Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   2   3   4   5   6   7   8   9   ...   29

 

10 


istəməsələr belə, biz gərək fürsət axtarıb vəqt-vəqt bildirəlim, qulaqları dolduralım. 

Bir vəqt olar, əlbəttə, zamanın, halın icabı ilə bu dərdlər qəbul olunar. Zəmanəmiz 

özgə zəmanədir. Bizə ancaq çalışmaq, ən əvvəl öz cəmaətimizi tutacağımız işdən 

xəbərdar etmək, onu alışdırmaq lazımdır.    

 

 

 



 

Cəmaətimizin fikrini hər şeydən əvvəl öz dərdinə tərəf çevirəlim.‖ 

 

Ömər  Faiq  yuxarıdakı  sətirləri  yazarkən  və  ―zəmanə  özgə  zəmanədir‖, 



―bir  vəqt  olar,  əlbəttə,  zamanın,  halın  icabı  ilə  bu  dərdlər  qəbul  olunar‖  deməklə 

yəqin  ki,  ölkədə  genişlənməkdə  olan  inqilabi  prosesi  nəzərdə  tutur  və  cəmiyyətin 

daim  irəlilədiyini,  qabağa  getdiyini  söyləyir,  ictimai  inkişafa  dərin  inam  bəsləyir. 

Əlbəttə,  bu  hələ  o  demək  deyildir  ki,  o,  marksizm  nəzəriyyəsinin  əqidəli 

ardıcıllarından  biri  idi.  Xeyr,  sadəcə  olaraq  həmin  məqalədə  yeritdiyi  fikirlə 

marksizm  nəzəriyyəsi  bir  nöqtədə  qovuşur.  Onun  dünya  görüşündəki  müəyyən 

hallar bu təlimin bəzi müddəaları ilə üst-üstə düşür. Biz burada ilk növbədə, əlbəttə 

ictimai inkişafla əlaqədar məsələni nəzərdə tuturuq.   

 

 

 



Yuxarıda  deyildiyi  kimi,  çarizm  xalqlara  nəinki  azadlıq  vermək  fikrində 

deyildi,  hətta  azadlıq  sözünün  özündən  də  oddan  qorxan  kimi  qorxurdu,  onun 

azadlıq  mübarizlərini  xüsusi  amansızlıqla  təqib  etməsi  də  buradan  irəli 

gəlirdi.Əlbəttə,  dövlət  cəmiyyətə  bəzi  güzəştlər  etmişdi,  mətbuat  yaxın  keçmişlə 

müqayisədə  nisbətən  ―azad‖  idi,  ziyalılar,  mütərəqqi  baxışlı  şəxslər  fikirlərini 

mətbuat  səhifələrində  nisbətən  sərbəst  şərh  edə  bilirdilər.  Lakin  müəyyən  həddi 

gözləməyən məqalələri senzura o dəqiqə qadağan edirdi. O cür məqalələr, xüsusilə 

imperiyanın mənafeyinə azacıq da olsa, xələl gətirə biləcək məqalələr heç vaxt işıq 

üzü görmürdü.   

 

 



 

 

 



 

 

Dövlət ilk növbədə milli azadlıq ideyalarının təbliğinə və yayılmasına hər 



vasitə  ilə  mane  olurdu.  Bir  qədər  özünü  sərbəst  aparan  şəxslər,  fikirlərini 

cilovlamayan, milliliyə qapılan ziyalılar dərhal cəzalandırılırdılar. Bayaq deyildiyi 

kimi,  mətbuatda  müəyyən  hədd  icbari  qaydada  gözlənirdi,  o  həddi  aşan  şəxs 

hakimiyyət orqanlarının dəyənəyini dərhal kürəyində hiss edirdi. 

 

 

1914-1915-ci  illərdə  olduqca  məhsuldar  işləmiş  Məhəmməd  Əmin 



Rəsulzadə  əsasən  milli  səciyyəli  kəskin  ruhlu  məqalələr  yazmışdır.  Xalqın  milli 

şüurunu oyatmağa səy göstərmiş, milli dirçəlişə can atmışdı. Onun bu illərdə ―Açıq 

söz‖ qəzetində çıxmış ―Bugünkü günlər‖, ―Müsəlman ünas cəmiyyəti-xeyriyyəsi‖, 

―Tutduğumuz    yol‖,  ―Qurtuluş‖  və  ―Dirilik‖  məcmuəsində  nəşr  olunmuş  ―Milli 

dirilik‖  adlı silsilə  məqalələrini göstərmək olar. O, Qars və  Ərdəhan qaçqınlarına 

maddi  yardım  etmək  üçün  həyata  keçirilən  tədbirlərdə  də  fəal  iştirak  etmiş,  bu 

məqsədlə  1915-ci  il  mayın  7-ə  təyin  olunmuş  ―Qardaş  günü‖  adlı  xeyriyyə 

tədbirində  əhalini  fəal  iştirak  etməyə  çağırmışdır:  ―Sabah  (pəncşənbə  günü) 

cəmiyyəti-xeyriyyə  tərəfindən  oğlanlı-qızlı  cavanlar  əllərində  ianə  cübələri, 

sinələrində ―Qardaş köməgi‖ həmayalı olduğu halda, Bakının küçələrinə yayılacaq, 

Qars  və  Ərdəhan  səmtlərində  fəlakətə  uğrayan  müsəlman  qaçqınlar  üçün  kömək 

istəyəcəklərdir‖ (Yeni iqbal” qəzeti, 1915, № 8).  

 

 

 




 

11 


 

Bütün  bunlar  çar  hakimiyyəti  orqanlarının  nəzərindən  qaçmamış  və  o, 

tezliklə  həbs  edilmişdi.  Bu    munasibətlə  ―Bəsirət‖  qəzetində  aşağıdakı  məlumata 

rast gəlirik: ―Təqribən bir ay yarım bundan əvvəl tovqif edilmiş olan ―Yeni iqbal‖ 

qəzetinin  sər  mühərriri  Məhəmməd  Əmin  Rəsulzadə  cənabları  tovqif  edilmişdi. 

Neçə  gün  əqdəm  mumiəleyh  həbsdən  azad  edilmişdir.  Hələlik  mühərrir  əfəndi 

bağda vəqt keçirir. Təkrar Bakı mətbuatında işləyüb işləməyəcəgi məlum degildir‖ 

(―Bəsirət‖ qəzeti, 1915, № 53). 

 

 

 



 

 

 



M.  Ə.  Rəsulzadə  təqiblərdən  qorxmayıb  müharibədən  zərər  çəkmiş 

müsəlmanlar  faidəsinə  çıxarılan  ―Qardaş  köməgi‖  adlı  məcmuənin  nəşrində  də 

başlıca  rol  oynamışdır.  ―Yeni  iqbal‖  qəzetində  verilən  elan  bu  mənada  böyük 

maraq  doğurur.  ―Hərbzədə  müsəlmanlar  faidəsinə  çıxarılacaq  ―Qardaş  köməgi‖ 

məcmuəsinə göndəriləcək məqalələr yanvar ayının 25-ə qədər göndərilməli idi. Bu 

günə  qədər  əksər  iştirakları  gözlənilən  mühərrirlərdən  məqalələr  alınmamışdır... 

Məqalələr, əvvəlcə elan olunduğu kimi, ―Açıq söz‖ idarəsində qomision rəisi cənab 

Məhəmməd Əmin Rəsulzadə ünvanına göndərilməlidir‖ (―Yeni iqbal qəzeti, 1917, 



№ 524).  

 

 



 

 

 



 

 

 



Göründüyü  kimi,  müharibə  və  iqtisadi  həyatın  pisləşməsi  mütləqiyyətin 

başını qatsa da, o, milli ruhlu ziyalıların fəaliyyətini nəzarət altında saxlamağa vaxt 

tapırdı.   

 

 



 

 

 



 

 

 



1914-1917-ci  illərdə  M.  Ə.  Rəsulzadənin  çoxsaylı  məqalələri  içində 

―Dirilik‖  məcmuəsində  çıxan  ―Milli  dirilik‖  adlı  silsilə  məqalələri  qoyulmuş 

məsələlərin  ictimai  əhəmiyyəti  baxımnıdan  daha  çox  diqqətimizi  cəlb  etmişdir. 

Məqalələrdə  milli  dirçəlişin  yolları  ətraflı  şəkildə  araşdırılmış,  mövcud  siyasi 

quruluşun  verdiyi  imkanlar  çərçivəsində  və  bəlkə  bundan  da  bir  qədər  geniş 

səviyyədə şərh olunmuşdur. 

 

 

 



 

 

 



Məsələn, 

məqalədə 

deyilir: 

―Milli 


istiqlal-ələxüsus 

millətlərə 

xüsusiyyətlərinin  mühafizəsini  təmin  edən  istiqlal  daima  bəşəriyyətə  saheyi-

mədəniyyətdə yeni və əsli bir taqım ibdalar, ixtiralar nəvidindədir ki, mədəniyyəti-

bəşəriyyə  dediyimiz  şey  də  bu  ibdaət  və  ixtiraların  məcmuyundan  ibarəli  bir 

yekundur (―Dirilik‖ məcmuəsi, 1914, № 2).  

 

 

 



 

Milli azadlıq ideyası burada dünya mədəniyyəti baxımından əsaslandırılır. 

Yəni dünya mədəniyyətinin zənginliyi üçün ayrı-ayrı millətlər siyasi cəhətdən azad 

olmalıdır, əks halda inkişaf, tərəqqi mümkün deyil. Bir millət digər millətə təzyiq 

etməməlidir. Bir millət digər milləti əsarətdə saxlamamalıdır, çünki milli istiqlalın 

sayəsində bəşəriyyətdə yeni-yeni ixtiralar, yeni-yeni kəşflər edilir, qiymətli əsərlər 

yazılır.  Bir  sözlə,  dünya  milli  istiqlaldan  yalnız  qazanır.  Həmin  məqalədə  daha 

sonra  oxuyuruq:  ―Heç  şübhə  yoxdur  ki,  dünyanın  milliyyətlərə  bölünərək  qərar 

tutması  mədəniyyəti-bəşəriyyə  nöqteyi-nəzərindən  bir  zaiddir.  Millətlərdəki 

bənliklik  ədəmi-istiqlalı  və  onlardakı  zatı  xasiyyətlərin  başqalarının  xasiyyətləri 

içində münhəll olması bu zaidləri heç şübhə yox ki, mübəddəl bir naqis edir‖. 

 

Dünyanın  millətlərə  bölünməsi  təbiidir,  həm  millət  müstəqil  surətdə 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə