Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə36/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   32   33   34   35   36   37   38   39   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Quyruq kəmərlərinin sementləməsi. Müasir dərin qazımada buraxılan quyruq kəmərlərinin uzunluğu böyük olmadığı üçün onları başmaqdan yuxarı bir pilləli üsulla sementləyirlər. Quyuya sement məhlulu, quyruq kəmərini endirən qazıma kəmərinin içərisi ilə vurulur. Sementləmədə birinci ayırıcı tıxac işlədilir.

Yuxarı ayırıcı tıxac (sement məhlulunu basqı mayesindən ayırmaq üçün) iki seksiya hissələrdən ibarət hazırlanır. Tıxacın aşağı seksiyası quyruq kəmərinin daxili diametrinə uyğun hazırlanır. Kəməri qazıma boruları ilə endirdikdə kəmər –ayırıcı qovşaqdan istifadə olunur.

Quyruq kəmərinin içərisinə sement məhlulunu vurub qurtardıqdan sonra dərhal qazıma kəmərinin içərisinə ayırıcı tıxacın yuxarı seksiyasını buraxın ardınca basqı mayesi vurulur. Həmin mayenin həcmi qazıma kəməri ilə qoruyucu quyruq kəmərinin daxili həcmlərinin cminə bərabər olmalıdır. Vurma davam etdikdə tıxacın yuxarı seksiyası aşağıya hərəkət edərək ayırıcı qovşaq içərisində yerləşən həmin tıxacın aşağı seksiyasına oturur. Bu zaman daxilindəki mayenin təzyiqi artıb şpilkalar kəsilir və iki seksiyadan əmələ gəlmiş bütöv tıxac quyruq kəmərinin içərisi ilə hərəkət edən sement məhlulunu aşağıya itələyir və başmağın yönəldicisindən kəmər arxası fəzaya basır.

Birləşdirilmiş tıxac istinad halqasına çatdıqda dayanır (bu da bir pilləli sementləmədə olduğu kimi manometrin əqrəbinin hərəti ilə bilinir). Bu zaman quyruq kəmərinin içərisi basqı mayesi ilə dolur və sement məhlulu kəmər arxası fəzaya basılmış fərz edilir.

Bu proses qurtardıqdan sonra quyruq kəmərinin yuxarı hissəsi (ayırıcıdan yuxarıya həlqəvi fəzada sement məhlulu qalxa bilər deyə) yuyulur. Bunun üçün basqı mayesi vurulmasının sonuna hələ bir qədər qalmış qazıma kəmərinin içərisinə kürə (şar) salınır, həmin kürə ayırıcının yuxarı piston oymağı üzərindəki keçidi bağlayır. Bu zaman təzyiq artmasından yuxarıdakı şpilkalar kəsilir və piston aşağıya hərəkət etməklə örtükdən sonra dəlikləri açır. Həmin dəliklərdən çıxan maye (məhlul) cərəyanı ilə yuma aparılır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə