Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

 

42

ilin aprelini göstərirlər. Yalnız İ.P. Petruşevski və S.Məmmədov düzgün olaraq 1467-ci ilin 10 noyabrını .qeyd 



edirlər.

83

 Uzun Həsən Cahanşah üzərində qələbə münasibətilə Osmanlı Sultanı II Mehmedə göndərdiyi məkubda 



bu hadisə ilə elaqədar olaraq ətraflı  mə'lumat vermiş  və hadisənin 872-ci il hicri rəbbüsani ayının 13-də (11 

noyabr 1467) baş verdiyini göstərmişdi.

84

 

Uzun Həsənin bu qələbəsi ilə Azərbaycan Qaraqoyunlu dövlətinə uzun illər başçılıq etmiş Cahanşahın 



hakimiyyəti başa çatdı. 1468-ci ildə  Həsən  Əlinin qüvvələrinə  də qalib gələn Uzun Həsən Qaraqoyunlu 

dövlətinin varlığına son qoydu və paytaxtı Təbriz şəhəri olan Ağqoyunlu dövlətini bərqərar etdi. 

Beləliklə Qaraqoyunlu-Ağqoyunlu qarşılıqlı  əlaqələrinin türk tarixçiləri tərəfindən tədqiqini 

araşdırarkən mə'lum olur ki, onların  əksəriyyəti bu problemi tədqiqat obyekti seçməmiş, iki tayfanın, iki 

dövlətin siyasi tarixini öyrəndikləri üçün onlar arasındakı münasibətləri də araşdırmalı olmuşlar. Qaraqoyunlu-

Ağqoyunlu münasibətlərindən bəhs etmiş türk tarixçiləri siyasi 

[103-104]

 hadisələrə daha çox yer vermiş və çox 

zaman onların izahından çəkinmişlər. Lakin bütün bunlara baxmayaraq, Qaraqoyunlu-Ağqoyunlu 

münasibətlərinin öyrənilməsində türk tarixçilərinin araşdırmalarının əhəmiyyəti böyükdür. 

 

 



 

43

§2. Qaraqoyunlu-Osmanlı münasibətləri.

 

 

 



XIV  əsrin sonunda Qaraqoyunlu tayfa birliyi Mosulda, Ərzurumda, Xoyda, Naxçıvanda və Göycə 

gölünün cənub sahillərində möhkəmlənmişdi

85

. Bu tayfa birliyinin tədricən güclənməsi qonşu dövlətlərin 



rəhbərlərini narahat etmişdi. Teymurun Azərbaycana hücumları dövründə Qaraqoyunluların istilaçıya qarşı 

güclü müqavimət göstərməsi də qonşu dövlətlərin, xüsusilə bu işğalçıdan xilas olmaq üçün yollar arayan Şərqi 

Anadolu bəyliklərinin, Osmanlı sultanlığının onlara olan rəğbətini artırmışdı. Qaraqoyunlu-Osmanlı 

münasibətləri məsələsi türk tarixçiləri üçün xüsusi tədqiqat obyekti olmamış və buna görə də həmin problemə 

səthi yanaşılmışdır. Qaraqoyunlu dövlətinin siyasi tarixini tədqiq etmiş  İ.H.Uzunçarşılı, M.X. Yınanç və 

F.Sümer Qaraqoyunlu hökmdarının (Qara Yusifin və Qara İskəndərin) Osmanlı sultanlarına sığınması 

məsələsini qeyd etmiş, lakin iki dövlət arasındakı münasibətlərin inkişaf prosesini araşdırmamışlar. 

XIV  əsrin sonlarında, Qaraqoyunluların Ağqoyunlulara qarşı mübarizəsinin kəskinləşdiyi bir dövrdə 

siyasi rəqiblərin Teymurun himayəsinə  sığınması Qaraqoyunluların Osmanlı sultanlarına olan meylini 

gücləndirmişdi. Lakin Qaraqoyunlu tayfa birliyinin yüksəlişi Osmanlı dövlətini də narahat edirdi. Mənbələrdən 

mə'lum olur ki, «0smanlı  əmirləri Qara Məhəmmədin Malatiya qalasını  ələ keçirməsindən qorxur, buna qarşı 

lazımi tədbirlər görməyə başlayırdılar. Şeyx Həsən adlı bir şəxs Osmanlı Sultanı Bayazidə müraciətində deyirdi: 

«Məntaş Malatiya qalasını saxlamaqda acizdir. Onu başqası ilə  əvəz etməli.  Əgər mənim rə'yim qəbul 

olunmazsa və yaxud tə'xirə salınarsa qala Qara Məhəmmədə  və ya başqasına təslim olacaq və  məhv 

ediləcəkdir»

86

. Sonralar Osmanlı sultanı ilə 



[104-105]

 Ərzincan əmirliyi arasında kəskin ziddiyyətlərin olduğu 

aşkara çıxdı. 

Buna görə  də,  Əmir Mutaharten Osmanlı sultanına qarşı mübarizədə «Qara Məhəmmədlə ittifaq 

bağladı» və bu ittifaqa arxalanalaraq öz qüvvələrini yenidən təşkil etdi.

87

 Lakin tezliklə  Ərzincan  əmirinin 



Ağqoyunlu Qara Osmanla müttəfıq olması  və Teymura sığınması Qaraqoyunlu-Osmanlı münasibətlərinə öz 

tə'sirini göstərdi. Qaraqoyunlu-Osmanlı münasibətlərinə Osmanlı qaynaqlarının gözü ilə baxılarsa, türklərin 

qaraqoyunlulara ehtiyatla və  şübhə ilə yanaşdıqları aydın olur. V.Minorski bunu, qaraqoyunluların yaşayış 

tərzində, inanclarında rafizilik əlamətlərinin olması ilə izah edir

88



Qaraqoyunlu   hökmdarı      Qara      Yusif    Teymura      qarşı mübarizə   aparmaq   məqsədilə      İldırım   



Bayəziddən   yardım istəmişdi. Qara Yusifın məktubunda deyilirdi: «Teymur... indi Azərbaycana hücum 

etməkdədir. Sənin bu həvaxahın (yə'ni Qara Yusifin-T.N.) onunla müqavilə və mütailə edə bilməyəcək və canını 

islam  əhlinə qurban edəcək. Ümidvaram ki, o, həzrət də (yə'ni Sultan Bayəzid-T.N.) bundan (Teymurun 

yürüşündən-T.N.) xəbərdardır. Gərək sərhəd əmirlərinə fərman verilsin ki, onlar   hazır   olsunlar   və   ehtiyac   

olduqda   fürsəti   fövtə verməsinlər. O, nabenarın dəf''i kafırlər üzərinə hücumdan daha zəruridir.   Başqa  

vəziyyət  haqqında  bu  ittihad  risaləsini gətirən... Əmir Murad mə'lumat verəcəkdir

89

». Sultan İlduım Bayəzid   



Qara   Yusifə   cavabında  bildirirdi:   «Fərman   edib buyurdum ki,...  əgər Teymur o vilayətə yaxınlaşsa, bizim 

müzəffər əsgərlər Allahın köməyi ilə... cahanı yandıran o atəşi qara   torpağa   bərabər    edib...    aləmi    zülm   

tüstüsündən təmizləsinlər. Onun məhv edilməsi bütün başqa işlərdən daha vacibdir. Gərək o cənab da (yə'ni-

Qara Yusif-T.N.) Şirvan, Gilan,   Gürcüstan,   Luristan,   hakimləri      ile      birləşib      qəflət etmədən onlarla 

müharibəyə başlayalar)

90

. Məktubdan aydın olur   ki,   sultan  İldırım   Bayəzid   təhlükəli   düşmənə   qarşı 



mübarizədə Qara Yusifə yardım edəcəyini göstərmiş, lakin ona qonşu hakimlərlə ittifaq bağlamağı birgə 

mübarizə aparmağı  

[105-106]

 məsləhət görmüşdü. Teymurun işğal təhlukəsi qarşısında Qaraqoyunlu-Osmanlı 

əlaqələri möhkəmlənməyə başladı. Faruq Sümerin fikrincə, Qara Yusif müttəfıqi olan Sultan Əhməd Cəlayiri ilə 

birlikdə Teymurun qüvvələri qarşısında dayana bilmədi, Osmanlı sultanı  İldırım Bəyazidə  sığınmağı  qərara 

aldı

91

. Osmanlı sultanı Qara Yusifi yaxşı qarşılamış  və  Ağsaray bölgəsini ona vermişdi. Türk tarixçiləri qeyd 



edirlər ki, İldırım Bəyazid Qara Yusif və sultan Əhmədlə birlikdə 1401-ci ilin yayın ortalarında  Ərzincan 

üzərinə  hərbi yürüş etmiş,  şəhəri  ələ keçirmiş  və onu Qara Yusifə vermişdi

92

. Qara Yusiflə Sultan Əhmədin 



Osmanlı sultanına sığınması  Əmir Teymurla İldırım Bəyazid arasındakı münasibətlərə öz tə'sirini göstərməyə 

bilməzdi«. Bəyazidin Qaraqoyunlu xənadanı ilə müttəfiq olması Teymuru daim bihuzur edirdi... o, 

qaraqoyunluların Osmanlı sultanı ilə ittifaq bağlamasına qəzəblənirdi»

93

 Teymur Qara Yusifin Kiçik Asiyada 



qüvvə toplayıb yeni mübarizəyə başlayacağından ehtiyat edirdi. «Teymur elə  zənn etmişdi ki, Qara Yusif və 

Sultan  Əhməd Osmanlı Türkiyəsinə getməklə  İldırım Bəyazidi ona qarşı müharibəyə qaldıracaqlar)

94

. Türk 


tarixçilərinin fikrincə, Teymur Osmanlı hökmdarına göndərdiyi məktudba, özünün arada sülhün saxlanılmasını 

arzuladığını bildirmişdi. Lakin möhkəm dostluğun yaradılması naminə müsəlman məmləkətlərinə ziyan verən, 

yolkəsən, quldur kimi tanınan Qara Yusiflə  əlaqədar olaraq üç şərt irəli sürmüşdü.: 1. Onu öldürmək, 2. 

Mühakimə olunmaq üçün təslim etmək, 3. Osmanlı ərazisindən qovmaq

95

. Yaşar Yücel yazır ki, sultan Bəyazid 



Teymurun istəklərinə qarşı  mənfi cavab vermiş, Qara Yusifin artıq Anadolunu tərk etdiyini göstərmiş, təkrar 

gəlişində onu qəbul etməkdə tərəddüd göstərməyəcəyini bildirmişdi

96



Türk tarixçiləri İldırım Bəyazidin Qara Yusifı və Sultan Əhmədi müdafiə etməkdə nə kimi məqsədlər 



güddüyünü aydınlaşdırmaqdan çəkinmişlər. Z.V.Toğanın fikrincə, Bəyazid Teymurdan qaçıb özünə  sığınan 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə