Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

 

34 


Şübhəsiz    ki,  ―veliki    knyaz‖  cənablarının  məqsədi  ―nəcib  və  xeyirxah‖  

məqsəd idi. Lakin baxaq görək ki, bu sözlərə həyatda nə cür əməl olunurdu. Buna 

görə çox uzağa getmək lazım deyildir, M. Ə.  Rəsulzadənin  ―Məktəb və mədrəsə‖  

adlı  silsilə  məqalələrini  oxumaq  kifayətdir.  Əvvəlcə  baxaq  görək  ki,  ―veliki 

knyazın‖  məmurlarından  biri,  Qafqaz  maarif  müdiri  Rodolev  cənabları  nəyə 

rişxənd  edir.    ―Rodolev    cənabları‖  ―Bakıda    yataq  salan‖  müsəlman  maarif 

cəmiyyətlərinin  darülmüəllimin  və  sair  məktəbi-aliyyə  ―xülya‖ları  ilə  ömür 

keçirdiklərini  məxsusi  bir  surətdə  qeyd  edir...  Burada  ―xülya‖  olacaq  nə  şey 

varmış?  Bəlkə  bunun  ―xülya‖  olan  cəhəti  odur  ki,  müsəlmanlar  bunu  özləri  öz 

ixtiyarları  ilə,  öz  zövq  və  səliqələri  ilə  görmək  istəyirlər.  Əsrlərdən  bəri  dara 

olduqları  haqlarından,  imdi  də  olsa,  istifadə  fikrinə  düşmüşlər.    Bəlkə    burası  

―xülya‖dır   ki,   məscid, məktəb və mədrəsələrini maarif nəzarətinə tabe etmədən 

islah etmək istəyirlər» (―Açıq söz‖ qəzeti, 1916, № 138).  

Əlbəttə,   müsəlman  balaları  üçün  ali  məktəb  əlçatmaz  bir  xülya  idi.  

Çarizm   müsəlmanların  savadlanmasına qarşı çıxırdı, çünki qorxurdu ki, avam və 

küt saydığı   müsəlmanlar   maariflənib özlərini dərk edərlər, gözlərini geniş açıb 

mütləqiyyətin  yeritdiyi  müstəmləkəçilik  siyasətini  anlayarlar  və  nəhayət    öz  təbii 

hüquqlarını    tələb    edərlər.    Nəticədə,    milli    sərvətlərinin, təbii ehtiyatlarının 

göyə sovrulmasına, talan olunmasına mane olarlar. Çarizm müsəlmanlara nə qədər 

təzyiq  göstərirdisə,  öz  din  qardaşları  ilə  bir  o  qədər  mülayim  rəftar  edirdi. 

Bəzilərinə  hətta  hədsiz  hüsn-rəğbət  göstərir,  nazları  ilə  oynayırdı.  Məsələn, 

Məhəmməd  Əmin  Rəsulzadə  adını  çəkdiyimiz  ―Məktəb  və  mədrəsə‖  silsilə 

məqalələrinin  birində  yazırdı:  ―Müsəlmanlar  görürlər    ki,  qapıbir  qonşularının 

təqribən  bir  əsr  bundan  əvvəl  mövcud  olan  kəlisa  məktəblərində  şəriət,  ermənicə, 

rusca, ümumi tarix, ziraət, tarixi təbii, erməni tarixi oxunur.  Bu dərslərdən yalnız    

Rusiya    tarixi ilə coğrafiyası rus dilində təlim edilir, qalan dərslərin hamısı, hətta 

ümumi tarix də haman erməni dili ilə oxudulur. 

Bu məktəblərin hər dürlü idarələri, müəllimləri də öz ixtiyarlarında, kəlisa 

məhəlləsinin ixtiyarındadır. 

Müsəlmanlar bir ―xülya‖ deyil, bir həqiqət olaraq görürlər ki, qonşularının 

ibtidai kəlisa məktəblərindən savayı altı yerdə 85 ruhani darülmüəlliminləri var. 

Bunların  fövqündə  Eçmiadzindəki  ruhani  ―Akademiya‖nın  dəxi  ―xülya‖ 

olmadığını müsəlmanlar görürlər. 

Əcəba, qapıbir qonşularımızın yarım  əsrdən ziyadə  nail olduqları bir şey 

bizim  üçün  bu  gün  nədən  bir  xəyal,  nədən  bir  xülya  olsun?‖  (―Açıq  söz‖  qəzeti, 

1916, № 138). 

M.  Ə.  Rəsulzadənin  hiddətini  başa  düşmək  çətin  deyildir.  O, 

mütləqiyyətin müsəlmanlara  qarşı tutduğu ədalətsiz  mövqeyi görüb susa bilmirdi. 

Çünki maarif o zaman xalq üçün bir işıq, bir ümid mənbəyi idi. Məhəmməd Əmin 

milli  dirçəlişdə  maarifə  geniş  yer  verirdi.  Başlıca  məqsədi  milli  məktəblərin 

açılması  idi,  elə  məktəblərin  ki,  onu  qurtaranlar  millətin  və  dinin  fərqini  görsün, 



 

35 


mənsub olduğu xalqın  mədəniyyətinə qovuşsun, onu sevsin. Ona görə  də mövcud 

məktəb  və  mədrəsələrin  islahına  tərəfdar  idi.  Bu  məktəblərin  zəmanə  ilə 

ayaqlaşmasını istəyirdi. 

O,  məktəblərin  islahını  düşünərkən,  ―xalqı  işıqlandıracaq  məktəblərin, 

həm də  məhkum  və tabe  millətlərə məxsus olan xalq və cəmaət  məktəblərinin əsl 

məqsədi  nə  olmalıdır?‖,—deyə  öz-özünə  sual  verirdi.  Göründüyü  kimi, 

Məhəmməd  Əmin  real  vəziyyəti,  nə  qədər  acı  olsa  da,  nəzərə  alırdı.  Azərbaycan 

xalqı hələ ki, məhkum və tabe idi, ixtiyarı öz əlində deyildi. Odur ki, istər-istəməz 

bununla hesablaşmalıydı. Bir növ mövcud quruluşun mənafeyi ilə mənsub olduğu 

xalqın  mənafeyini  mümkün  qədər  yaxınlaşdırmağa  çalışırdı.  Çarizmin  getdiyi 

güzəştlərdən faydalanmağı lazım bilirdi. Ona görə də öz sualına belə cavab verirdi: 

―Salim və bitərəf bir baxışa görə məktəblərin vəzifəsi, görəcəyi işi yaşadığı dövlətə 

mərbutiyyət  və  əlaqədarlıq  tərbiyə  etməklə  bərabər  mənsub  olduğu  xalqın 

əməllərinə dəxi mədəni bir amil olmaqdır‖ (―Açıq söz‖ qəzeti, 1916, № 134). 

Demək,  məktəblərin  başlıca  vəzifəsi  həm  uşaqlara  yaşadığı  dövlətə 

sədaqət və itaət hissi aşılamaqdan, həm də xalqının mədəniyyətini zənginləşdirəcək 

savadlı  ziyalı  tərbiyələndirməkdən  ibarətdir.  Göründüyü  kimi,  M.  Ə.  Rəsulzadə 

dövlətin  mənafeyi  ilə  xalqın  mənafeyini  birləşdirməyə  çalışırdı.  Bununla  belə, 

sonrakı  cümlə  ilə  tarazlığın  nisbətini  bir  qədər  pozur,  milliliyə  üstünlük  verir. 

―Demək  ki,  müsəlman  balalarını  tərbiyə  edəcək  xalq  məktəbləri  bu  əxlaqın  (yəni 

müsəlmanların) anlı qismi tərəfindən bəslənməkdə olan milli arzu və əməllərə dəxi 

yardımçı olmalıdır‖ (yenə orada). 

O,  məktəblərə  daha  geniş  mövqelərdən  yanaşır,  onları  qabaqcıl 

Azərbaycan ziyalılarının köməkçiləri hesab edirdi. Başqa sözlə, xalq  məktəblərini 

bitirən  şagirdlər  gələcəyin  millətpərvərləri,  əməlpərvərləri  olmalıydılar.  Xalqın 

xidmətində durmalı, əllərindən gələni əsirgəməməliydilər. 

M.  Ə.  Rəsulzadə  Rusiya  müsəlmanlarını  az  bir  istisna  ilə  türk-tatar 

qövmünə mənsub edir. Onun fikrincə, müsəlmanlar mədəniyyət sahəsində bir şeyə 

nail olmaqdan ötrü aralarındakı birliyi dərk etməlidirlər. Bu birlik anlamı ən böyük 

mədəni  qüvvədir.  Hər  hansı,  bir  vasitə  ki,  Rusiya  müsəlmanlarını  bu  anlama 

yaxınlaşdırır, o vasitəni müsəlman ziyalıları hər vəchlə təbliğ etməlidirlər. Rusiya 

müsəlmanlarının  arasındakı  məzhəb  ixtilaflarını  qızışdırmaq,  aralarına  nifaq  sal-

maq,  Məhəmməd  Əminin  fikrincə,  imperializmin  siyasətidir.  Halbuki  dövlət  bu 

siyasətdən  əl  çəkməli  və  müsəlmanların  birləşməsindən  qorxuya  düşməməlidir. 

Bəlkə  də  əksinə,  müsəlmanların  birləşməsi  dövlətə  çoxlu  mənfəət  gətirə  bilər.  O 

yazırdı:  ―Müsəlmanların  aralarındakı  məzhəb  ixtilaflarını  qaldırıb,  məsələn, 

sünnilərlə şiələrin birləşmələri məqsədini güdmələrinin həmişə yanlış anlamışdılar. 

Öylə  təsəvvür  olunur  ki,  bu  iki  zidd  məzhəb  birləşirsə,  mütləqən  siyasi  bir 

məqsədlə birləşmək istəyir və bu birləşməkdə mütləq bir ―təcavüz‖ fikri vardır və 

guya  ki,  bu  məşhur  təcavüz  ―ittihadi-islam‖  fikrinin  doğurduğu  ―təhlükə‖li  bir 

şeydir‖ (―Açıq söz‖ qəzeti, 1916, № 134). 



Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə