Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə29/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

 

40

döyüşə sövq etməyə başladı.  İsmayıl  Aka  qeyd      edir      ki,      Qara      Osman      hər      iki      türkman      tayfası 



(qaraqoyunlular və ağqoyunlular nəzərdə tutulur) arasındakı düşmənçiliyi davam etdirmək, onu məğlub etmiş 

İskəndərdən intiqam almaq məqsədilə  Şahruxu qızışdırmış  və qeyd etmişdir ki, «türkmənlər və Qara Yusifin 

tərəfdarları tamam məhv edilməsələr,   ölkədə   qayda-qanun   bərpa   olunmayacaq   və  əhalinin vəziyyəti 

yaxşılaşmayacaq»«

46

. Bu fıkrə  şərik çıxan  Şahrux   Qaraqoyunlu   mirzələrinin   dəfələrlə   etdikləri   sülh 



təklifini  qəbul  etməmiş  və  onlarla döyüşə  girməyə  qərar vermişdi. 1421-ci ilin 30 iyulunda qaraqoyunlularla 

teymurilər arasında   baş   vermiş   döyüşdə   türkmanlar   qəhrəmançasına vuruşduqlarına baxmayaraq sayca 

üstün olan cığatay ordusunun təzyiqi  altında döyüş  mövqeyini  tərk  etməli  olmuşdular

47.


[97-98]


  

«Ağqoyunlu Qara Osmanın bu döyüşdən sonra ən mühüm qələbəsi Ərzincanı ələ keçirməsi olmuşdu».

48

 

Şahrux Azərbaycan hakimliyini Qaraqoyunlulara düşmən olan Qara Osmanın oğlu Əli bəyə verdikdən 



sonra ölkəni tərk edib Xorasana qayıtmışdı.

49

 Qara Osmanın Osmanlı sultanı II Murada göndərdiyi məktub da 



Şahruxun Azərbaycan hakimliyini Ağqoyunlulara verməsini sübut edir

50

. Azərbaycanın idarəsinin düşmən tayfa 



nümayəndəsinə verilməsi qaraqoyunlularla ağqoyunlular arasında olan münasibətləri daha da gərginləşdirdi

51



Şahruxun Azərbaycanı tərk etməsindən xəbər tutan Qaraqoyunlu İspənd Təbriz üzərinə hərəkət etdi. Ağqoyunlu 

Əli bəy Diyarbəkrə qaçdı. Təbriz İspənd Mirzənin əlinə keçdi. Lakin qardaşı İskəndərin Təbrizə hücum xəbərini 

alan  İspənd Mirzə  şəhəri tərk etməyə  məcbur oldu və  İskəndər Azərbaycan taxtına  əyləşdi. Qaraqoyunlularla 

ağqoyunlular arasındakı münasıbətlər  Şahruxun Azərbaycana növbəti yürüşləri zamanı daha da gərginləşdi. 

Mənbələrin qeyd etdiyinə görə,  Şahruxun Azərbaycana yürüşündə  Ağqoyunlu Qara Osmanın xidməti az 

olmamışdı

52

. 1435-ci ildə Şahruxun Azərbaycana yürüş xəbərini alan İskəndər Anadoluya çəkildi. Şahrux Qara 



Osmanın yanına qasid göndərmiş, rəqibin yolunu kəsməyi təklif etmişdi. Türk tarixçilərinin fikrincə, 

Ərzurumda olan Qara Osman İskəndərə yol verməmiş  və iki tərəf arasında 1435-ci ilin avqustunda şiddətli 

döyüş baş vermiş və ağqoyunlular məğlub olmuşdular.

53 


Döyüşdə ağır yaralanan Qara Osman Ərzurumda vəfat 

etdi. Qaynaqlardan mə'lum olur ki, qaraqoyunlularla ağqoyunluların vuruşduğu yerə  gəlmiş  Cığataylar 

gördükləri mənzərədən dəhşətə  gəlmişdilər. Buna görə  də  Cığataylar qaraqoyunluları  təqib etməkdən imtina 

etmək istədilər

54



Ağqoyunlu hökmdarı Qara Osmanın varisi Əli bəyin (1435-1438) hakimiyyəti illərində  də iki tayfa 



arasında düşmənçilik münasibətləri davam etmişdi. Ağqoyunlu Qara Osmanın ölümündən sonra hakimiyyət 

uğrunda onun varisləri arasında   gərgin   mübarizəyə   baxmayaraq,   tərəflər   arasında  

[98-99]

  ədavət   



zəifləməmişdi. Cahanşah Qaraqoyunlu dövlətinin başçısı kimi öz hakimiyyətini möhkəmləndirdi. O, Ağqoyunlu 

tayfa birliyi ilə münasibətləri yaxşılaşdırmağa çalışdı. Lakin onun  bu  fıkri  həyata  keçmədi  və   Qaraqoyunlu-

Ağqoyunlu münasibəti   yenidən  kəskinləşdi

55

.   Türk   tarixçilərinin   qeyd etdiyinə  görə,  münasibətlərin belə 



kəskinləşməsinin  səbəbi Qaraqoyunlu İskəndərin oğlu Əlvəndin Cahanşaha qarşı üsyan qaldırması  və  onun    

Ağqoyunlu Cahangirə    sığınması, Qaraqoyunlu hökmdarının tələblərinə baxmayaraq, Əlvəndin qaytarılmaması    

olmuşdu

56

.    1450-ci    ildə    qaraqoyunlularla ağqoyunlular   arasında başlanan qanlı mübarizə iki ilə qədər 



davam etdi.   1452-ci ilin baharında Xorasan hakimi  Sultan Baburun, ölkəsinə hücum etmək üçün Reyə 

gəldiyini xəbər alan   Cahanşah    ağqoyunlularla   mübarizəni   dayandırdı    və  Cahangirə barışıq haqqında 

xəbər göndərdi. O, Cahangirdən hakimiyyətini tanımasını da tələb  etdi.  Cahanşah Cahangiri bütünlüklə   özünə  

bağlamaq,   şərqə      hərəkət   edərkən   qərb cəbhəsindən tamamilə  əmin olmaq üçün onun qızını öz oğlu 

Məhəmmədi Mirzəyə istədi. Cahangir onun bu təklifmi qəbul etdi.

57

 Bununla da bir əsrə yaxın müddət ərzində 



türkmanların iki qardaş ulusu,  iki xanədanı  arasında ardıcıl və  getdikcə şiddətlənən düşmənçilik müvəqqəti 

olaraq müəyyən vaxt üçün dayandırılmış   oldu.

58

   Lakin   Uzun   Həsən   qardaşının   bu hərəkətindən razı 



qalmadı  və ona qarşı mübarizəyə başladı. Diyarbəkri   ələ      keçirdi.      Ağqoyunlu   tax-tacını      zəbt   etdi

59



Qardaşının   hücumları   qarşısında   dura   bilməyən   Cahangir Qaraqoyunlu hökmdarı Cahanşaha sığındı. Əbu 

Bəkr Tehranı bu haqqda yazırdı: «Cahangir qardaşı Uzun Həsəndən incidi, onun günü-gündən  artan     

zəfərlərindən    qorxaraq   Cahanşahm dərgahına  yollandı.  Uzun  Həsən onu  bu   əməlindən çəkindirmək istədi 

və kürd Osmanı risalətə göndərdi. Dedi ki, biz bir anadan və atadan doğulmuş iki qardaşıq. Gərək bir-birimizlə 

əhd-peyman bağlayaq, and içək ki, bundan sonra sülh və dostluq yolunu tutacaq, müxalifət və düşmənçüikdən 

uzaq olacağıq.   Bizimlə   qaraqoyunlular   arasında   qədim   ədavət  

[99-100]

 olduğuna görə, ona birləşmək 

münasib deyildir»«».

60 


Mənbənin verdiyi mə'lumatdan aydın olur ki, Uzun Həsən qaraqoyunlulara qarşı olan 

qədim ədavəti qardaşına xatırlatmaqla onu tutduğu yoldan çəkindirmək istəmiş, lakin buna nail ola bilməmişdi. 

Orta əsr feodal şüuru ata-oğul, qohum-qardaş münasibətlərini kəskinləşdirdiyi üçün şahzadələr atalarına, yaxud 

bir-birinə qarşı çox vaxt mübarizə aparır, hər vasitə ilə hakimiyyətə doğru can atırdılar

61

. Cahangirin  Cahanşaha 



sığınması və ondan yardım istəməsi Qaraqoyunlu-Ağqoyunlu münasibətlərini daha da kəskinləşdirdi və Uzun 

Həsənlə Cahanşah arasındakı düşməkçilik daimi bir şəkil aldı. Qaraqoyunlular ilə  ağqoyunlular arasında 

kəskinləşən mübarizənin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin dövləti daxilindəki 

feodal ziddiyyətlərindən fəal surətdə istifadə etməyə çalışırdı. Onlar rəqib tərəfdəki daxili ziddiyyətləri 

kəskinləşdirməyə, bir-birini zəiflətməyə  cəhd edirdilər. Cahanşah Uzun Həsənə qarşı apardığı mübarizədə 

Ağqoyunlu taxtını almağa çalışan Cahangirə yardım göstərirdi. Uzun Həsən də Cahanşahın üsyan etmiş 

oğlanlarına kömək edirdi.

62

 Faruq Sümer yazır ki, Cahanşah Ağqoyunlu padşahlığını Cahangirə verdi, Ərzincanı 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə