Nazim cəFƏrov



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix26.08.2018
ölçüsü0,7 Mb.
#64721
1   2   3   4   5   6   7   8   9   ...   29

 

Əlimərdan  bəy  Topçubaşov  başçılıq  edirdi.  Liberallar  mövcud  quruluşa  qarşı 



mötədil mövqe tutmuşdular. Mövcud qayda-qanundan kənara çıxmırdılar. 1917-ci 

ildən  sonra  rus  liberallarının  Azərbaycan  xalqına  qarşı  qərəzkar  mövqeyinə  etiraz 

əlaməti kimi onlarla əlaqələrini kəsmiş və müsavatçılara qoşulmuşdular. 

 

İnqilabçılar  əsasən  gənclərdən  ibarət  idi.  Onlar  Azərbaycan  xalqının 



azadlığı  uğrunda  dönmədən  mübarizə  aparırdılar.  Azərbaycan  inqilabçıları  və 

yaxud  Mirzə  Bala  Məmmədzadənin  təbirilə  desək,  Azərbaycan  istiqlalçıları  öncə 

rus  istiqlalçıları  ilə  birgə  çıxış  edirdilər.  Sonra  onların  arasında  parçalanma  baş 

verdi.  M.  Ə.  Rəsulzadə  başda  olmaqla  bir  çox  vətənpərvər  onlardan  ayrıldı.  Rus 

inqilabçılarından  onları  fərqləndirən  əsas  cəhət  bu  idi  ki,  onlar  milliliyi,  milli 

istiqlalı  ön  plana  çəkirdilər.  Rus  inqilabçıları  isə  milliliyə  əhəmiyyət  verməyib 

sinfiliyi, sinfi mübarizəni özlərinə başlıca məqsəd sayırdılar.   

 

 



Yuxarıda gördüyümüz kimi, sosial tərəqqi probleminə Azərbaycanda ayrı-

ayrı  partiyalar  və  təşkilatlar  müxtəlif  cür  yanaşırdılar.  Bizim  fikrimizcə,  sosial 

tərəqqi  problemindən  danışarkən  daha  çox  konkretliyə  istinad  etmək  lazımdır. 

Başqa sözlə desək, sosial tərəqqidən mücərrəd şəkildə danışmaq düzgün olmazdı. 

Sosial  tərəqqi  ayrı-ayrı  xalqların  həyatındakı  müsbət  dəyişikliklərin  şüurdakı 

əksidir. Xalqı isə  tarixən iki  qrupa  ayırmaq olar:  məhkum və  hakim. İstiqlaliyyət 

əldə  edib  sərbəst  yaşamaq  hüququ  qazanmış  xalqlarda  sosial  tərəqqi  prosesi  də 

azad  və  demokratik  ruhda  gedir.  Məhkum  xalqlarda  isə  ictimai  hadisələrin  təbii 

axarı  pozulur.  Yəni  hakim  xalq  məhkum  xalqın  iradəsini  zorlayıb  öz  mənafeyinə 

uyğunlaşdırır və nəticədə məhkum xalqın inkişafı süni yolla yubadılır.  

 

Bizə  elə  gəlir  ki,  Azərbaycan  xalqı  göstərilən  dövrdə  məhkum  xalqlar 



sırasına daxil idi və çarizmin amansız müstəmləkəçilik zülmünə məruz qalır, milli 

hüquqları  daim  tapdalanırdı.  Belə  bir  şəraitdə  xalqımızda  milli  mənlik  şüurunu 

oyadıb onu öz milli hüquqları uğrunda fəal mübarizəyə cəlb etmək daha vacib bir 

vəzifə  kimi  qarşıda  dururdu.  Öz  millətini  azad  və  müstəqil  görmək  istəyən 

Azərbaycan ziyalıları məhz belə hərəkət edir və bu yolda qarşılarına çıxan hər çür 

müstəmləkəçilik maneələrini qətiyyətlə dəf etməyə çalışırdılar. 

 

 

İndiyə qədər sosial tərəqqiyə həsr olunmuş kitab, kitabça və məqalələrdə 



daha  çox  bolşeviklərin  mövqeyində  duran  xadimlərin  fikirləri  işıqlandırılmış  və 

yerli-yersiz  təriflənmişdir.  Sosial  tərəqqiyə  milli  mənafedən  yanaşmış  bir  çox 

Azərbaycan  ziyalısının  bu  gün  ilə  həmahəng  səsləşən  qiymətli  fikirləri  isə  yasaq 

edilmiş,  imkan  düşdükcə  onlara  ―millətçi‖  damğası  vurulmaqla  yabançı  baxışlar 

kimi  xalqdan  gizlədilmişdir.  Yaxud  ən  yaxşı  halda  bu  fikirlər  yalnız  xalqa  zidd 

―əksinqilabi‖ mövqeləri ―sübuta‖ yetirmək üçün iqtibas kimi verilib. 70 il ərzində 

təşəkkül  tapmış  belə  qeyri-normal  vəziyyətin  aradan  qaldırılması  üçün  kiçicik  də 

olsa  səy  göstərmək  naminə  biz  indiyədək  qadağaya  məruz  qalmış  müəlliflərin 

fikirlərinə  daha  çox  müraciət  etməyi  düzgün  saymışıq.  Sosial  tərəqqi  hər  şeydən 

əvvəl  millətlərin  azad  və  xoşbəxt  yaşamasıdır.  Hər  bir  millət  inamla  bu  məqsədə 

doğru getməlidir.  

 

 



 

 



 

 



 

I F Ə S İ L

 

 

SOSİAL  AZADLIQ  PROBLEMİ 

 

Yuxarıda  deyildiyi  kimi,  bəzi   Azərbaycan ziyalıları ilk  növbədə  azlıqda 

qalan  xalqları  əsarətdə  saxlayan  mövcud  siyasi  quruluşu  devirmək  deyil,  onu  bir 

qədər  mülayimləşdirmək  tələbi  ilə  çıxış  edirdilər,  çünki  çarizm  ictimai  inkişafın 

qarşısını  alır,  demokratik  hərəkatı  boğur,  millətlər  arasına  təfriqə  salırdı.  Çarizm 

azadfikirli  adamları  xüsusi  amansızlıqla  təqib  edirdi.  Rusiyada  tərəqqi  ancaq 

müstəbid rejimin  məhvi,  onun demokratik  siyasi quruluşla  əvəz  edilməsi  yolu ilə 

mümkün  idi.  Bütün  xalqların  başlıca  düşməni  mövcud  siyasi  quruluş,  çar 

hakimiyyəti idi.   

 

 



 

 

 



 

Təbii  ki,  Azərbaycanda  birinci  dünya  müharibəsi  illərində  sosial  azadlıq 

problemi  haqqında  başqa  cür  düşünənlər  də  vardı.  Onlar  bu  problemə  müxtəlif 

səmtlərdən  yanaşırdılar.  Azərbaycan  xalqının  düşdüyü  çıxılmaz  siyasi  vəziyyətlə 

əlaqədar  olaraq  sosial  tərəqqi  problemi,  onların  fikrincə,  yuxarıda  deyildiyi  kimi, 

milli tərəqqi problemi ilə qovuşub vəhdət təşkil edirdi. 

 

 

 



Bir  çox  Azərbaycan  ziyalıları  çarizmin  mətbuat  sahəsindəki 

güzəştlərindən  faydalanaraq  millətin  tərəqqisinə  kömək  edən  amillərdən  birinin 

sosial  azadlıq  olduğunu  bildirirdilər.  ―Azadlıq‖  kəlməsi  mütləqiyyət  quruluşunun 

düşməni  olduğuna  görə  çar  məmurları  ondan  yenə  də  oddan  qorxan  kimi 

qorxurdular.  Bu  barədə  ―Müsabiqə‖  məqaləsində  (―Dirilik‖  məcmuəsi,  1915,  № 

12)  yazılmışdı:  ―Halbuki,  9  –  10  il  bundan  irəliyə  qədər  hürriyyətin  mənən  nə 

olduğunu yanə dursun, bir kağız üstündə yazılmış kəlməsini də görən yox idi‖. 

 

İndisə ―Dirilik‖ məcmuəsi cəsarətə gəlib hətta aşağıdakı misraları dərc edə 



bilərdi:   

 

 



 

 

 



 

 

 



 

 

  ―Dağılması bizə ol məbədin səadətdir



 

 

                               Təkəllüm olmaz içində kəlami-hürriyyət. 



                       Xərab olub da dağılsın binadən, allahım! 

                                       O kişvər ki, yox onda nizami-hürriyyət‖. 

 

 

 



(“Dirilik” məcmuəsi, 1915, №  12). 

         

   Lakin bu azadlıqlar əvvəla aldadıcı idi, çünki səhifələrində milli istiqlal və 

milli  tərəqqi  ilə  bağlı  kəskin,  dolğun  məqalələr  dərc  edən  ―Dirilik‖  məcmuəsi  on 

altıncı  sayından  sonra  cərimələnmiş  və  sonra  onun  səhifələrindən  milli  qayəli 

məqalələr  tamamilə  yoxa  çıxmışdır.  Əgər  on  altıncı  sayadək  M.  Ə.  Rəsulzadə 

mütəmadi  olaraq  ―Dirilik‖  məcmuəsində  çap  olunurdusa,  on  altıncı  nömrədən 

sonra bu məcmuənin səhifələrində M. Ə. Rəsulzadənin imzasına rast gəlmirik.  Bu 

baxımdan  1915-ci  ildə  ―Açıq  söz‖  qəzetinin  yeddinci  sayındakı  bir  məlumat 

diqqəti cəlb edir: ―Qafqaz əsgəri dairəsinin baş rəisi Bakıda nəşr olunan iki həftəlik 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə