Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə44/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   40   41   42   43   44   45   46   47   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Sarğı avadanlığı

Işçi təzyiq, MPa

Sarınan qoruyucu kəmərin diametri, mm

Uzunluğu, mm

Kütləsi, kq

I

II

III

IV

V

OKK1

21

140

146


168

178


219

219

245


273

324


-

-

-

1020-1365

465-530

OKK2

21

140

146


168

178


219

245


299

324


-

-

1065-1365

935-1585

OKK1

35

140

146


168

219

245


273

-

-

-

1340

575-585

OKK2

35

140

146


168

178


219

245


273

99,3

4

77,4



6

-

-

1365-1450

1650-1925

OKK3

35

140

146


168

219

245



299

273


324

351

377


426

-

1450

3300

OKK2

70

168

178


245

324

-

-

1190

1750

OKK3

70

168

245

324

426

-

1190

2700

OKK4

70

140

168


219

245


273

299

324


340

426

508


630

720


1380-1190

6150-7820



.

Quyu ağzını kipləşdirən avadalıqlar
Quyu ağzını kipləşdirən avadanlıqlar quyuda qaz-neft-su təzahürünü idarə edilməsi və təzahürün ləğv edilməsi üçün lazım olan texnoloji prosesin yerinə yetirilməsi, qaz agentindən istifadə etməklə quyuların qazılmasınnı aparılıması, sementləmə aparıldıqda quyunun həlqəvi fəzasında hermetikliyin yaradılması, əks yuma və s. yaradılmasında istifadə olunur.

Atqı əleyhinə olan avadanlıqlar kəmər başlığının flansı üzərindəki xaçvarinin üstündə quraşdırlır. Xaçvaridən nasosların manifold xəttinə, nov sisteminə, sementləyici aqreqata və ambara yönəəldilmiş birinci və quyudan 80-100 m kənar çəkilmiş ikinci yksək təzyiqə davam gətirən manifold xətləri quraşdırılır (şəkil 13.4).

Quyuda baş verən qaz-neft-su təzahürləri qazıma prosesində təhlükəli yanma, qrifonlar, mürəkkəbləşmələr və qəzaların yaranmasına səbəb olur.

Bu hadisələrin törənməsinin əsas səbəbi lay təzyiqinin qazıma məhlulunun yaratdığı hidrostatik təzyiqin artıq olmasıdır:



(13,1)

Burada, – lay təzyiqi;



– qazıma məhlulunun sıxlığı;

g –sərbəst düşmə təcili;

H – quyunun dərinliyidir.

Lay təzyiqi hər 10 m dərinliyə təxminən 0,1 MPa artır. Fontan vurma intensivliyi və atqılar təzyiqlər fərqinin artması ilə yüksəlir.



(13,2)

Atqıya qarşı avadanlıqlar mütləq etibarlığa və yüksək hazırlıq dərəcəsinə malik olmalıdırlar.Təzahür olduqda quyuda qazıma kəmərinin olub olmamasından asılı olmayaraq vaxtında quyu ağzını başlamaq olur.

Atqıya qarşı avadanlıqlar dəstinə aşağıdakılar daxildirlər: preventorlar, quyu ağzı dördboğaz, preventor üstü makara, sökülə bilən növ, preventor avadanlığının lülə hissəsinin təşkilediciləri, atqıya qarşı avadanlıqların lülə hissəsini sarımaq üçün manifoldlar və manifoldları idarə edən stansiyalar.

Atqıya qarşı avadanlıq quyu ağzı ilə qazma qurğusunun döşəməsi arasında yerləşdirilir. Buna görə də sistemə daxil olan avadanlıqlar kompakt olmalıdır.

Neftçıxarma sənayesində təhülkəszlik qaydalarına görə anomal yüksək lay təzyiqli yataqlarda hökmən atqıya qarşı avadanlıqlar dəsti quraşdırılmalıdır. Quyu ağzı konduktor və aralıq kəmərlər buraxıldıqdan sonra preventorla təmin olunur. Atqıya qarşı avadanlıqlar möhkəmliyə və hermetikliyə qarşı sınanırlar.

Atqıya qarşı avadanlıqların etibarlığını yüksəltmək məqsədilə, əsas elementlər işdən imtina etdikdə onların funksiyalarını yerinə yetirmək üçün tətbiq olunmuşehtiyat elemenetlərlə təchiz edirlər. Bu zaman avadanlıqların kütləsi, əndazə ölçüləri və qiyməti artır. Lakin atqıya qarşı avadanlıqların etibarlığı bir neçə dəfə artır. Təhlükəsizliyi təmin etmək məqsədilə atqıya qarşı avadanlıqların idarə pultunu quyu ağzından 10 m məsafədə, əvəz etmə pultunu isə qazımaçı postunda yerləşdirirlər.


Sementləmə nəticəsində kəmər arxasında yaranan təzyiqdən baş verən mürəkkəbləşmənin aradan qaldırılması
Neft və qaz yataqlarının işlənilməsi çöküntü süxurlarda aparıldığından quyu lüləsi ilə kəsilərək keçilmiş dağ süxurlarının 79%-i gil laylarından, 21%-i isə məsaməli və çatlı süxurlardan ibarət olur. Quyuların qazılması və onların möhkəmləndirilməsində məsaməli və çatlı süxurların hündürlüklərinin ətraflı öyrənilməməsi qazıma prosesinin mürəkkəbləşməsi ilə nəticələnir. Nəzərə almaq lazımdır ki, məsaməliliyi olan bir çox süxurlarda neft, qaz və su toplanır. Keçiricilik qabiliyyəti pis olan süxurlarda toplanmış lay məhsullarının hərəkəti zəif olur, bəzi hallarda isə praktiki olaraq lay məhsullarının hərəkəti mümkün olmur. Bu səbəbdən quyu lüləsi ilə qazılmış məsaməli süxurların bir hissəsindən quyu lüləsinə neft, qaz və su məhsulları daxil ola bilmir. Bir çox neft yataqlarında aparılmış tədqiqatlar nəticəsində müəyyən edlmişdir ki, quyu lüləsi ilə qazılmış intervalın yalnız 10 – 15%-dən laydakı məhsular quyu lüləsinə daxil ola bilir.

Məlum olduğu kimi, quyuların möhkəmləndirilməsindəki mürəkkəb proseslərdən biri də sementlənmənin aparılmasıdır. Bu proses quru sementin seçilməsi, hazırlanması, sement məhlulunun quyu tələbatlarına cavab verən parametrlərə uyğun seçilərək hazırlanması, kəmər arxasına qaldırılması ardıcıllığından ibarətdir. Kəmər arxasındakı layların bir-birindən möhkəm təcrid olunması və gələcəkdə baş verə biləcək mürəkkəbləşmənin qarşısının alınması aparılan sementlənmənin keyfiyyətindən asılı olur. Quyuların keyfiyyətli sementlənməsi sement məhlulunun əsas parametrlərinin, yəni məhlulun özlülüyünün, suverməsinin, tutuşma başlanğıcı vaxtının, sıxlığının, quyuya vurulan bütün sement məhlulunun stabilliyinin təmin edilməsindən asılı olaraq sementlənmə aparılan quyu intervalının tələbləri təmin olunmalıdır.

Quyuların sementlənməsi zamanı kəmər arxasındakı layların bir-birindən kifayət qədər təcrid olunmaması quyuya vurulan sement məhlulunun vaxtından qabaq tutuşaraq kəmər içərisində qalması, quyuda neft-qaz təzahürünün baş verməsi, qrifonun yaranması və sement daşı ilə məhsuldar layın arasında tutşmanın baş verməməsi nəticəsində baş verən mürəkkəbləşmə və qəzaların aradan qaldırılması böyük vəsaitin sərfinə səbəb olur. Bir çox hallarda isə baş verən mürəkkəbləşmələr qazılmış quyunun texniki səbəbdən ləğv olması ilə nəticələnir.

Məlum olduğu kimi, sementlənməyə təsir edən təbii amillərlə bərabər texniki-texnoloji amillər də nəzərə alınmalıdır. Texnoloji amillərin ətraflı öyrənilməməsi, sementlənmə başa çatdıqdan sonra kəmərarxası təzyiqin əmələ gəlməsi və bu təzyiqin artaraq neft-qaz-su təzahürlərinin baş verməsi və bəzi hallarda isə qrifonun əmələ gəlməsi ilə nəticələnir.

Quyu lüləsinində qazıma məhlulunun sıxlığından yaranan hidrostatik təzyiqin qiyməti, qazıma alətinin quyudan qaldırılıb endirilməsi nəticəsində yaranan hidrodinamiki təzyiqin qiyməti qədər artır və ya azalır. Bu səbəbdən quyuda təzahür və yaxud udulma baş verir. Hidrostatik təzyiqin azalması ilə əmələ gələn mürəkkəbləşmənin qarşısını almaq üçün qazıma məhlulunun sıxlığı dərin quyuılarda 5-10% və layihə dərinliyi 1200 m-dən az olan quyularda isə 10-15% artırılır. Bu səbəbdən quyuda hidrostatik təzyiqin lay təzyiqindən artıq saxlanılması, qazıma sürətinin azalmasına və qazıma məhluluna sərf olunan vəsaitin artmasına səbəb olmasına baxmayaraq baş verə biləcək mürəkkəbləşmələrin qarşısının alınması ilə bərabər quyuda aparılan sementləmə zamanı kəmər arxasında yaranan təzahürlərin qarşısının alınmasına da müsbət təsir edir.

Naftalan, Tərsdəllər, Cahandar, Xərə-Zirə, Kalmaz, Lökbatan və Puta sahələrində qazılmış quyuların təcrübəsi göstərir ki, quyuya buraxılmış kəmərlərin sementlənməsindən sonra, quyuların 43,4%-də kəmərarxası təzahür baş verir. Quyuda sementləmə başa çatdıqdan 4-5 saat sonra kəmər arxasında qazıma məhlulunun öz-özünə hərəkəti baş verir və həlqəvi fəzada təzyiq yaranmağa başlayır.

Quyu dibindən yuxarıdakı laylarda lay temperaturasının az olması səbəbindən həlqəvi fəzaya qaldırılmış sement məhlulunun tutuşaraq bərkiməsi dərinlikdən asılı olaraq müxtəlif vaxtlarda baş verir.

Müşahidə ilə müəyyən edilmişdir ki, qazıma aparılan müxtəlif yataqlardakı uyğun kəsilişdə sementləmədən sonra kəmər arxasında yaranan izafi təzyiqin qiyməti müxtəlif olur.

Lökbatan sahəsində 1500 m dərinliyə buraxılan kəmərin kəmərarxası təzyiqinin maksimal qiyməti 2 MPa, Kalmaz sahəsində 2500 m dərinliyə buraxılan kəmərin kəmərarxası təzyiqin maksimal qiyməti 4 MPa və Xərə-Zirə sahəsində 4800 m dərinliyə buraxılan kəmərin kəmərarxası təzyiqinin maksimal qiyməti 7,5-8,0 MPa olmuşdur.

Diqqətsizlikdən sementləmədən sonra kəmər arxasından qazıma məhlulunun (sement məhlulunun) öz-özünə axmasına nəzarət edilməməsindən keçiricilaylarla sement daşı arasında toplanmış lay məhsulları kəmər arxasından yuxarıya hərəkət edərək quyu divarındakı gil qabıqlarını yuyaraq yaratdığı kanallarla çox hündürlüyə qalxdığından kəmər arxasında yüksək təzyiq yaranmışdır. Kəmər arxasında yaranan təzyiqin qiyməti quyuya buraxılan kəmərin əzilmə təzyiqinin qiymətindən və yaxud quyu ətrafında qrifon yaradan təzyiqin qiymətindən çox olduqda həlqəvi fəzadan çıxan təzahür məhsulları quyu ağzı preventorun atgı xətti ilə kənara buraxılır. Quyuda yaranmış bu növ mürəkkəbləşmə çətin həll olan qəza olub və bəzən quyunun ləğv olması ilə nəticələnir.

Müəyyən edilmişdir ki, Abşeron arxipelaqında dərinlik artdıqca eyni kəsilişdə aktiv keçiriciliyə malik olan layların ümumi qalınlıqları artır. Bunun nəticəsində quyuda sementlənmə aparıldıqdan sonra kəmər arxasında yaranan təzyiqin qiyməti də artır. Dəniz və quruda qazılmış quyularda buraxılan kəmərlərin sementlənməsindən sonra kəmər arxasında yaranan təzyiq qiymətinin dəyişməsinin orta qiyməti təcrübə nəticəsində aşağıdakı empirik düsturla müəyyən edilmişdir:

Pk.a.=0,0036h (14, 28)


Burada, Pk.a.- sementləmədən sonra yaranan kəmərarxası təzyiqdir, MPa

h – kəmər arxasında qaldırılan sement məhlulunun hündürlüyüdür, m.

Quyu dibindən yuxarıda yerləşən layların lay temperaturları aşağıdan yuxarıya azaldığından kəmər arxasına qaldırılmış sement məhlulunun tutuşaraq möhkəmlənməsi aşağıdakı laylara nisbətən yuxarıda gec baş verir. Vaxtdan asılı olaraq lay məhsullarının quyunun həlqəvi fəzasına daxil olması artdıqca həlqəvi fəzada quyu dibinə olan hidrostatik təzyiq azalır. Bu səbəbdən kəmərarxası sement məhlulununbərkiməsi nəticəsində quyunun həlqəvi fəzasında təzyiq aşağıdakı kimi təyin olunur:
Pk.a.=0,1(γq.m.- γl.m.)hk (14, 29)
Burada, γq.m.-qazıma və ya sement məhlulunun sıxlığıdır;

γl.m.- keçiriciliyi olan laylardakı lay məhsulunun sıxlığıdır;

hk – sementlənmiş intervalda olan keçiriciliyi olan layların hündürlükləri cəmidir.

Qoruyucu kəməri quyuya buraxaraq sementlənmə aparıldıqdan sonra həlqəvi fəzada yaranan izafi təzyiqin artaraq quyuda mürəkkəbləşmə yaratmaması üçün sementlənmədən əvvəl quyunun həlqəvi fəzası texniki vasitələrlə möhkəmləndirilməlidir.

Həlqəvi fəzada quraşdırılmış texniki vasitə quyuda aparılan semenlənmədən sonra həlqəvi fəzada gözlənilən izafi təzyiqin qiymətindən 1,5 dəfə çox olan təzyiqdə hermetikliyə yoxlanmalıdır. Quyuda sementləmə başa çatdıqdan sonra həlqəvi fəzanın hermetikliyinə əmin olmaq üçün sementləyici aqreqat vasitəsilə həlqəvi fəzaya 10-15 kq/sm2 izafi təzyiq yatradılaraq saxlanılır. Preventorun işçi xətti üzərində olan manometrdə təzyiqin artmasına nəzarət edilir.

Təcrübə göstərir ki, kəmərin arxasına vurulan sement məhlulu 18-20 saat ərzində daşlaşır. Bu səbəbdən həlqəvi fəzada yaranan izafi təzyiqin qiyməti maksimal həddə çatır.

Həlqəvi fəzada yaranan izafi təzyiqin aradan qaldırılması üçün quyu ağzı bağlı vəziyyətdə saxlanılmalıdır. Həlqəvi fəza 36-48 saat müddətində təzyiq altında bağlı saxlanıldıqdaizafi təzyiqin qiyməti ardıcıl olaraq azaltmağa başlayır. İzafi təzyiqin qiyməti manometrdə “0” düşdükdə quyu ağzındakı texniki vəsait açılır və həlqəvi fəzadan öz-özünə qazıma məhlulunun hərəkəti olmadıqda quyuda növbəti işlər aparılır. Müəyyən edilmişdir ki, həlqəvi fəza təzyiq altında saxlanılan zaman məsaməli lay ilə bərkimiş sement daşı arasında yaranmış kiçik ölçülü məsafə orada olan su-neft-qaz məhsulu ilə lay səthində yaranmış gil qabığının tərkibindəki gil və ona qatışmış bərk hissəciklər (qum, qumdaşı, ağırlaşdırıcılar)ilə birləşərək yaranmış kiçik ölçülü məsafəni bağlayır.Lay məhsulunun yuxarı qalxma yolları bağlanır və həlqəvi fəzada təzyiq olmur. Həlqəvi fəzada yaranmış təzyiq yox olduqdan sonra sementlənmiş qoruyucu kəmər üzərində kəmər başlığı quraşdırılaraq kəmərin daxili hermetikliyə yoxlandıqdan sonra quyuda qazıma işləri aparılır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə