Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

 

16 


üçün  əlverişli  şərait  yaradır.  ―Demokratizm  bütün  millətləri  kəndi  ruh  və 

mənəviyyatı  dairəsində  qalmaq  şərtilə  müasir  mədəniyyət  sərgisinin  təmam 

hüquqlu bir şəriki olmaq sifətilə görmək istər...‖ (yenə orada). 

 

 



M.Ə.Rəsulzadə  müasirləşməyi  son  məqsəd  saymır,  son  məqsəd,  onun 

fikrincə,  milli  istiqlaldır.  Müasirləşmək  isə  millətə  öz  milli  mənliyini  mühafizə 

etmək  üçün  lazımdır.  İmperializm,  yəni  hakim  millətin  oliqarxiyası  əsarətdə 

saxladığı  millətin  mənliyini,  milli  varlığını  məhv  etməyə  çalışır  ki,  onun  var  – 

yoxunu asanlıqla talan etsin. Geridə qalan millət, öz gələcəyini düşünməyən millət, 

təbii ki, digər millətlərə  yem olacaqdır. Məhəmməd Əmin imperializmdən ümumi 

danışarkən  konkret  olaraq  çar  Rusiyasının  yeritdiyi  müstəmləkəçilik  siyasətini 

nəzərdə tuturdu. O yazır: ―Demək ki, imperializm əjdahası ağzından xilas olmaq və 

ya  sühülətlə  həzm  olunmamaq  niyyətilə  müasirləşmək,  mənəvi    əsliyyətləri 

mədəniyyəti – bəşəriyyə nöqteyi – nəzərindən böyük bir zaid (pulyus) təşkil edən, 

millətlər üçün tamamiyyəti – milliyyə və istiqlali – mədəniyyətlərini hər növ özici 

təsirlərdən  mühafizə  eləmək  məqsədi  –  aliyyəsi  qədər  zəruri  bir  vasitədir‖  (―Açıq 

söz‖ qəzeti, 1916, № 299). 

 

 



 

 

 



 

Rəsulzadə,  bayaq  deyildiyi  kimi,  müasirləşməyə  bir  məqsəd  təki  yox, 

vasitə  kimi  baxır.  Müasirləşməni  milli  azadlığa  aparan  zəruri  yol  sayır.  O,  bəşər 

mədəniyyəti  nöqteyi  –  nəzərindən  millətlərin  azadlığına,  milli  mədəniyyətin 

sərbəst, maneəsiz inkişafına böyük əhəmiyyət verir. Məgər bu demokratik məsləkli 

şəxsin səmimi arzuları deyilmi? 

 

 

 



 

 

Məhəmməd  Əmin  ilk  növbədə  çar  Rusiyasının  milli  şovinist  siyasətinə 



qarşı çıxırdı. Əlbəttə, bu zaman o, fikrini birbaşa ifadə etmirdi, dolayı yollar arayıb 

axtarırdı. Bayaq dedik ki, yuxarıda gətirdiyimiz iqtibasda ―imperializm‖ deyəndə, 

o, məhz Rusiyanı nəzərdə tuturdu. Təbii olaraq, bu zaman nə üçün sualı meydana 

çıxır,  hər  şeydən  əvvəl  ona  görə  ki,  Rəsulzadənin  mənsub  olduğu  xalq  çar 

Rusiyasının yeritdiyi siyasətin əziyyətini çəkirdi.  

 

 



 

M.Ə.Rəsulzadə  xalqını  sayıq  olmağa  səsləyir.  Milli  dili  və  mədəniyyəti 

göz  bəbəyi  tək  qorumağı  məsləhət  görür.  Bir  xalqın  qəsdinə  duran  siyasilərin 

əvvəlcə milli dili məhv etmək istədiklərini bildirir. Bu barədə sonrakı fəsildə daha 

geniş söhbət açılacaqdır.    

  

 



 

 

 



 

Ruslaşmış şəxslərin, öz milli dilini və mədəniyyətini bilməyən adamların 

yalnız  öz  cəmiyyəti  üçün  deyil,  bütün  dünya  üçün  heç  bir  fayda  vermədiyini 

söyləyir.  M.Ə.Rəsulzadə  yazır:  ―Təsəvvür  ediniz  dediyim  uşağın  halını:  dil  açıb 

anası  ilə  rusca  danışmış.  Anası  mağazadan  gələndə  yenə  onu  rusca  dindirmiş, 

həyətdə  yoldaşlarını  rus  görmüş,  onlarla  o  dildə  söhbət  eləmiş,  oyun  oynayarkən 

rus  oyunları  oynamış.  Məktəbdə  dəxi  eyni  tərbiyəyə  tabe  olmuş.  Bayramlarda 

yolka  bəzəyib  ətrafında  dönüb  dolaşmış.  Ən  axırı  məlumdur  ki,  daxili  Rusiya 

şəhərlərindən  birində  ali  tərbiyə  alıb  ―aбразованны‖  olacaq.  Fəqət  böylə  bir 

―aбразованны‖dan  bizim  ―не  aбразованны‖  millət  nə  gözləyə  bilər  və  o  özü 

istərsə,  ―millətinə‖  nə  gibi  bir  faidə  yetirə  bilər?  Heç!‖  (―Dirilik‖  məcmuəsi, 



 

17 


1915,№ 8.). 

 

 



 

 

 



 

 

 



Burada  millətindən  aralı  düşmüş  insanın  faciəsi  təsvir  olunur.  Şübhə 

yoxdur ki, təmsil olunmuş şəxs mühitinə fayda vermədiyi kimi, millətinə də fayda 

verməz.  Rəsulzadənin  fikrincə,  millətə  xidmət  etmək  ən  müqəddəs  vəzifədir.  Hər 

bir  insan  millətinin  tərəqqisi  uğrunda  mübarizə  aparmalıdır.  Yadlaşmış  adamların 

faciəsi şəxsi faciə deyil, ümummilli, bəlkə də dünyəvi faciədir. Ona görə ki, həmin 

şəxs gələcəkdə böyük bir şəxsiyyət ola bilərdi. Millətinə hədsiz xidmətlərilə nəzərə 

çarpardı. Ruslaşmış millət övladları həm öz millətindən qalır, həm də rus millətinə 

gərəksiz  olurlar.  Çünki  rus  xalqı  özü  öz  milli  xadimlərini  yetişdirir.  Rəsulzadənin 

bu  baxımdan  təməssul  və  istiqlal  anlayışlarına  münasibəti  böyük  maraq  doğurur. 

O,  təməssulu  ölümlə  eyniləşdirir.  Ayrı  –  ayrı  şəxslərin  təməssulunu  millətin 

tənəzzülü  kimi  qiymətləndirir.  Ümumiyyətlə  təməssulu  cinayət  sayır.  Məhəmməd 

Əminin  fikrini  aydın  başa  düşmək  üçün  aşağıdakı  hissəni  bütünlüklə  vermək 

məcburiyyətindəyik.  ―Millətlərin  ümumi  şəxsiyyətlərindən  keçəndən  sonra  bu 

məsələ  ilə  əlaqədar  olan  ayrı  –  ayrı  fərdləri  də  nəzərə  alsaq,  yenə  təməssul 

(assimilyatsa) ilə istiqlalın  mədəni və ibdai fərqini  görəcəyiz.  Zənn edirəm  ki, bir 

istisistik  tutulsa,  görüləcək  ki,  daima  müqtədir  sənətkarlar  mənsub  olduğu 

milliyyətlə  maddi  və  mənəvi  rabitə  və  əlaqələrini  daha  ziyadə  saxlamış  olanlar 

arasından  çıxır.  Məsələn,  yaxşı  bir  rus  mühərriri  olub  da  öz  həyatını  kəmalınca 

təsvir  etmək,  bir  rus  qəlbinin,  rus  vicdani  –  ümumiyyəsinin  tərcumanı  ola  bilmək 

üçün ruslar gibi düşünmək, onlar gibi hiss edə bilmək lazımdır, bunun üçün də rus 

olmaq,  rus  yaşamaq  və  rusları  olduqca  bilmək  gərəkdir.  Halbuki  ruslaşmış  bir 

müsəlman balası,  yaxud təmsil olunmuş bir erməni dığası, yaxud döndərilmiş bir 

yəhudi övladı nə qədər özlüyündən uzaqlaşmış da olsa, yenə böylə rus ola bilməz. 

Ola  bilməyincə  də,  yaxşı  və  mufid  bir  rus  muhərriri  çıxmaz.  Biaən  əleyh  ondakı 

ibda  qüvvələri  əqim  qalar,  bundan  isə  yaşadığı  mühit  zərər  çəkər.  O  muhitdə  bu 

gibilər  çox  isə,  əqamət  bir  nəfərə  deyil,  bir  milliyyət  və  bir  qəvmiyyətə  sirayət 

edər. Demək, bəşəriyyət ailəsinə daxil olan bir fərdin zati  - əhəmiyyət  və qiyməti 

əksilər,  baniən  əleyh  bəşəriyyət  bir  çox  zəkalardan  məhrum  qalar‖  (―Dirilik‖ 

məcmuəsi, 1914, № 2.).   

 

 



 

 

 



 

M.Ə.Rəsulzadə  təməssül  ilə  istiqlalın  fərqini  oxucuyz  o  zamnaki  siyasi 

quruluşun  imkan  verdiyi  səviyyədə  başa  salır.  Əlbəttə,  istiqlala  mədəni  don 

geyindərməklə,  senzorun  diqqətini  yayındırmaq  istəmişdir.  Məqalənin  yuxarıdakı 

üzünü, lakin lazımlı hissəsini axıracan oxuduqda, istiqlalın ictimai – siyasi mənası 

açılır.  M.Ə.Rəsulzadə  millətini  azad  və  müstəqil  görmək  istəmişdir.  Lakin  bu 

məqsədi  hələlik  yerinə  yetirmək  mümkün  olmadığına  görə  milli  mədəni 

muxtariyyətlə kifayətlənirdi.  

 

 

 



 

 

 



Biz  Məhəmməd  Əmin  Rəsulzadənin  həmin  dövrdə  dərc  olunmuş 

məqalələrinə  tam  bir  vəhdət  kimi  baxmalıyıq.  Unutmamalıyıq  ki,  ―Müsavat‖ 

partiyası  o  zamankı  şəraitdə  fəaliyyət  göstərirdi.  Rəsulzadə  isə  artıq  partiyanın 

rəhbərlərindən  biri  olmuşdu.  Həm  də  ―Müsavat‖ın  başlıca  nəzəriyyəçisinə 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə