Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Kəmərin yiv birləşməsindən aralanması



Yüklə 0,54 Mb.
səhifə49/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   45   46   47   48   49   50   51   52   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Kəmərin yiv birləşməsindən aralanması quyuya buraxan boruların yiv birləşmələrinin qazıma briqadası tərəfindən və boru muftalarının zavod tərəfindən boruya keyfiyyətsiz bağlanılmaması səbəbindən baş verir. Quyu lüləsinə kəmər buraxan zaman buruq işçiləri yiv birləşmələrini əyri bağlayaraqvə yiv birləşmələrini normadan çox momentlə sıxılaraq möhkəmləndirdiklərindən yiv sapları deformasiyaya uğrayır. Bir çox hallarda boruları bir-birinə bağlayan zaman momentölçən cihaz olmadığından qazıma briqadası yiv birləşmələrinı bağlayan zaman normadan artıq momentlə sıxdıqlarından muftada artıq gərginlik yaranaraq borunun muftunda çatlar əmələ gəlir vəbəzən isə yiv birləşmələritam bağlanılmayaraq quyuya buraxılır.

Zavod tərəfindən texniki norma tələbatına uyğun olmadan birləşdirilmiş boru muftaları boruların hidravliki yoxlanması zamanı borudan aralanır. Bir çox hallarda isə muftanın borudan aralanması quyuya buraxılmış və arxası sementlənmiş qoruyucu kəmərlərdə baş verir. Kəmərin yiv birləşməsindən baş verən aralanma quyu lüləsində olduqda birləşmədən aşağıdakı kəmər hissəsi ayrılaraq quyu dibinə “uçur”. Bu çox təhlükəli qəza halıdır. Bu növ qəza Xərə-Zirə və Tərsdəllər, Qaradağ sahələrində 140, 146, 168, 245 mm diametrli kəmərləri quyuya buraxan zaman baş vermişdir. Kürsəngi, Lökbatan və Qaradağ sahələrində qazılmış quyu lüləsi texniki kəmərlə möhkəmləndirilərək qazıma aparılan zaman elektrik ölçüləri nəticəsində müəyyən edilmişdir ki, diametrləri 299, 273, 145 mm olan qoruyucu kəmərin bir hissəsi ayrılaraq quyu lüləsində aşağı sürüşmüşdür. Bunun nəticəsində kəmərin hissələri arasında açıq lülə - “pəncərə” yaranmışdır. Bir çox hallarda aşağı sürüşmüş kəmər hissəsinin yuxarı ucu quyu lüləsinin kahalar olan intervalına düşdüyündən onun yuxarı ucu əyilərək lüləni bağladığından qəza yaratmışdır. Bu səbəbdən qazıma kəmərini quyuya endirmək mümkün olmamışdır.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə