Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Sement məhlulunun axma qabiliyyəti



Yüklə 0,54 Mb.
səhifə32/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   28   29   30   31   32   33   34   35   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Sement məhlulunun axma qabiliyyəti onun elə xüsusiyyətidir ki, bunun nəticəsində quyudakı sementin nəqli sistemində məhlulun hərəkətini təmin edir. Praktikada sement məhlulunun axma qabiliyyətinin AzNİİDN-in konusu ilə müəyyən edilir. Konus sement məhlulu ilə doldurulduqdan və onu masadan yuxarı qaldıran zaman məhlulun yayılması 18 sm-dən az olmadıqda axma qabiliyyəti əlverişli hesab olunur.

Tamponaj məhlulunun su vermə qabiliyyətinin çox olması nəticəsində məhlul həlqəvi fəzaya qaldırıldıqdan sonra tutuşması baş vermədiyindən bərk fəzanın öz ağırlığından çökməsi nəticəsində suyun ayrılması baş verir. Bundan əlavə hidrostatik təzyiq lay təzyiqindən çox olduqda laylardakı məsamələrə məhlulun tərkibindəki su süzülərək daxil olur. Sement məhlulunun su verməsini BM-6 cihazı ilə təyin edirlər.

Quyuda sementləmə aparılan zaman sement məhlulunun sıxlığının sabit saxlanaılması baş verə biləcək udulma və təzahürün qarşısının alınması üçün əsas şərtdir. Sement məhlulunun sıxlığının az olması nəticəsində baş verən təzahür həlqəvi fəzaya qaldırılmış sement məhlulunu quyudan kənara ataraq quyuda təhlükəli yanğın ilə müşahidə olunan açıq fontan əmələ gətirir.

Dərin neft quyularına buraxılan qoruyucu kəmərlərin sementlənməsini aparan zaman eyni vaxtda sement məhlulu hazırlayan sement qataqlarının sayı 3-4 ədəd olur. Bu səbəbdən bir neçə yerdə hazırlanan sement məhlulunun sıxlığının tələb olunan həddə saxlanılması üçün lazımi tədbir görülməlidir. Sementləmə aparılan zaman hər sement qatağında hazırlanan məhlulunun sıxlığını 2-3 dəqiqədən gec olmayaraq ölçmək üçün bir ədəd areometr olmalıdır və ölçülmüş sıxlıqlar ardıcıl olaraq qeyd olunmalıdır.


Yüksək təzyiq və temperaturda sement məhlulunun tutuşma başlanğıcı УС-1 qurğusu ilə təyin edilir. Sement məhlulunun tutuşma vaxtı elə seçilməlidir ki, sementləmənin aparılmasına lazım olan vaxtdan 25% çox olsun. Əks halda sementləmə başa çatmamış məhlul bərkiməyə başladığından quyuda qəza baş verir.

Sement məhlulunun tutuşma vaxtını təyin etmək üçün maye halında hazırlanmış sement məhlulunun içərisinə Vik cihazı ilə diametri 1,1 mm olana iynəni qab içərisindəki məhlula vaxtaşırı batırmaqla onun bərkiməsi yoxlanılır. İynə qab içərisindəki sement məhlulunun dibinə 1-2 mm dərinliyinə daxil olursa, buna məhlulun bərkiməsinin başlanğıcı, sement məhlulunun hazırlandığı vaxtdan iynənin məhlula 1 mm-dən az daxil olması vaxtına qədər olan vaxt tutuşmanın sonluğu hesab olunur.

Hərəkətdə olan sement məhlulunun dinamiki sürüşmə gərginliyi və plastik özlülüyü artmağa başladıqda sement məhlulu borunun daxili ilə hərəkət edəndə və ya həlqəvi fəzada qalxdıqca sementləyici aqreqatlarda təzyiq artmağa başalyır və bəzi hallarda isə təzyiqin artması nəticəsində sementləmə başa çatmadan saxlanılır. Bu isə qəzanın baş verməsidir.

Hər növ tamponaj sementindən məhlul hazırlayanda müəyyən miqdar sudan istifadə olunur. Məhlulun hazırlanmasında istifadə oluna suyun miqdarının quru sementin miqdarına olan nisbətindən (s/s) asılı olaraq hazırlanmış sement məhlulunun tutuşma vaxtının dəyişməsinə səbəb olur.

Semenetləməni aparmaq üçün əvvəlcə quyu dibindəki temperatur ölçülür və hidrostatik təzyiq hesablanır. Bundan sonra sement məhlulunun qatılaşmasını KTC-3 və KTC-5 konsistometrlər vasitəsilə təyin edilir. Məhlulun konsistensiyası 3 Pa·s çatdıqda bu tutuşmanın başlanğıcı, 5 Pa·s olduqda isə - sonu hesab olunur.

Konsistometr imkan verir ki, sementin tutuşmasını 3000S temperatura və 1500 kq/sm3 təzyiqə sınaqdan keçirmək mümkün olsun. Daha doğrusu, quyu dibi şəraitdə sement məhlulunun qatılaşması təyin edilir.



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə