Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

 

30 


savayı yuxarıda adı çəkilən jurnalların heç biri ayrıca tədqiq olunmamışdır. Həmin 

jurnallarda  xalqımızın  həyatı  və  məişəti  ilə  bağlı  saysız  –  hesabsız  məqalələr, 

lətifələr,  karikaturalar  və  sairə  çap  olunmuşdur.  Ciddi  mətbuatdan  fərqli  olaraq 

məzhəkə  məcmuələri  tənqid  obyektini  gülüşlə,  kinayə  və  istehza  ilə 

qamçılayırdılar.  Bu baxımdan məzhəkə jurnallarının ictimai rəyə təsiri daha güclü 

idi.  Camaatı  güldürə  -  güldürə  düşünməyə  vadar  edən  məzhəkə  məcmuələri 

səhifələrində  digər  məsələlərlə  yanaşı  qadın  məsələsinə  də  xüsusi  fikir  verilirdi. 

Qadına  həqarətlə  baxanlar,  hüququnu  tapdalayanlar  gülüş  hədəfinə  çevrilirdilər. 

Məsələn,  ―Molla  Nəsrəddin‖  məcmuəsindəki    ―Kişi  gəlir‖  adlı  yazını  götürək. 

Yazıda  qadını  kölə  vəziyyətində  görmək  istəyənlər  incə  yumorla  tənbeh  olunur. 

Yazının  başlığı  da  mənalıdır:  ―Kişi  gəlir‖.  Burada  da  bir  kinayə  vardır,  qadının 

hüquqsuzluğu  üzərində  öz  səadətini  qurmaq  istəyənlər,  cahilliyi  və  savadsızlığı 

üzündən milli tərəqqiyə xor baxanlar tənqid atəşinə tutulur. Yazıda oxuyuruq: ―Və 

bir də qaldı ki, bir para ağzı qəşənglər başlayıblar qəzetlərdə yazmağa ki, nə bilim, 

gərək  övrətlər  oxusunlar,  tərbiyə  tapsunlar,  uşaqlarına  tərbiyə  versünlər, 

cəmiyyətlər  tərtib  etsünlər,  çalışsunlar,  vuruşsunlar,  ta  ki  millət  qabağa  gəlsun...‖ 

(―Molla Nəsrəddin‖ məcmuəsi, 1914,

 

 13). 

 

―Babayi  –  Əmir‖  məcmuəsi  də  qadın  məsələsinə  toxunur,  lakin  ―Molla 



Nəsrəddin‖dən  fərqli  olaraq  ―Babayi  –  Əmir  ‖  qadın  azadlığı  haqqında  mətbuat 

səhifələrində çıxış etməyin faydasız olduğunu bildirir. Məcmuə qadın məsələsinin 

həllinə  bədbinliklə  yanaşır,  hətta  inanmır:  ―Zəhrimara  qalsun  bu  arvad  məsələsi... 

on  ildən  bəri  ―hürriyyəti  -  nisvan‖,  ―hürriyyəti  -  nisvan‖  dadu  –  fəryad  etməkdən 

boğazımız dağılmışdır‖ (―Babayi - Əmir‖ məcmuəsi, 1916, № 31). 

 

Birinci  fəsilə  yekun  vurarkən,  deməliyik  ki,  burada  müxtəlif,  baxışlı, 



dünyagörüşlü  şəxslərin  və  hətta  ictimai  təşkilatların  inqilab  və  sosial  azadlıq 

probleminə  münasibəti  araşdırılmış  və  bununla  da  həmin  problemlərin  sosial 

tərəqqiyə təsiri öyrənilmişdir. Məlum olmuşdur ki, sosial tərəqqidə inqilab təlimini 

qətiyyətlə müdafiə edən bolşeviklərlə yanaşı Azərbaycan ziyalılarının bir qismi bu 

sahədə milli azadlığın mühüm rol oynadığını  xüsusilə qeyd etmişlər. Məsələn, M. 

Ə.  Rəsulzadə  sosial  tərəqqini  milli  tərəqqi  ilə  əlaqələndirmiş  və  milli  tərəqqinin 

tələblərini  mövcud  quruluşun  tələbləri  ilə  uzlaşdırmağa  çalışmışdır.  Qeyriləri  də 

(Yusif    Vəzir  Çəmənzəminli,  Ömər  Faiq  Nemanzadə  və  s.)  məsələyə  əsasən  bu 

mövqedən  yanaşmışlar.  Lakin onlar  M. Ə. Rəsulzadən  fərqli olaraq problemi və 

onun həlli yollarını nisbətən sadə izah etmişlər. 

 

Göründüyü  kimi,  o  dövrdə  sosial  azadlıq  problemi  xırdalanaraq  bütün 



mürəkkəbliyi    və  incəliyi  ilə  tədqiqat  obyektinə  çevrilmişdir.  Sosial  azadlıq 

fonunda  şəxsiyyət  azadlığı,  vicdan  azadlığı  və  qadın  azadlığı  məsələləri 

araşdırılmışdır. O problemlər indi də qaldırılır. O zamankı şərhləri üzə çıxarmaqla 

budünkü  vəziyyətimizi  daha  dərindən  öyrənməyə  imkanımız  olacaqdır.  Biz 

bugünkü  fikrimizlə  əski  fikrimizi  tutuşdurub  daha  qənaətbəxş  nəticələrə  gələ 

bilərik. 




 

31 


   

II FƏSİL 

 

MAARİF   VƏ  MƏDƏNİYƏTİN   SOSİAL   TƏRƏQQİYƏ 



TƏSİRİ 

 

Mədəniyyət anlayışı mürəkkəb və çoxşaxəlidir. Əslinə qalsa, maarifin özü 



də  bu  anlayışa  daxildir.  Lakin  maarifi  ayırmaqda  bizim  məqsədimiz  vardır.  Bu 

məqsəd  hər  şeydən  əvvəl  ondan  ibarətdir  ki,  maarifi  ayrıca      götürməklə      tədqiq  

etdiyimiz        dövrdə—1914—1917-ci  illərdə  maarifə  nə  qədər  böyük  əhəmiyyət 

verildiyini qeyd etməyə çalışmışıq.  Azərbaycan  ziyalılarını  o zamam ilk növbədə  

xalqın    maariflənməsi,  təlim        və  təhsili  narahat    edirdi.      Ümumiyyətlə,      bu  

barədə  fikir      birliyi,  müəyyən    mənada    həmrəylik  var    idi.  Maarif  məsələsi  o 

zamankı      yazıların    başlıca      məzmununu  təşkil    edirdi.  Bu  həm  də  ondan  irəli 

gəlirdi  ki,  çarizm  Qafqazda  müsəlmanların      maarif      sistemini      kökündən   

dəyişmək      istəyirdi.      Məktəbləri    böyütmək        bəhanəsi        ilə  türklərin  təhsil   

almasına  mane olan,   milli  hüquqlarını    boğan son dərəcə  mürtəce  bir layihə  

hazırlanmışdı.    Qəribə  burası  idi  ki,  layihədə  türk  dili,  Azərbaycan  dili  əvəzinə  

nədənsə tatar  dili  yazılmışdı.   Bu da,  şübhəsiz ki,  böyük dövlətçilik siyasətinin  

məhsulu idi, xalqın mənəviyyatını məhv etmək istəyənlərin xəbis planlarından irəli 

gəlirdi.  M.  Ə.    Rəsulzadə  bu  barədə  belə  yazmışdır:  ―Dil    milliyyətin  hamısını 

təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyətin 

məhv  edib  aradan  götürmək  qəsdində  olan  siyasilər  də  əsl  bunun  üçündür      ki, 

təmsil    (asimilyasion) əməliyyatı   icra   edərkən  ən   birinci  fikirlərini  dilə verər 

və ən əvvəl bir millətin dilini yaddan çıxartmağa səy edərlər‖ (―Dirilik‖ məcmuəsi, 

1914, № 6). 

Haqqında  danışdığımız  layihə  nə  cür  hazırlanmışdı?  Kim  tərəfindən 

yazılmışdı?  O  dövrdə  nəşr  olunan  mətbuatı  diqqətlə  izləyərkən  bu  sualın  cavabı 

tapıldı.  Sualın cavabı Ömər Faiqin  ―Nə  umuyoruz?‖  adlı silsilə  məqalələrindədir. 

Məqalələrdən  məlum olur  ki, Qafqaz  maarif  müdiri Rodolev bəzi şəxslərə tək-tək 

müaciət  edib  maarif  barəsində  fikirlərini  öyrənmək  istəmişdir.  Ömər  Faiq 

yazmışdır: ―Bən bu xəbəri duyan gibi, tək-tək adamlara müraciətin millətimiz üçün 

zərərli  olduğunu  və  bunun  üçün  mütləq  bir  yığıncaq  lazım  gəldigini  yazmışdım‖ 

(―Açıq  söz‖  qəzeti,  1916,    №108).  O,  öz  fikrini  bu  cür  əsaslandırır:  ―Tək-tək 

şəxslərə müraciət ondan ötrü zərərlidir ki, maarif müdirinin tanıyub, sayub fikrini 

bilmək  istədiki  şəxs  bizdən  artıq  müdirin  xatirinə,  arzusuna—  imdiki  tərbiyə  və 

əxlaqımız  təsirilə—xidmət  edəcəki  zənni  yadə  gəlməyor‖  (yenə  orada).  Bəri 

başdan  deyək  ki,  Rodolevip  layihəsi  olduqca    mürtəce  idi  və  müsəlman,  ilk 

növbədə  isə  türk  xalqlarının  əleyhinə  yönəldilmişdi.  Köhnə  ―Ömər‖  və  ―Əli‖ 

məktəblərinin əvəzinə üçpilləli məktəblər yaranmalıydı. Birinci pillə: bir əlifba və 

üç  hazırlıq  sinfi,  təhsil  müddəti  dörd  il:  Oxunan  dərslər:  şəriət,  rus  dili,  tatar  dili 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə