Nəcəfli Tofiq Hümbət oğlu



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#54633
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

 

45

Sultan I Mehmedin Qaramanlu Mehmed üzərindəki qələbəsi münasibətilə Qara Yusifə göndərdiyi 



fəthnaməyə

111 


cavabında Qaraqoyunlu hökmdarı da onu təbrik etmiş  və sultana yazmışdı: «Elxani məlikləri 

barədə onu deyə bilərəm ki, onların 

[109-110]

 hamısı Amu suyunu (Amurdərya-T.N.) keçərək, Isfahan 

yaxınlığında toplaşmışlar.  Əziz oğlum Cahanşahı Sultaniyyənin mühafizəsi üçün yolladım. Səadətmənd 

övladlarım  Əmir  Şahməhəmməd bahadırı,  İspənd bahadırla birmənzillik qaravuliyə göndərib, özüm əlli min 

mükəmməl süvari ilə Təbriz yaxınlığındayam və (indi) Ucana getməkdəyəm. İgid oğlum Qara İskəndər iyirmi 

min nəfər... süvari ilə arxada pusquda dayanmışdı»

112

. Məktubdan aydın olur ki, Qara Yusif Şahruxun öz 



üzərinə yürüşə başladığını və bu savaşa necə hazır olduğunu Osmanlı sultanına etraflı şəkildə vermişdi. Sultan I 

Mehmed Qara Yusifə cavabında, Şahruxun hücum xəbərini ona çatdırdığına baxmayaraq, ona yardım haqqında 

aydın cavab verməkdən çəkinmişdi

113


. Türk tarixçiləri e'tiraf edirlər ki, dostluq əlaqələri olmasına baxmayraq, 

Osmanlı sultanının Şahruxa qarşı müharibədə Qara Yusifə yardım göstərməməsinin səbəbi, sultan I Mehmedin 

teymurilərlə yeni toqquşmadan çəkinməsi olmuşdu. 1420-ci ilin 13 noyabrında Qara Yusifın Ücan yaylağında 

vəfat etməsi münasibətilə  Şahruxun sultan I Mehmedə göndərdiyi məktubunda

114

 onun yanına təşrif gətirən 



elçilər arasında Osmanlı nümayəndəsi Bəhram bəyin olması da bunu bir daha təsdiq edir. Şahrux həmin 

məktubda yazırdı: «Eşitdim ki, Qara Yusifın oğlu  Şahməhəmməd Qara İskəndərlə  Ərzincanın Çəpəkçuruna 

qaçmış... Qara Osmanla döyüşmüşdür. Biz hal-hazırda onun dəfi ilə məşğuluq. Əgər sizin tərəfə (Ruma-T.N.) 

pənah gətirərsə onu tutub bizim dərgahımıza yollayın»

115

 . Sultan I Mehmed Şahruxa cavabında yazmışdı: 



«...Azərbaycanın zəbtindən və diyanın başqa əhvalından xəbərdar olduq. (və bunlar) bizim keyfimizi çoxaltdı. 

(amma) Qara İskəndərin Rum tərəfə qaçmağından pərişan olduq və o tərəflərin adamlarına fərman verdik ki, 

əgər ondan xəbər tutsalar vaxtlı-vaxtında ona hücum etsinlər».

116


 Güman etmək olar ki, Osmanlı sultanının belə 

cavab yazması Şahruxun məktubda çox saylı qoşunu haqqında mə'lumatın olmasının nəticəsi idi.

 [110-111]

 

              Osmanlı sultanı II Murad (1421-1451) da Qaraqoyunhı dövləti ilə münasibətində dostluq əlaqəlrinə 



üstünlük vermışdt Türk tarixçiləri də II Muradın Qaraqoyunlu dövlətı ılə dostluq əlaqələrini  davam etdirdıyini 

qeyd edirdilər.

1

" Lakin Osmanlı sultanları Şahruxun Azərbaycan yürüşləri zamanı Qaraqoyunlu dövlətinə fəal 



yardım göstərməmişlər. Xəlil  İnalcıq və  İsmayıl Akanın fıkrincə, II Muradın ikinci bır Teymur  təhlükəsi ilə  

qarsılaşmaq istəməməsi buna səbəb olmuşdu

11

 .Yalnız Yılmaz  Öztuna belə hesab edir ki, sultan II Murad 



Məmluklər və Qaraqoyunlular kimi Teymurilərə baş  əyməmək haqqında,heç bir zaman düşünməmişdi. O, 

Teymur istilasından ibrət dərsi almışdı. II Murad babası  Bəyazid kimi Temurilərlə munasıbəti pisləşdirmək   

fıkrində   olmamışdı.   Buna   görə də sultan qaraqoyunluların Şahrux tərəfindən bır neçə dəfə əzılməsınə seyrçi 

münasibət bəsləmişdi.

119

                                       



              Osmanlı  sultanı II Muradın qaraqoyunlularla dostluq münasibətində    olduğunu  qaynaqlar  da    təsdıq    

edır.  Oaraqoyunlu  İskəndər   Şirvana  hərbi  yürüş   etmış   vilayətı dagıtmağa   və   talan   etməyə   başlamışdı.   

Qaraqoyunlularla bacarmayacağını anlamış  Xəlilüllah dərhal  Şahruxdan və Qara Osman Bayandurdan kömək 

istədi


1

-. Həsən bəy Rumlu göstənr ki, Şirvanşahın  xahişi  müqabilində  Şahrux 1434-cü ilin 6 noyabrında    

Azərbaycana üçüncü  dəfə  yüruş etmışdı.    Şahruxun   hücumu   qarşısında   dayana   bılməyən   Iskəndər 

Anadoluya  doğru  qaçmağa   məcbur  olmuşda   O    Xorasan hökmdarının tələbi ilə  yolu kəsmiş Ağqoyunlu 

hokmdarı Qara Osmanı məğlub etmis və sonra Toqat istıqamətinə yollanmışdı. Faruq Sümer yazır ki, Iskəndər 

Ildırım Bəyazıd ılə atası Qara Yusifdən   e'tibarən   Osmanlı   və   Qaraqoyunlu   xanədanları  arasında yaranmış 

dostluğu, II Muradın dostu oldugu uçun Osmanlı      sərhədlərini      keçdi,      Toqata      gəldı      və  Qaz   obası 

qışlağında yerləşdi

123

. Qaynaqlardan mə'lum olur kı, Iskəndər II  Muraddan qışı Toqatda keçirməsinə icazə 



verməsını  ıstəmışdı. II Murad Amasya valisi Yürküc Paşaya Iskəndəri layıq oldugu tərzdə qarşılamağı  əmr 

etmiş və ona hədiyyələr gondərmışdı.

 [111-112]

 Bütün tədbirlərinə baxmayaraq Isəkəndərin Osmanlı ölkəsinə 

daxil olmağa müvəffəq olduğunu görmüş Şahrux Şeyx Nurəddin Məhəmmədi Osmanlı hökmüdarı II Muradın 

yanına göndərdi. O, bildirdi ki, əgər  İskəndər Osmanlı ölkəsinə  gələrsə, onu göndərsinlər.

12

' Yılmaz Öztuna 



qeyd edir ki, sultan II Murad İskəndər bəyi rədd etməyi hökmdarlıq  şərəfinə münasib görməmiş  və 

teymurilərdən asılı olduğu üçün bu Qaraqoyunlu hökmdarından xilas olmağın çarəsini axtarmışdı.

126                         

Z.V.Toqanın fikrincə, II Murad Şahruxun İskəndərin ölkəsindən qovulması tələbinə razılıq vermiş, bəylərindən 

Umur bəy ilə Yürkünc Paşanı bir ordu ilə onun üzərinə göndərmiş  və Osmanlı ölkəsindən çıxarmışdı

127


Qaynaqlardan mə'lum olur ki, qışı Toqatda keçirmiş  İskəndər Qaraqoyunlu baharda «qüruru və nadanlığı 

üzündən... Rum vilayətini dağıtmağa, xalqın malını qarət etməyə və camaata əzab-əziyyət verməyə başladı»

128


Məhz buna görə də Qaraqoyunlu-Osmanh münasibətləri kəskinləşməyə başladı. Faruq Sümer yazır ki, Yürküc 

Paşa vəziyyəti II Murada bildirdi. Bu hadisədən pərişan olan II Murad Anadolu bəylərbəyi Umur bəyi 

İskəndərin üzərinə göndərdi

129

. Mənbələr qeyd edir ki, Umur bəy İskəndərə göndərdiyi məktubunda yazırdı:... 



«Sizi məğlubiyyətə uğradan Şahrux Mirzə Xorasan tərəfə getmişdir və sizlərin ata yurdunuz olan Azərbaycan 

tərəfə yollanmanız daha münasibdir. Getməyiniz dostluğun davam etməsi üçün bir vəsilədir»

130

. Bu məktubu 



alan  İskəndər Osmanlı ölkəsini tərk etmişdi. Tezliklə geri qayıdan  İskəndər Təbrizi yenidən  ələ keçirə bildi. 

Lakin o, qardaşı Cahanşah tərəfindən məğlub edildi və Əlincə qalasına qaçaraq orada 1438-ci ilin 21 aprelində 

öldürüldü. Belələiklə Cahanşah Azərbaycan hökmüdarına çevrildi. Cahanşahın hakimiyyəti dövründə 

Qaraqoyunlu dövləti müstəqil bir dövlət kimi möhkəmlənmiş və onun həyata keçirdiyi tədbirlər sayəsində tabe 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə