Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə34/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   30   31   32   33   34   35   36   37   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Bir pilləli sementləmə. Fırlanma üsulu ilə qazımanın ilk mərhələsindən başlayaraq indiyə qədər ən geniş tətbiq edilən sementləmə üsuludur. Qazıma texnikasının hazırki inkişafı səviyyəsində güclü sementləmə aqreqatların mövcud olması nisbətən dərin quyuları bir pilləli sementləməyə imkan yaradır.

Bir və iki pilləli sementləmə aparılan quyularda aralıq və istismar kəmərlərini endirdikdə, kəmərin aşağı ucuna başmaq bağlanır. Bu başmaqdan yuxarıda yerləşən sement məhlulunun çıxması üçün dəlikləri olan sementləmə boru hissəciyindən, daha sonra əks klapan bir və yaxud iki borudan sonra istinad halqası qoyulur. Bunların üstündən qoruyucu kəərin aşağı seksiyası yığılır.

Qoruyucu kəməri buraxıb qurtardıqdan sonra onun (kəmərin) içərisi ilə quyu bir daha yuyulmalıdır. Bu yuyulma üçün qazıma nasosunun atqı xətləri quyu ağzı sementləmə başlığı və idarəedici blokun atqı xətti ilə qəbul edilmiş sxem üzə birləşdirilir. Sonra quyunun sementlənməsi başlayır. Əvvəlcə qaldırcı SQM maşınının bunkerindən gələn quru sement ilə su xəttindən (yaxid maşının su çənindən) gələn suyun arası kəsilmədən qaldırılması nəticəsində (təyin edilmiş “su-sement amili” qiymətinə uyğun) hazırlanan sement məhlulu dərhal qoruyucu borunun içərisi ilə quyuya vurulur.

Kəmərin içərisi ilə sement məhlulu birinci ayırıcı sementləmə tıxacını aşağıya itələyir. Hesablanmış həcmdə sement məhlulunu vurduqdan sonra başlıqdakı kranı bağlayıb sement vurulan boruları və nasosun atqı xətlərini sementdən yuyub təmizləyirlər.

Sement məhlulunun kəmər arxası fəzaya bir qədər maye vurmaqla başlıqda saxlanan ikinci sementləmə tıxacının stopor boltlarını qırırlar və təxacı kəmərin içərisinə yeridirlər. Sonra yenə də başlıqdakı kranı açırlar. Basqı mayesi vurulan ikinci tıxacı kəmər içərisi ilə aşağıya hərəkət edir. Birinci tıxac halqasına oturduqdan sonra əmələ gələn, təzyiqlər fərqi nəticəsində yaranan izafi təzyiq qəbul olunur. Sement məhlulu əks klapandan keçərək yönəldici və sementləmə patrubkası dəliklərindən çıxıb kəmər arxası fəzaya keçir və basılaraq yuxarıya qalxır. İkinci tıxac istinad halqasının üstünə çatdıqda təzyiq birdən qalxır. Bu isə başlıqldakı manometr əqrəbinin sıçrama hərəkəti ilə müşahidə edilir. Sement məhlulunun kəmər arxası fəzaya basılmasının sonu sementləmə prosesinin qurtarmasını göstərir. Bundan sonra quyu sement məhlulunun bərkiməsi üçün 12-24 saat müddətində dayandırırlar.

Sement məhlulunun vurulması və basılmasında onun hərəkəti əvvəlcə kəmərin içərisi ilə aşağıya, sonra isə kəmər arxası fəza ilə yuxarıya doğru yönəlir. Bununla əlaqədar olaraq aqreqatlardakı nasosun təzyiqi əvvəlcə düşür (qazıma və sement məhlulları sıxlığının fərqinə görə), sonra isə sement məhlulu kəmər arxası fəzaya keçib yuxarıya qalxdıqda artmağa (təzyiq) başlayacaqdır.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə