Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

 

32 


(?),  hesab  və  türkü  (peniye).  İkinci  pillə  dərsləri:  şəriət,  rus  dili,  hesab,  cəbr, 

həndəsə,  tarix,  coğrafiya,  tarixi-təbii,  hikməti-təbiiyyə,  rəsm,  tatar  dili,  türkü  və 

gimnastika.  Adı  çəkilən  dərslərin  hamısı  rus  dilində  oxunmalıydı.  Yerli  dilə  həf-

tədə cəmi iki dərs ayrılmışdı. Və bu dərslar məcburi deyildi. Bundan başqa yerli dil 

bütün  dərslərin  sonunda  şagirdlər  artıq  yorulub  əldən  düşəndən  sonra  tədris 

olunurdu.  Bu  da  təbii  ki,  uşaqların  dərsdə  oturmamasına  səbəb  olurdu.  Qəribə 

burası  idi  ki,  yeni  proqrama  görə  uşaqlara  şəriət  dərsi  ərəbcə  keçirilməliydi.  İza-

hat, isə ya rusca, ya da ―tatarca‖ verilməliydi. Bununla əlaqədar olaraq Ömər Faiq 

yazırdı: ―Müdir cənablarının türk dilimizə olan iltifatsızlığının və  guya bu yol ilə 

―xidmət‖  göstərməginin  əlbət  ―özüncə‖  bir  mənası  vardır,  lakin  özü  böyük 

pedaqoq  ola-ola,  sırf  pedaqoji  əleyhinə  çalışmasının  əcəba  nə  mənası  vardır?‖ 

(―Açıq söz‖ qəzeti, 1916, № 108). 

Üçüncü  pillə  müəllimlər  hazırlayan  xüsusi  məktəb  idi.  Bu  məktəblərdə 

təhsil müddəti üç il olmalıydı. Məqsəd ibtidai rus-türk məktəblərinə türk dili və şə-

riət  müəllimi  hazırlamaq  idi.  Dərslər:  təfsir,  islam  tarixi,  fiqh,  elmi  kəlam,  elmi 

hədis, islam dininin tarixi, tatar, ərəb, fars və rus dilləri, Rusiya tarixi, coğrafiyası 

və  üsuli-təlim.  Üsuli-təlim,  coğrafiya  və  tarix  rus,  qalanları  ərəb  dilində  olacaqdı. 

Göründüyü kimi, tədris proqramı həddən ziyadə yüklənmişdi. İbtidai məktəblərdə 

müəllim  işləyəcək  tələbələr  nədənsə  elmi  kəlam,  fiqh  kimi  çətin  və  mürəkkəb 

fənnlər  keçməliydi.  Əlbəttə,  dini  nöqteyi-nəzərdən  bu  fənnlər  olduqca  vacib  və 

zəruri  fənnlər  idi,  amma  ibtidai  məktəblərdə  dərs  deyəcək  gələcək  müəllimlərin 

bunlar nəyinə gərəkdi. Ömər Faiq məsələyə bu mövqedən yanaşır və buna görə də 

yeni  dərs  proqramının  tamamilə  yarıtmaz  olduğunu  qeyd  edirdi.  O  yazırdı:  ―Elmi 

kəlam  nədir?  Fəlsəfə  gibi  ən  ali  bir  elmin  uluhiyyət  və  vicdaniyyətə  aid  bir 

qismidir ki, müsəlmanları bir-birlərindən ayıran məzhəbçilərin öz aralarında keçən 

mübahisə və münaziəli məsələlərlə doludur. 

Əcəba,  bu  elmin  «ibtidai»  türk  məktəblərində  müəllimlik  edəcəklərə  nə 

lüzumu var?‖ (―Açıq söz‖ qəzeti, 1916. № 108). 

Sonra  o,  öz  fikrini  daha  geniş  şərh  edərək  yazırdı:  ―Bir  az  daha  ciddi 

düşünüb irəli gedəcək olsaq, cürətlə deyə bilərəm ki, ibtidai məktəb müəllimlərinə 

yalnız  elmi  kəlamın  degil,  o  qisimdə  oxunan  dərslərin  çoxunun  lüzumu  yoxdur, 

ibtidai  məktəblərdə  müəllim  olacaqlara  bu  ali  dərsləri  oxutduqları  halda,  əcəba 

qazı,  müdərris  və  ruhani  darülmüəllimində  müəllim  olacaqlara  hankı  elmləri 

oxudacaqlar‖ (yenə orada). 

Bir  sözlə,  çarizm  mövcud  məktəbləri  böyütmək  bəhanəsi  ilə  Qafqazda 

olduqca  mürtəce  bir  layihəni  həyata  keçirmək  niyyətində  idi.  Layihə  Qafqaz 

türkləri,  yəni  azərbaycanlılar  üçün  nəzərdə  tutulmuşdu.  Layihə  açıq-aşkar 

müsəlman  və  türk  olan  azərbaycanlıların  milli  və  dini  simasını  pozmaq  məqsədi 

güdürdü.  Mövcud  məktəbləri  böyütmək  bəhanəsi  ilə  uşaqların  qarşısına  elə  çətin 

vəzifələr  qoymaq  istəyirdilər  ki,  uşaqlar  çaş-baş  qalsınlar,  çətinə  düşüb 




 

33 


oxumasınlar.  Məktəbi  uşaqlar  üçün  maarif  ocağına  deyil,  əsl  cəhənnəm  yuvasına 

çevirməyə çalışırdılar. 

Müsəlmanlar  çar  Rusiyasına  qarşı  mötədil  və  hətta  xoşniyyət  mövqe 

tutsalar  da,  mütləqiyyət  öz  təbəələri  olan  müsəlmanlara,  ilk  növbədə  isə  türkdilli 

xalqlara  düşmənçilik  münasibəti  bəsləyirdi.  Onların  milli  mədəniyyətlərini,  milli 

dillərini hər vəchlə boğurdu. Maarif qarşısına min bir sədd çəkirdi. Təsadüfi deyil 

ki  Ömər  Faiq  məqaləsinin  axırında  yeni  maarif  sistemini  nəzərdə  tutan  layihəyə 

işarə edərək yazmışdır: ―Görürük ki, ―bizim?‖ üçün açılacaq bu geniş məktəblərdə 

həy şey var: rusca abrazovaniya, ərəbi məlumat, farsca şer, ərəbcə iman və etiqad, 

hətta elmi kəlam. 

 

Ancaq bir şey yox. Nədir o? 



Özümüz!..‖ (―Açıq söz‖ qəzeti, 1916, № 108). 

 

Ömər  Faiq  yeni  layihəni  tənqid  etməklə  kifayətlənmirdi.  O,    maarif 



sahəsində  yeridilən  ayrı-seçkilik  siyasətini,  azərbaycanlılara  qarşı  olan  ögey   

münasibəti  cəsarətlə  ifşa  edirdi.  Qeyri-müsəlman  xalqların,  ələlxüsus  da 

ermənilərin  maarif  sahəsində  imtiyazlarını,  hüquqlarını  açıb  göstərirdi. 

Mütləqiyyətin erməniləri öz qanadı altına aldığını təkzibolunmaz dəlillər əsasında 

sübuta yetirirdi. 

Bu  həqiqətən  də  elə  idi  və  o  barədə  yalnız  Ömər  Faiq  yazmırdı,  digər 

Azərbaycan  ziyalıları  da  yazırdılar.  Lakin  Ömər  Faiq  həmin  məsələni  daha 

kəskinliyi  ilə  göstərirdi.  Məsələn,  adını  qeyd  etdiyimiz  ―Nə  umuyoruz?‖  silsilə 

məqalələrində  o  yazırdı:  ―Məsələn,  bir  hökumət  idarəsində,  bir  quberniyada,  bir 

qapı  qonşuluğunda  yaşayan  və  hökumətin  hamı  xərсlərini—vergilərini, 

ağırlıqlarını  müsavat  üzrə  yüklənən  iki  millətin  biri  ―mücaid‖,  digəri  ―məhdud‖ 

qanunla  idarə  olunsa,  əlbət  ki,  ikinci      millət      bu      haldan      rahətsiz      olacaqdır‖   

(―Açıq söz‖ qəzeti, 1916, № 110). 

Bəlkə Ömər Faiq bununla çar Rusiyasına böhtan yağdırırdı? Bəlkə ölkədə 

bütün  millətlərə  həqiqətən  də  eyni  gözlə  baxırdılar,  Hamını  bir  tuturdular.  Axı, 

yüksək  rütbəli  çar  məmurları  da  millətlərin  bərabər  hüququndan,  xalqlar 

dostluğundan  ağızdolusu  danışırdılar.  ―Milli  məsələlərimizin  vəqtimi?‖ 

məqaləsində  belə  bir  məlumat  getmişdi:  ―Bir  neçə  gün  qabaq  namesnik  dəf-

tərxanasının  müdiri  Tiflisdəki  qəzetin  baş  mühərrirlərini  çağırıb  onlarla 

müsahibədə bulundu. 

Müsahibədən  məqsəd  fəxamətli  veliki  knyaz  Nikolay  Nikolayeviç 

həzrətlərinin  Qafqaz  xüsusundakı  fikir  və  arzularını  və  idarəsindəki  məslək  və 

üsulunun  təməlini  yada  salmaq  və  anlatmaqdıq.  Bu  anlayışa  görə  namesnikimiz 

üsuli idarəsinin əsası «ədalət və müsavat» imiş. Və bu əsas cəhətilə hamı millətlərə 

bir  gözlə  baxmaq  və  onların  arasında  nəinki  ziddiyyət,  bəlkə  dostluq  və  yaxınlıq 

vücuda gəlməsini şiddətlə arzu buyururmuş‖ (―Açıq söz‖qəzeti, 1915, № 54). 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə