Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Qazıma boruları ilə qoruyucu kəməri quyuya endirdikdə baş verən qəza



Yüklə 0,54 Mb.
səhifə55/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   51   52   53   54   55   56   57   58   59
C fakepath LAV MATER AL-tamamlama

Qazıma boruları ilə qoruyucu kəməri quyuya endirdikdə baş verən qəza
Quyu qazıldıqda açıq lülənin qoruyucu kəmərlə möhkəmləndirilməsi məsuliyyətli və çox əmək tutumlu əməliyyatdır. Quyuda qəza və mürəkkəbləşmə baş vermədən buraxılan qoruyucu kəmərin layihə dərinliyinə endirilməsindən əvvəl quyu lüləsinin açıq hissəsində elektrik ölçü işləri aparılır. Bununla quyu dibinin dərinliyi, endirilən kəmərlə bağlanılması nəzərdə tutulan lay və horizontların tam qazılaraq açıldığı, quyu trasında əyrilik parametrlərinin dəyişməsi və onun intensivliyi, dərinliklər üzrə quyu diametrinin ölçüləri, endirilən qoruyucu kəmərin quyu lüləsindən keçmə qabiliyyətinin mümkünlüyü, kəmər arxasında sement məhlulunun qalxma hündürlüyü və s. müəyyən edildikdən sonra lülədə görüləcək işlərin planı hazırlanır.

Hazırlanmış planın icra olunması intensiv kimyəvi işləmə aparmaqla qazıma məhlulunun parametrlərini tələb olunan normada saxlanılmasından başlanır. Quyu lüləsində əyrilik parametrlərinin dəyişmə intervallarına uyğun qazıma kəmərlərinin aşağı hissəsinin (QKAH) düzümü seçildikdən sonra bu düzümlər uyğun olaraq hər intervalda təkrar işləmə aparılır. Təkrar işləmə aparılmaqla quyu diametrinin ölçüləri nominal diametrə çatdırıldıqdan sonra quyuda əlavə elektrik ölçü işləri aparılaraq quyu trasının ölçüləri yenidən yoxlanılır.

Əlavə aparılmış elektrik ölçü işləri nəticəsində quyunun açıq lüləsinin diametrinin qazıma baltasının diametrinə bərabər və yaxud böyük olduğu müəyyən edildikdən sonra, quyuya buraxılacaq qoruyucu kəmərin açıq lülədə keçmə qabiliyyəti müəyyənləşdirilir. Bunun üçün QKAH quruluşuna yığılan mərkəzləşdiricilərin diametrini və baltadan olan məsafələrini dəyişdirməklə, daha doğrusu, bir neçə dəlmə ilə QKAH-nin sərtliyini artırmaq lazımdır. Seçilmiş QKAH yığımı hər dəfə dəyidirilərək quyuya buraxan zaman quyu lüləsində oturma baş verdikdə QKAH-nin həmin düzümü iləəlavə təkrar işləmə aparıldıqdan sonra kəmər quyu dibinə buraxılmalıdır. Açıq quyu lüləsi sərtliyi quyuya buraxılacaq qoruyucu kəmərin sərtliyindən çox olan QKAH quruluşu ilə ülgüləndikdən sonra nəzərdə tutulan qoruyucu kəmər quyu dibinə buraxılır.

Görülən tədbirlərə baxmayaraq, qazıma kəmərindən asılmış vəziyyətdə buraxılan qoruyucu kəmərlər bir çox hallarda quyu-lay sistemində əmələ gələn təzyiqlər fərqindən, açıq quyu lüləsində yuma zamanı qazıma məhlulunun həlqəvi fəzada qalxmasürətinin 0,6-0,88 m/san-dən çox olmasından, kəmərin nov sistemində pərçimlənməsindən, kəmər əks klapanla buraxıldıqda içərisinin qazıma məhlulu ilə vaxtaşırı doldurulmaması səbəbindən əzilməsindən və s. mürəkkəbləmələr baş verir. Göstərilən mürəkkəbləşmələrin yaranma səbəbləri və onların aradan qaldırılma yollarının öyrənilməsinə baxmayaraq, qazıma boruları ilə ayırıcı vasitəsilə qoruyucu kəmərləri quyuya buraxan zaman quyudakı qoruyucu kəmərin içərisində oturmalar baş verir. Buraxılan kəmərin dərinliyi artdıqca oturmanın qiyməti artır və bir çox hallarda baş verən oturmalar buraxılan kəmərin pərçimlənərək qəzaya uğraması ilə nəticələnir. Bu səbədən quyuda yuma aparmaq mümkün olmur. Qazıma boruları ilə buraxılan qoruyucu kəmərlərin quyuya buraxılması zamanı baş verən oturmaların səbəbinin boruların açıq lülədə olan hissəsinin aşağı hərəkəti zamanı quyu lüləsindəki oturmalarının nəticəsi olduğu guman olunur. Bu səbəbdən qoruyucu kəmərin endirilməsində quyu lüləsindəki oturmalarını aradan qaldırmaq üçün görülən texnoloji tədbirlər effektsiz olur. Bir çox halda görülən tədbirlər qoruyucu kəmərin quyuda pərçimlənməsi və yaxşı halda isə quyuya buraxılmış boruların quyu ağzına qaldırılaraq açılıb kənara atılması ilə nəticələnir. Bu halların qarşısını almaq üçün qazıma boruları ilə buraxılan qoruyucu kəmərlərin buraxılmasında baş verən mürəkkəbləşmənin səbəbi və onun aradan qaldırılması ətraflı öyrənilməlidir.

Məlum olduğu kimi, qazıma boruları vasitəsilə quyuya buraxılan ayırıcıların xarici diametrləri ilə quyudakı kəmərin daxili diametri arasındakı məsafə 6,5-9 mm olur. Tərsdəllər, Pirsaat, Xərə-Zirə və Kürsəngi sahələrində aparılmış müşahisdələr nəticəsində müəyyən edilmişdir ki,quyuda aparılmış sonuncu sementləmə zamanı artıq qalmış sement məhlulunu quyudan qazıma məhlulu ilə yuma aparmaqla yuxarı qaldırıldıqda artıq qalan sement məhlulunun bir hissəsi qoruyucu kəmərin içərisində müəyyən qalınlıqda qalır. Qalmış sement təbəqəsi bərkiyərək qazıma kəmərinin quyuya endirilib qaldırılmasına maneçilik etmədiyindən onun haqqında məlumat olmur. Quyuya endirilən ayırıcının diametri böyük olduğundan quyudakı kəmər içərisində toplanmış sement daşı həlqəsini ayırıcılar sıyıraraq özü ilə aşağı apardığından endirilən kəmərdə oturmalar əmələ gəlir. Kəmərin endirilməsi davam etdirildikdə ayırıcının aşağısında yığılmış sement tıxacı artaraq endirilən kəmərin quydakı kəmər içərisində pərçimlənməsinə səbəb olur.

Mürəkkəbləşmə baş verməməsi üçün quyudakı qoruyucu kəmərin içərisində möhkəmlənmiş sement həlqəsini dağıdılaraq qazıma məhlulu ilə quyu ağzına qaldırmaq üçün diametrləri kəmərin daxili diametrindən 3 mm az olan mərkəzləşdiricilərdən istifadə edərək QKAH göstərilən düzümdə yığılmalıdır.



Nizəvari balta+9mAQB+mərkəzləşdirici+9mAQB+ mərkəzləşdirici+qazıma boruları

Bu quruluşda yığılmış QKAH quyuya endirilərkən oturmalar olan intervallarda təkrar işləmə aparmaqla kəmər içində əmələ gəlmiş sement daşını dağıdaraq təmizləmək lazımdır. Təkrar işləyərkən quyudan çıxan faktiki sement həlqələrin hissəciklərinin qalınlığının 3-8 mm olduğu müəyyən edilmişdir.

Təcrübə göstərir ki, qoruyucu kəmərin içərisində yaranan sement daşlarınçıxarıldıqdan sonra ayırıcılarla kəmər buraxılan zaman mürəkkəbləşmə baş vermir.

Müəyyən edilmişdir ki, ayırıcı vasitəsilə quyuya kəmər endirilmədənəvvəl quyuya buraxılmış axırıncı kəmərin içəri diametri ayırıcının diametrinə bərabər olan ülgünü qazıma borusuna bağlayaraq quyuya endirməklə quyudakı qazıma kəmərinin daxili diametri ülgülənməlidir.Oturma olduqda kəmərin içərisində yuxarıda göstərilən QKAH yığımı ilə təkrar işləmə aparılmalıdır.

Quyuya qazıma boruları ilə buraxılan qoruyucu kəmərin quyudakı kəmər içərisində pərçimlənərək tutulmaması üçün aşağıdakı tədbirlər görülməlidir:

-Sementləmə zamanı artıq qalmış sement məhlulunu quyudan qaldıran zaman qazıma məhlulunun məhsuldarlığını maksimuma çatdırmaqla qoruyucu kəmərin içərisində sement daşının yaranmasının qarşısını almaq olar.

-Ayırıcıdan istifadə edərək qazıma borusu ilə qoruyucu kəməri quyuya buraxmazdan əvvəl quyudakı qoruyucu kəmərin içərisinə diametri kəmərin daxili diametrindən 3 mm az olan mərkəzləşdiricilərdən istifadə etməklə seçilmiş QKAH borunun içərisini ülgüləmək məqsədilə quyuya buraxılmalıdır. Bu zaman kəmərin içərisində oturmalar olduqda təkrar işləmə aparmaqla kəmərin içərisini əmələ gəlmiş sement daşından təmizləmək lazımdır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə