Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

 

46

olmayan ə'yanların müqaviməti qırılmış, mərkəzi hakimiyyət möhkəmləndirilmişdi. Türk tarixçiləri Cahanşahla 



II Murad arasında    dostluq    əlaqələrinin    olduğunu    qeyd    edirlər

131


.

 [112-113]

 

             İ.H.Uzunçarşılı yazır ki, Osmanlı hökmüdarı II Murad ilə Cahanşah arasında çox səmimi namələr 



mübadiləsi edilmiş  və  məşhur tarixçi Şükrullah elçi kimi onun yanına göndərilmişdi

132


. Cahanşah II Murada 

göndərdiyi məktubunda iki dövlət arasında qədimdən mövcud olan dostluq əlaqələrini xüsusilə qeyd etmiş, II 

Murad isə cavab məktubunda aralarındakı qədim məhəbbətin pozulmasına heç bir bəhanə olmadığını bildirmiş, 

bu vəziyyətin heç bir dəyişikliyə  uğramadan davam edəcəyini göstərmişdi

133

. Hər iki hökmdar qazanılmış 



uğurlar münasibətilə bir-birinə fəthnamələr    və    məhəbbətnamələr    göndərməkdə    davam etmişdilər

134


Qaraqoyunlularla ağqoyunlular arasındakı  qədim düşmənçilik,  ağqoyunluların  Osmanlı  sultanlarının  

rəqibləri olması Cahanşahı Osmanlılarla müştərək mənfeətə  əsaslanan dostluq münasibətləri yaratmağa vadar 

etmişdi


135

. Təbiidir ki, belə   bir   məqsədə    Osmanlı    sultanı    da   xidmət    edirdi. Qaraqoyunlu-Osmanlı 

münasibətləri II Mehmedin dövründə (1451-1481) daha da inkişaf etmişdi. M.X. Yınanç yazır ki, Cahanşah   

Fateh   II   Mehmedə   hər   zaman   «oğlum»   deyə məktublar, yazmış  və ondan  «atam»  ünvanı ilə hörmətli 

cavablar almışdır

136


.   Cahanşahla   II   Mehmed   arasındakı   yazışmalarla tanışlıqdan   mə'lum   olur   ki,   iki   

dövlət   arasında   dostluq əlaqələrini   möhkəmləndirmək  üçün   onlar   daim   bir-birinə  fəfhnamələr və 

məhəbbətnamələr göndərmişlər. II Mehmedin Cahanşaha göndərdiyi məktublardan birində Bursadan Təbrizə, 

kəsbkarlıq məqsədilə  gələnlərdən söhbət açılması göstərir ki, bu dövlətlər arasında sıx iqtisadi əlaqələr də 

mövcud idi. Sultan II Mehmed yazır ki, «Bursadan sizin diyarınıza öz kəsbkarlığı üçün Əhməd Musa adlı bir 

tacir getmişdir. O, Təbrizdə səfərdə axirətə   getmiş  və   onun  əlində  olan  bütün  nəğd  pul  və mallar...sizin 

dərgahınızın ümənası (əmin-amanlıq yaradanları-T.N.) tərəfındən götürülmüşdür...   Onun  fərzadı  olan Şeyx 

Məhəmməd Bursavi onun varisidir... oraya gəlir... valilərə işarət olunsun şər'i qovlumluq hökmünə riayət edərək 

alınmış  şeylər qaytarılsın»

137


. Cahanşah məktubunda alınmış  əşyaların  

[113-114]

 qaytarıldığını, həmçinin 

Farsın və Əcəm İraqının şəhər və qalalarının Cığataylardan təmizlənməsi haqqında mə'lumat vermiş, bu xəbəri 

ona çatdırmaq üçün Əmir Tacəddin İbrahim Mehtəri hədiyyələrlə göndərmişdi

138


Qaraqoyunlu hökmdarı Cahanşah XV əsrin 50-ci illərində teymurilərə qarşı mübarizədə  uğur  əldə 

etmək üçün Osmanlılarla xoş münasibətdə olmağı vacib saymış, hətta bir müddət öikəsinə təcavüz etmiş Fateh 

Sultan II Mehmedə elçi göndərmiş, Sivasa qonşu olan Qaraqoyunlu torpaqlarına hücum etməyəcəyi təqdirdə 

ona 4 min kintal kərə yağı və min dəvə verəcəyini bildirmiş, Osmanlı hökmdarı bu təklifı qəbul etmişdi

139


Türkiyə tarixçüəri Cahanşahla II Mehmed arasında dostluq əlaqələri olduğunu qeyd edirlər

140

. Yılmaz 



Öztunaya görə, Fateh II Mehmed atalarının qaraqoyunlularla dostluq və onları himayə etmək siyasətini davam 

etdirmiş, Sultan Cahanşahla çox yaxşı münasibətlərdə olmuşdu

141

. Qaraqoyunlu-Osmanlı münasibətlərindən 



bəhs edən türk tarixçiləri iki dövlət arasındakı qarşılıqlı  əlaqələrin izahından daha çox müxtəlif hökmdarların 

müsbət şəxsi münasibətlərini qeyd etməklə kifayətlənməli olmuşlar. 

XV  əsrin 50-ci illərinin sonunda Cahanşahın Teymuri hökmdarı  Əbu Səid üzərindəki qələbəsindən 

sonra Qaraqoyunlu dövlətinin Yaxın Şərqin ən güclü dövlətlərindən birinə çevrilməsi Osmanlı dövləti ilə siyasi 

münasibətlərə öz tə'sirini göstərmişdi. Şərqi Anadolunun fəthini başa çatdırmağa çalışan II Mehmed Ağqoyunlu 

dövlətinin güclü müqaviməti ilə qarşılaşmışdı. Bu, sultan Mehmedin Trabzon yürüşü zamanı özünü aydın 

şəkildə büruzə vermişdi. Sultan II Mehmed Trabzona yürüşü  ərəfəsində Cahanşaha göndərdiyi məktubda 

yazırdı: «... Pedəre-əzizim Cahanşah, tərəfindən mövlana Şükrüllahla bizim dərgahımıza göndərilən kitabətin 

çatdı... Biz Trabzona yollanırıq...  Əgər bu hücumla əlaqədar olaraq bizim məktublaşmamız bir qədər tə'xirə 

düşərsə, başqa şey haqda düşünməyib məktublaşma qapılarını qapamayın».

142

[114-115]



 

              Osmanlı dövlətinin  şərq istiqamətində irəliləməsinin Ağqoyunlular tərəfindən güclü müqavimətlə 

qarşılanması  hər iki dövlət arasındakı münasibətləri daha da kəskinləşdirmişdi. Uzun Həsənin başçılığı ilə 

ağqoyunluların ətraf vilayətlərə qarətçi yurüşlər təşkil etməsi və 871 h (1466-1467)-ci ildə Gürcüstana hücumu 

ilə kifayətlənməməsi,  Ərzruma da döyüşçü dəstələrini yollaması, Qarahisarın alınıb Uğurlu Məhəmmədə 

verilməsi Ağqoyunlu-Qaraqoyunlu münasibətlərini də pisləşdirmişdi. Bununla əlaqədar olaraq, Cahanşah II 

Mehmedə göndərdiyi məktubunda yazırdı: «...Qədim vaxtlardan bəri bizim... sizin şərəfətli xənədanımza həqiqi 

məhəbbətimiz və dostluğumuz olmuşdur və olmaqdadır... Bizim... dostluğumuza heç nə mane olmur. Amma 

ortaya çıxmış Həsən Ağqoyunlu bu müddət ərzində zahirdə yazıqlıq və məhəbbətini göstərsə də, əslində başqa 

cür hərəkət edirdi. Onun zahiri və batini bir olmadığı üçün günbə-gün nifaq yaranmaqda idi. Onda bu günlərdə 

xəbislik tam şəkildə göründü, onun əhdi-peymanı  sındırdığı  mə'lum oldu... bizə hücum etdisə  də onun dəfi 

asanlıqla mümkün oldu... O, büləndhimmət həzrət... onun dəf i və  cəzalanması üçün cəhd etsinlər. Sizdən 

sədaqətlə rica olunur ki, bu məsələdə iradə... istək və inadınız qırılmasın və həqiqi dostların məqsəd və istəkləri 

həyata keçsin»

143

. Məktubdan aydın olur ki, Cahanşah Ağqoyunlulara qarşı qarşıdakı  qəti döyüşdə müttəfıqi 



olan Osmanlı hökmdarı sultan II Mehmeddən yardım istəmişdi. Türk tarixçiləri Cahanşahın bu tələbi haqqında 

heç bir mə'lumat vermirlər. Lakin Hammerin yazdığına görə, Cahanşah fateh Sultan Mehmeddən yardım 

istəmişsə də, sultan o zaman İskəndər bəyə qarşı mübarizə apardığı və Elbasan qalasının mühasirəsi ilə məşğul 

olduğu üçün onun istəyini yerinə yetirə bilməmişdi.

144

 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə