Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə59/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   51   52   53   54   55   56   57   58   59
C fakepath LAV MATER AL-tamamlama

Dəyişilən rezinin diametri, mm

Dəyişilən rezinə uyğun olan quyu lüləsinin diametri, mm

Ən böyük oxboyu yük, ton

270

298

25

245

269

22

220

243

20

195

214

18

180

190-214

18

170

190

16

145

161

10

130

145

8

126

140

8

122

135

8

116

129

7

108

118

7

95

105

6

85

95

5

74

85

4

65

75

3

Lay sınayıcısına oxboyu yük verərək laydan axın yarandıqda pakerdən aşağıdakı süxurların uçaraq qazıma kəmərinin tutması gözlənildikdə sınaq vaxtı 10-30 dəq, süxurlar möhkəm olduqda isə sınaq vaxtı 2 saata qədər olur.

Quyuda sınaq işləri qurtardıqdan sonra qazıma borusunu kiçik sürətlə yuxarı qaldırmaqla oxboyu yükü götürdükdən 1,5-2 dəq. sonra qazıma kəməri qaldırılır.
Karotaj kabeli ilə quyuya buraxılan lay sınayıcısı
Quyu lüləsinin müxtəlif dərinliklərində yerləşən laylarda sınaq üçün aparmaq üçün karotaj kabeli ilə quyuya buraxılan ОПК və ОПТ tipli lay sınayıcılarından istifadə olunur. Göstərilən növ lay sınayıcısı sınaq aparılan laydan maye və qaz nümunələrini götürmək üçün istifadə olunur.

Cədvəl 16.2

Lay sınayıcılarının texniki xarakteristikaları


Əsas elementlər

Sınayıcılaırn növləri

ОПК-7-10

ОПК-4-5

ОПТ-7-10

Cihazın diametri, mm

100

70

102

Cihazın uzunluğu, mm

3000

3000

2800

Cihazın çəkisi, kq

90

50

90

Balonun həcmi, l

6,3

3,8

8

Quyunun diametri, mm

190-270

118-145

190-290

Buraxıla bilən hidrostatik təzyiq, kq/sm2

500

350

1000

Karotaj kabeli ilə quyuya buraxılan lay sınayıcısı aşağıdakı qayda ilə işləyir. Cihaz sınaq aparılan inetrvalda saxlanılır, kabeldəki elektrik xəttinə cərəyan verilir. Aşağıdakı kamerada barit partlayıcısında partlayış baş verir və nəticədə hərəkət edən qol cihazı quyunun bir divarına, cihaz isə hermetikləyici başmaqla quyu divarının əks istiqamətinə sıxılır.

Karotaj kabelinin növbəti xəttinə cərəyan verdikdə baş verən kumulyativ partlayış nəticəsində prokladka dağıldıqdan sonra lay təzyiqi nəticəsində laydakı məhsul balona daxil olur.
Şəkil 16.3. Karotaj kabeli ilə olan lay sınayıcısı ОПК-7-10:

1-başlıq, 2-asqı, 3-yuxarı kamera, 4-örtük, 5-şam, 6-barit partlayıcısı kamerası, 7-yuxarı silindr, 8-güc hissəsi, 9-porşenlə olan aşağı silindr, 10-aşağı kamera, 11-nümunə yığılan sahə, 12-kumulyativ perforator, 13-rezin başmaq, 14-sıxıcı qurğu, 15-porşen, 16-teleskopik üzük, 17-trubka, 18-balon, 19-klapan
Sınaq aparılan zaman lay məhsulunun yığılmasına 3-5 dəq vaxt sərf olunur.

Yuxarı kamerada partlayış aparılacaq balon bağlandıqdan sonra sınayıcı cihaz əvvəlki hala qaytarılması üçün karotaj kabelindəki növbəti elektrik xəttinə cərəyan verilir.

Laydan sınayıcı cihazla qaldırlan lay məhsulu və layın fiziki-kimyəvi xassələri laboratoriya şəraitində təhlil olunur.
Neft və qaz quyularının tikintisi üçün İşçi Layihənin hazırlanması. Quyunun qazılması hissəsində - intervallar üzrə qazıma rejimparametrlərinin qiymətləri hesablanaraq seçilir. İntervalların qazılması üçün qazıma borularının ölçüləri, qalınlıqları, möhkəmlik həddləri hesabat nəticəsində təyin edilərək Layihədə yazılır. Qazılan intervallarında quyu lüləsinin tələb edilən istiqamətdə aparılması üçün qazıma borularının aşağı hissəsində yığılmış düzümü seçilərək yazılır. Qazıma zamanı əmələ gələn təzyiqlər itkisi də hesablanaraq cədvəl 4-də yazılır.

Cədvəl 17.4

Qazıma kəmərinin aşağı hissəsinin düzümü (QKAH)


İntervalın

N-si


QKAH düzümü

Sıra N-si

Tipi, ölçüsü və şifri

Quyu dibindən olan məsafəsi, m

Texniki xüsusiyyəti

QKAH-nin ümumi uzunluğu, m

QKAH-nin ümumi çəkisi, ton

Xarici diametri, mm

Uzunluğu, m

Çəkisi, ton




























Quyuların sementlənməsi və quyu ağzı avadanlıqların (kəmər başlıqlarının) seçilməsi. Layihənin əsas hissələrindən biridir. Seçilmiş sementləyici materialın növləri, miqdarı və sementləməni aparılma ardıcıllığı, sementləyici texnikanın tipi və miqdarı hesablanaraq Layihədə cədvəl 5-də qeyd edilir. Quyu quruluşunda seçilmiş hər kəmərin sementlənməsindən sonra onun diametrinə uyğun kəmər başlığı quraşdırılır. Bu avadanlıqların tipi və markası cədvəl 6-da qeyd olunur.

Cədvəl 17. 5

Kəmərlərin sementlənməsi haqqında məlumat


Kəmərin sıra N-si

Kəmərin adı

Kəmərin sementlənmə dərinliyi, m

Sementin növü

Sement məhlulunun sıxlığı, q/sm3

Sementləmə texnikasının növü

Sementləmə texnikasının sayı

Sementləmə vaxtı yaranan təzyiq, kq/sm2

Dan

(yuxarı)


Qədər

(aşağı)
























































Cədvəl 17.6

Quyu ağzı avadanlıqlar



Quyuya buraxılan kəmərin sıra N-si

Kəmərin adı

Kəmərin diametri, mm

Quyu ağzı avadanlığın maksimal sınanma təzyiqi, kq/sm2

Quyu ağzı avadanlığın

növü, ölçüsü, şifri və təzahürə qarşı avadanlıqların növü



Quyu ağzı avadanlıqların sayı



















Neft və qaz quyularının tikintisində görülən İşçi Layihəsi. Sınaq işləri açıq quyu lüləsində məhsuldarlığı ehtimal olunan intervallarda lay sınayıcı vasitəsilə aparılır. Layihədə nəzərdə tutulan məhsuldar layın sınanılması quyuya buraxılmış istismar kəmərindən aparılan mənimsəmə zamanı baş verir. Quyuda sınaq aparılan intervalın dərinliyi qazıma zamanı aparılmış elektrometrik ölçülərin nəticəsindən asılı olaraq müəyyən edilir.

Normativ hissəsində - buruğun tikilməsi vaxtı və quyunun qazılması, möhkəmləndirilməsinə sərf olunan vaxtlar hesablanaraq cədvəl 17.7-də yazılır.
Cədvəl 17.7

Quyunun tikilməsinə sərf edilən vaxt



Vışka quraşdıran briqadanın gətirilməsi

Quyunun tikilməsi vaxtı, sut.

Cəmi

Tikinti quraşdırma işləri

Qazımaya hazırlıq

Qazıma və möhkəmləndirmə

Açıq lülədə sınaq işi

İstismar kəmərindən sınaq işi






















Cədvəl 17. 8

İntervallar üzrə qazıma və möhkəmləndirmə vaxtı



Kəmərlərin sıra N-si

Kəmərlərin adları

Möhkəmləmə vaxtı, sutka

Qazıma intervalı, m

Qazıma vaxtı, sut.

Dan

(yuxarı)


dək

(aşağı)


Quyudibi mühərriklə

Rotor üsulu ilə

Birləşmiş üsul ilə



























Tikinti quraşdırma hissəsində - qazılacaq quyunun əsas təchizat bazasından məsafəsi, su, enerji xətlərinin, işləyən mərkəzi yoldan quyuya qədər tikilməsi lazım olan daşla örtülmüş yolun uzunluqları və bu xətlərin tikintisi aparılan rayonun relyefi müəyyənləşdirilir. Buruğun tikintisini başa çatdırmaq üçün lazım olan qurğu, avadanlıq, texnika, borular, və maşın mexanizmlər, insanların siyahısı hazırlanaraq bunların daşınması üçün nəqliyyat vasitələri seçilir və layihədə cədvəl 17.8-də qeyd olunur.

Təhlükəsizlik texnikası, sənaye sanitariyası və yanğıən əleyhinə hissədə təhlükəsiz və qəzasız buruq işlərinin aparılması üçün müəyyən edilmiş siyahısı, sənaye sanitariyasının əsas tələblərini ödəyən tədbirlərin siyahısı, fərdi qorunma üçün nəzərdə tutulan geyiçlərin siyahısı, buruqda olan iş yerləri, sahələrin işıqlanma dərəcəsinin miqdarı göstərilir. Bu hissədə ilk yanğınsöndürən vəsaitlərin siyahısı və miqdarı ilə bərabər işçilərin əməyini yüngülləşdirmək üçün istifadə olunan qurğu və avadanlıqların siyahısı yazılır.

Ətraf mühitin qorunması hissəsində tikinti aparılan sahədə torpağın qorunması, rekultivasiya tədbirləri ilə bərabər quyu qazılan zaman quyu ağzında toplanan süxur hissəciklərini (şlamın) şlam saxlanılan yerə göndərilməsi və yaxud quyu şəraitində zərərsizləşdirilməsi nəzərdə tutulur. Quyuda toplanan çirklənmiş su qapalı sistemdə hərəkət edir və lazım gəldikdə ondan kimyəvi reagentlərin hazırlanmasında istifadə olunur.

Kimyəvi reagentlərlə işlənilmiş və quyuda qazıma aparılan zaman əmələ gələn artıq qazıma məhlulu buruqda toplanaraq udulma baş vermiş quyulara göndərilir. Dəniz şəraitində qrup halında bir fərdi özüldən çoxlu quyu qazıldığı halda həmin özüldən məsaməli laya qazılmış ekoloji quyu vasitəsi ilə quyunun qazılması zamanı buruqda toplanan zərərli qalıqlar (şlam, çirkli sular, qazıma məhlulu) xüsusi qurğuda “pulpa” halına salınaraq ekoloji quyu vasitəsilə yer altındakı laya vurulur.

Ətraf mühitin mühafizəsi üçün buruqda bir çox qurğu və avadanlıqların quraşdırılması Layihədə nəzərdə tutulur.

Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən neft və qaz quyusunun qazılması üçün hazırlanmış “İşçi Liayihə” Layihə İnstitutunun “Sifarişçi”,İcraçı” təşkilatların rəhbərləri tərəfindən təsdiq olunaraq Respublika Ekoloji İdarəsi ilə razılaşdıqdan və Baş İdarənin rəhbərliyi təsdiq etdikdən sonra layihə edilmiş quyunun qazılmasına başlanılması üçün əsas sənəd olur. Nəzarətçi təşkilatlar (Dövlət Dağ Nəzarəti Komitəsi, Dövlət Fövqəladə Hallar Nazirliyi və s.) qazılacaq neft və qaz quyularının “İşçi Layihəsi” olmadıqda qazılmasına Akt tərtib edərək qadağa qoyur. Quyuların qazılmasına verilmiş qadağalar hüquqi qanuna malik olduğundan onu pozanlar maddi və təşkilati cəzaya məruz qalırlar.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə