  irəliyə  aparır,  köhnə  fikirlər  isə 

tərəqqini  buxovlayıb  cəmiyyətin  inkişafına  mane  olurlar.  Bu  hal  bütün  millətlərə 

xasdır.  ―Hər  bir  millətdə  olduğu  gibi,  bizim  cəmaətin  arasında  da  bir  neçə  qisim 

adamlar var ki, onların varlığı tərəqqimiz yolunda böyük maneələr təşkil eləyir. Ən 

əvvəl qədim fikirli, köhnə məsləkli, zəmanə düşməni mutəəssiblər millətin qabağa 

getməsinə mane olurlar‖ (―Açıq söz‖ qəzeti, 1916, № 238). 

Müəllif  məqalədə  şəxsiyyət  və  cəmiyyət,  ictimai  inkişaf,  ictimai  şüurun 

ictimai  inkişafa  təsiri  və  sairə  bu  kimi  məsələlər  barəsində  fikir  yürütmüşdür. 

Cəmiyyətin  müəyyən  qanunlar  əsasında  inkişaf  etdiyindən  isə  heç  bir  söz 

deməmişdir.  Məqaləni  diqqətlə  oxuyandan  sonra  Y.  Vəzirovun  ictimai  inkişafa 

münasibəti  aydınlaşır.  Onun  fikrincə,  cəmiyyətin  inkişafı  bu  və  ya  digər 

şəxsiyyətin  iradəsindən  asılıdır.  Başqa  sözlə  desək,  ictimai  şüur  ictimai  varlığı 

müəyyən edir. Lakin bu proses asanlıqla həyata keçmir. İctimai inkişaf öz yolunu 

subyektiv  ideyaların  amansız  çarpışmasından,  bir-birinə  zidd  fikirlərin 

mübarizəsindən alır. O, bu fikirləri iki kateqoriyada birləşdirir: köhnəlik və yenilik. 

Əks  kateqoriyalar  nə  qədər  bir-birinə  ziddirsə  də,  bir  o  qədər  də  bir-birindən 

ayrılmazdır.  Onlar  cəmiyyət  daxilində  mövcüddurlar.  Y.Vəzirov  köhnəliyin 

tərəfdarlarından danışanda  yazır: ―Bir adam qədimliyin tərəfdarı olduqda, yeniliyi 

inkar  edir,  yeniliyi  də  inkar  etdikdə  tərəqqiyə  düşmən  olub  həmişə  bir  nöqtədə 

dayanmağa  mail  olur.  Qədim  fikirli  adamların  əqlini  o  qədər  pas  basır  ki,  ən  adi 

şeyləri dərk etməyə qüdrətli olmurlar‖ (―Açıq söz‖ qəzeti, 1916, № 238). 

Müasirlik  millətin  xilaskarıdır,    çünki    onun  sayəsində  millət  zəmanəyə 

uyğunlaşır.  Müasirlik  və  yenilik  anlayışları    burada    bir-biripi  tamamlayır.    Hər 

ikisi  ictimai  inkişafa  xidmət  edir.  Köhnəlik,  qədimlik  isə  ictimai  inkişafa  mane 



 

51 


olur.  Y.  Vəzirovda  ―zəmanə‖  anlayışı  ictimai  inkişaf  kimi  çıxış  edir.  Zəmanə 

ictimai   inkişaf təkin bir yerdə durmur, daim irəliləyir. Odur ki, bir millətin köhnə 

fikirli  adamları  nə  qədər  çox  olsa,  bir  o  qədər  inkişafdan  geri  qalar.  Y.  Vəzirov 

ictimai    inkişafa    ürəkdən    inanır.    Hətta      məqaləsində  cəmiyyətin  irəli  getdiyini 

sübuta    yetirməkdən  ötrü  misallar  çəkir.  ―Xülasə,  yeni  həyatımızı  ətraflı  olaraq 

nəzər-diqqətə  aldıqda  hər  an,  hər  dəqiqə  irəli  getməyimiz  aşkar  olur.  Bunu 

unutmaq  və inkar etmək olmaz: ariflərin  sayı artır,  mətbuat  meydana gəlib, oğlan 

və qız məktəbləri, xeyriyyə cəmiyyətləri, qiraətxana, tacirlərimiz əmələ gəlib, türk 

mağazaları,  ticarət  idarələri,  mətbəələr,  zavod  və  fabriklər,  kəndlərimizdə  yeni 

üsullu əkin və biçin makinaları, buxarlı dəyirmanlar, pambıq və ipək makinaları...‖   

(―Açıq söz‖ qəzeti, 1916, № 238). 

Y.  Vəzirov  ictimai  həyatın  müxtəlif  sahələrindən  çoxlu  misal  gətirir. 

Onları  qruplaşdırsaq,  aşağıdakı  mənzərə  alınar.  Əvvəla,  ariflərin  sayının  artması, 

mətbuat,  oğlan  və  qız  məktəbləri,  xeyriyyə  cəmiyyətləri  və  qiraətxana.  sonrasa 

tacirlər, türk mağazaları, ticarət idarələri, mətbəələr, zavod və fabriklər, yeni üsullu 

əkin  və  biçin  makinaları,  buxarlı  dəyirmanlar,  pambıq  və  ipək  makinaları.  Əgər 

birincisi  əhalinin  maariflənməsi  istiqamətində  gedən  işi  büruzə  verirsə,  ikincisi 

cəmiyyətin  iqtisadi  həyatını  göstərir.  Marksist  ədəbiyyat  iqtisadiyyata  böyük 

əhəmiyyət verir və daim belə bir fikir yeridir ki, iqtisadiyyat mənəviyyatı formalaş-

dırır. Bundan  başqa  cəmiyyətin inkişaf  meyarı kimi  məhsuldar qüvvələri  götürür. 

Yusif  Vəzirov  isə  hər  ikisini  paralel  götürür,  birini  digərindon  ayırmır.  Hər  şeyə 

şübhə  ilə  yanaşan  adamlar,  müəllifin  fikrincə,  millət  üçün  baş  ağrısı  qazanır. 

Bədbinlik adamın ruhunu qırır, həvəsini söndürür. Bu cür adamlar işgüzar adamları 

da fəaliyyətdən qoyur, onlara pis təsir edirlər. İctimai şüura bir süstlük, durğunluq 

gətirirlər.  Y.  Vəzirov  nikbinlik  tərəfdarıdır.  Adam  nə  qədər  zəlalətə  düşsə  də, 

başına  nə  qədər  bəlalar  gəlsə  də,  həvəsdən  düşməməli  və  ümidini  üzməməlidir. 

Sadəcə  olaraq  qollarını  çirmələyib  işləməli,  çalışmalıdır.  O,  bilik  qazanmağı  ―hər 

çətinliyin açarı‖ adlandırır, yazır ki, hər  kəsin biliyi çoxdursa, o da  ağadır.  Yusif 

Vəzirov  xalqı  bilik  qazanmağa,  savad  öyrənməyə  çağırır.  Milli  qurtuluşu  bunda 

görür.  O,  milli  ədəbiyyat  və  musiqi  qarşısında  da  bir  sıra  tələblər  qoyur. 

Ədəbiyyatla  musiqini  millətin  xidmətinə  verir.  İlk  növbədə  ədabiyyatdan  danışır, 

yeni  ədəbiyyat  yaratmağın  zəruriliyini  söyləyir.  Ədəbiyyat  gərək  ruhu 

qüvvətləndirsin,  yeni  həyat  qurmaq  üçün  insanlara  kömək  etsin.  Köhnəlik 

lənətlənməli, yeni fikirlər isə təbliğ olunmalıdır. Şairlər ibarəbazlıqdan əl çəkməli, 

xalqa  yaxınlaşmalıdır.  Şerlərin  məzmunu  tamamilə  dəyişməlidir.  ―Milli  qa-

yələrimizə  (ideallarımıza)  iman  etməliyik!  Müvəffəqiyyətə  çatmaq  üçün  yeni 

ədəbiyyat  və  yeni  musiqi  əmələ  gətirməliyik.  Ədəbiyyat  məslək  doğduran,  ruh 

qüvvətləndirən  və  uca  fikirlər  törədən  gərək  olsun.  Bir  tərəfdən  köhnəliyimizi 

zəmm,  o  biri  tərəfdən  də  yeni  qayələr  yaratmalıdır.  Şer  ibarəbazlığından  düşüb  el 

malı  olmalıdır,  məzmunu  bilmərrə  dəyişilməlidir.  Yeni  üfüqlərdən  yeni  yıldızlar 

doğdurmalıdır‖ (―Açıq söz‖ qəzeti, 1916, № 238). 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə