Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Sement körpüsünün qoyulmasında baş verən mürəkkəbləşmələr



Yüklə 0,54 Mb.
səhifə46/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   42   43   44   45   46   47   48   49   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Sement körpüsünün qoyulmasında baş verən mürəkkəbləşmələr
Dərin quyularda yüksək temperatur, təzyiqvə kiçik həlqəvi fəzanın olması quyu lüləsində sement körpüsünün qoyulmasını mürəkkəbləşdirir. Açıq quyu lüləsində sement körpüsünün qoyulması, kəmərarxası sementləmənin aparılmasından texniki cəhətdən xeyli mürəkkəbdir.

Dərin quyuların açıq lüləsində qoyulmuş sement körpülərinin faktiki materiallarının təhlili göstərir ki, quyuda qoyulan körpülərin yalnız 40 – 50%-i müsbət nəticə verir.

Quyu lüləsində sement körpüsünün qoyulması aşağıdakı hallarda aparılır: maili quyu lüləsi əks istiqamətdə qazıldıqda, baş verənqəza səbəbindən quyunun ikinci lülə ilə qazılması tələb olunduqda, kəşfiyyat quyuların qazılması zamanı açıq lülədə açılmış neftli-qazlı horizontların lay sınayıcısı ilə sınandıqda, quyuların əsaslı təmiri və istismar obyektin yuxarıdakı laylara keçirildikdə, quyular ləğv olunduqda və s. Quyu lüləsində qoyulmuş sement körpüsünün möhkəmliyi elə olmalıdır ki, ondan qazneftsu keçməsin. Ona düşən yükün xüsusiyyətinə görə körpü iki növ olur: maye və qazın təzyiqinə davam gətirən, ikinci lüləni qazarkən qazıma kəmərinin və yaxud lay sınayıcısının oxboyu yükünə davam gətirsin. İkinci tələbata aid olan körpülər yüksək mexaniki möhkəmliyə malik olsun.

Dərin quyularda qoyulan sement körpüsünün davamlılığı bir çox faktorlardan asılıdır: təbii faktorlar – temperatur, təzyiq və geoloji şərait (lülənin kahılığı, çatlılığı, su-qaz təzahürü və udulma); texnoloji faktorlar – məhlulun reoloji keyfiyyəti, onun sıxlığı, sement və qazıma məhlulunun sementləyici kəmərin içərisində və həlqəvi fəzada dövranın hərəkət sürəti; subyektiv faktorlar – sementləmə zamanı sementləyici materialın və laboratoriyada aparılan təhlildə reseptin düzgün seçilməsi; quyu lüləsinin sement körpüsünün qoyulmasına keyfiyyətli hazırlanması, sement məhlulunun tutuşmasını gecikdirən reagentin miqdarının düzgün seçilməməsi, sementləyici aqreqatların sayının düzgün seçilməməsi və sementlənmənin aparılmasının təşkili.

Sement məhlulunu quyuya vurduqda basıcı mayenin miqdarını hesablayaraq elə seçmək lazımdır ki, onun sementləyici kəmər içərisindəki dərinliyi məhlulunun quyudakı səviyyəsindən 20-30 m yuxarıda olsun. Göstərilıən tədbirlərin yerinə yetirilməsi nəticəsində qazıma məhlulunun quyuya vurumuş sement məhlulu ilə qarışa bilmədiyindən quyuda yaranan sement daşının mexaniki möhkəmliyi təmin olunur.

Sement körpüsünün quyu lüləsində qoyulması aşağıdakı ardıcıllıqla aparılır. Sement körpüsü yaratmaq üçün vurulan sement məhlulu sementləyici aqreqatlar vasitəsilə quyuya nəzərdə tutulan dərinliyə buraxılmış qazıma və ya nasos-kompressor kəmərilə vurulur.Sement məhlulunun quyuya vurulmasında istifadə olunan basıcı məhlulun sxılığı sement məhlulunun sıxlığına bərabər olmalıdır.

Təcrübə göstərir ki, dərin quyularda sement körpüsü qoyulan zaman baş verən mürəkkəbləşmə və qəzaların çox hissəsi sementlənmədən əvvəl quyu lüləsinin pis hazırlanmasından, sement və qazıma məhlullarının miqdarının düz hesablanmamasından, sement məhlulunun laboratoriyada təhlil zamanı quyu dibi parametrlərin düzgün nəzərə alınmadığından, sement məhlulunun tutuşma başlanğıcı vaxtının düzgün təyin olunmamasından, prosesin aparılaraq başa çatdırılmasında icraçılar tərəfindən yol verilən gecikmələrdən və tələb olunan normativlərin yerinə yetirilməməsindən yaranır.

Açıq quyu lüləsində sement körpüsü qoyulduqda sementləyici kəmərin quyuda tutulma ehtimalı olduğundan proses zamanı kəmərin vaxtaşırı yuxarı-aşğı hərəkət etdirilməsi təmin olunmalıdır. Quyuda sementləmə başa çatdıqdan sonra sementləyici kəmərə bağlanmış sementləmə başlığı açılaraq kənara qoyulur və quyudan 100-130 m sementləyici boru yuxarı qaldırılır, işlək boru ilə sementləyici kəmər birləşdirilərək quyuda qazıma məhlulunun böyük məhsuldarlığı ilə yuma aparılır. Quyuda aparılan yuma zamanı quyudan çıxan qazıma məhlulunun sürəti 1,5 m/s-dən çox olmalıdır. Yuma aparılan dərinlikdən quyunun iki həcmi miqdarında məhlul çıxana kimi yuma dayanmadan aparılmalıdır. Həlqəvi fəzadan çıxmaqda olan artıq sement məhlulun lülədə hərəkətsiz qalaraq tutuşub quyuda mürəkkəbləşməyaratmaması üçün yuma zamanı quyudakı kəmər fasiləsiz olaraq işçi boru uzunluğunda aşağı-yuxarı hərəkət etdirilməklə tez-tez rotorla fırlandırılmalıdır.


Cədvəl 14.6

Açıq lülədə qoyulan sement körpüsündə quyunun və qazıma borularının nəzərdə tutulan ölçlüləri.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə