Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə30/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   26   27   28   29   30   31   32   33   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Tamponaj sementləri
Neft və qaz yerin tərkibində olan yataqdakı təbii faydalı yanacaqdır. Bunun yer üzərinə çıxarılması quyular vasitəsilə əldə olunur. Qazıma aparılan zaman müxtəlif fiziki-kimyəvi xüsusiyyətləri, müxtəlif litoloji tərkibli və müxtəlif dərəcədə neft, qaz, su ilə doymuş laylar qazılır. Bu laylar müxtəlif təzyiq və temperatura malik olur. Qazıma zamanı qazılmış uyğun laylar qoruyucu kəmərlə möhkəmləndirilərək buraxılan kəmərlə quyu lüləsini divarı arasındakı həlqəvi fəza sementlənir. Sement məhlulunun həlqəvi fəzaya qaldırılması sementləmə işi adlanır.

Quyunun sementlənməsi layları bir-birindən təcrid etmək, laylara qazıma məhlulunun udulmasının qarşısını almaq, dəyanətsiz süxurları möhkəmləndirmək və s. məqsədləri yerinə yetirmək üçün tamponaj sementləri aşağıdakı tələbatları yerinə yetirməlidir.

1.Tamponaj materialından hazırlanan məhlul quyunun tələb olunan intervalına qaldırılmağı təmin etməklə az müddət ərzində kəmər arxasında bərkiyərək sement daşına çevrilməlidir.

2.Yaranmış sement daşı keçiricili olmamalıdır, mexaniki xassələei dəyişməməli və korroziyaya davamlı olmalıdır.

3. Sement məhlulu tutuşan zaman öz həcmini azaltmamalıdır, qoruyucu kəmərlə möhkəm təmasda olmalıdır.

4.Tamponaj sementi çox istifaə olunduğundan nisbətən ucuz başa gəlməlidir.

Qazımada işlədilən tamponaj portland sementləri karbonatlar ilə kremnozem-qlinozem materiallarının qarışığının 1200-14000C temperaturda yandırılması nəticəsində əmələ gələn mürəkkəb qatışıqdır. Tamponaj portland sementlərinin tərkibi alit, belit və tselit minerallarının klinker materialları kompeksindən ibarətdir.

Alit - əasən 3 kalsili silikatdan (3CaOSiO2) ibarət olub tərkibidə 5-6% üç kalsili alüminatın (3CaOAl2O3) olur.

Belit – 2 kalsili silikatdan (2CaOAl2O3) birləşməsindən ibarətdir. Belitin tərkibində az miqdarda dəmir oksidi (Fe2O3) və titan oksidi (TiO2) olur.

Tselit – aralıq maddə olub alit ilə belit kristalları arasındakı məsafələri doldurur. Tselit alümo-ferrit kalsidən (4CaO Al2O3Fe2O3) ibarətdir.

Sement klinkerləri tərkibinin 95-96%-ni yuxarıda göstərilən əsas mineralların cəmi təşkil edir. Əsas minerallardan başqa tamponaj klinkerlərində az miqdarda sərbəst əhəng olur. Sement klinkerlərinin minerloji tərkibinin dəyişməsindən asılı olaraq portland sementlərinin xassələri geniş miqyasda dəyişə bilir. Ümumiyyətlə, tamponaj sementinin tərkibi belədir: 40-60% SiO2, 10-20% Al2O3, 5-7% Fe2O3, 2-15%CaO.

Quyuların qazılması zamanı sementləmə aparmaq üçün tamponaj materialını seçmək üçün birinci növbədə geoloji şərait (tempertur, təzyiq, udulma, təzahür və s.) nəzərə alınmalıdır. Sementləmə aparan zaman həlqəvi təzyiqdəki kahlardakı qazıma məhlulu kəmər arxası ilə qaldırılan sement məhlulu ilə sıxışdırılaraq yuxarı çıxmasını təmin etmək üçün sement məhlulunun sıxlığı qazıma məhlulunun sıxlığından 0,02·104 H/m3 çox olmalıdır. Qazıma zamanı yüksək anomal lay təzyiqli və aşağı anomal lay təzyiqli laylarda sementləmə aparmaq üçünmüxtəlif sıxlıqlı sement materiallarından istifadə edilir.

Neft və qaz quyularında sementləmə aparılan zaman elə sement növü seçmək lazımdır ki, ondan alınan sement məhlulunun həlqəvi fəzada yaratdığı hidrostatik təzyiq qazıma məhlulunun yaratdığı hidrostatik təzyiqdən 5-8% çox olsun.

Neft və qaz quyularının sementlənməsində aşağıda göstərilən növ sement materiallarından istifadə edilir.

1.Tamponaj portland sement baza (əsas) və xüsusi sementlərə ayrılır. Baza portland sementləri ПЦТ-ДО və ПЦТ-Д20 markalı ilə zavod tərəfindən buraxılır. Bu sement materialları ilə quyu dibi temperaturu 600C-dən az quyularda istifadə olunur. Quyu dibi temperatura 1000C-dən çox olduqda isə xüsusi sement materiallarından (ПЦТ- Д 70-150) istifadə olunur. Tamponaj portland sementdən su-sementamili (su:ss ) 0,5 olan məhlulların sıxlığı 1,83-1,85·104 N/m3 olur.

2.Yüngülləşdirilmiş tamponaj sementləri (ОЦГ) aşağı anomal lay təzyiqli layların sementlənməsində istifadə olunur. Yüngülləşdirilmiş tamponaj sementindən su:ss faktorunun 0,4-dən 1,0 qədər artırılması nəticəsində alınan sement məhlulununsıxlığın 1,6·104 N/m3-dan 1,37·104 N/m3qədər azaltmaq olur və hazırlanmış sement məhlulunun daxilinə hava vurulduqda isə alınan məhlulun sıxlığı 1-dən az olur.

Yüngülləşdirilmiş tamponaj sementləri baza sementinin tərkibinə bentonit və ya polimerlərin qarışdırılması nəticəsində hazırlanır.

3.Ağırlaşdırılmış sement hazırlamaq üçün baza tamponaj portland sementin daxilinə ağırlaşdırıcı materiallar olan siderit (FeCO3), barit (BaSO4), hematit (Fe2O3) və xüsusi hallarda isə qаlenit (PbS) toz halında hazırlanır. Hal-hazırda zavodlar tərəfindən aşğıdakı ağırlaşdırılmış sementlər buraxılır: УЦГ-1, УЦГ-2, УШЦ1-200, УШЦ2-200.

Cədvəl 10.1


Ağırlaşdırılmış sementlərin növləri

Istifadə temperaturu, 0S

Hazırlanan sement məhlulunun sıxlığı, 104N/m3

УЦГ-1

80-160

2,06-2,15

УЦГ-2

80-160

2,18-2,30

УШЦ1-200

10-250

2,06-2.15

УШЦ2-200

160-250

2,16-2,30

İstiliyə davamlı sement domna peçindən çıxan şlamın üyüdülərək baza tamponaj sementinə qatışdırılmasından alınır.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə