Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Qoruyucu kəmər açıq lülədə yuyulduqda baş verən qəza qəza



Yüklə 0,54 Mb.
səhifə54/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   51   52   53   54   55   56   57   58   59
C fakepath LAV MATER AL-tamamlama

Qoruyucu kəmər açıq lülədə yuyulduqda baş verən qəza qəza
Qoruyucu kəmərləri quyuya endirən zaman baş verən qəza və mürəkkəbləşmələr(oturmalar, dartılmalar, quyudan qazıma məhlulunun çıxmasının azalması və s.) quyunun açıq lüləsində yuma aparılan zaman işçi təzyiqin artaraq məhlul dövranının kəsilməsi səbəbindən baş verir. Qazılan quyuların dərinliklərinin artması nəticəsində açıq lülədə olan laylar müxtəlif fiziki-kimyəvi xassəyə malik olurlar və bu laylar quyu lüləsində təxminən eyni şəraitdə olduqlarından onlarda baş verən dəyişikliklər bir-birindən fərqli olur. Bu səbəbdən lülədə yaranan mürəkkəbləşmələrin sayı artır. Quyu lüləsi trasında əyrilik bucağı və azimut bucağının qeyri-səlis dəyişməsi, kəmərin qurluşundakı elemetlərindəki çatışmamazlıqlar, kəmərin quyu lüləsinə endirilmə rejiminin pozulması kəmərin qəzaya uğramasına səbəb olur.

Qoruyucu kəmərləri quyuda layihə dərinliynə endirmək üçün əvvəlcədən xüsusi tədbirlər planı işlənilərək həyata keçirilir. Hazırlanan planda bəzi amillərin nəzərə alınmaması və yaxud hazırlanmış planın düzgün yerinə yetirilməməsi səbəbindən qoruyucu kəmər açıq lüləyə endirildikdə baş verən oturmalar və yaxud həlqvi fəzadan çıxan qazıma məhlulunun azalması kəmərin tutulma ehtimalını artırır. Bu səbəbdən qoruyucu kəmərin endirilməsi dayandırılır və baş vermiş mürəkkəbləşməni aradan qaldırmaq üçün quyuda yumaaparılır. Yuma aparıldıqdan bir qədər sonra yuma təzyiqi getdikcə artır və qoruyucu kəmərin aşağı-yuxarı hərəkətində oturma və dartılmaların qiyməti artmağa başlayır. İşçi təzyiq artaraq maksimum qiymətə çatır, həlqəvi fəzadan qazıma məhlulunun dövranı kəsilir, qazıma nasosunda qoyulmuş “qoruyucu” dağılaraqsıradan çıxır və qoruyucu kəmər quyuda tutulduğundan - onun aşağı-yuxarı hərəkəti mümkün olmur. Açıq quyu lüləsində az təzyiqli məsaməli və yaxud çatlı horizontlar olduqda kəmərdə yuma aparıldıqda işçi təzyiqin artması həmin horizontlarda qazıma məhlulunun udulmasına səbəb olur. Məhlulun udulması baş verdikdən sonra təzyiq artması dayanır və həlqəvi fəzadan məhlul dövranı kəsilir. Quyuda udulma təzyiqinin qiyməti çox olmadıqda tutulmuş qoruyucu kəməri çox böyük olmayan əlavə oxboyu yüklə yuxarı dartaraq quyudan qaldırmaq olur. Cəfərli, Qalmaz, Tərsdəllər və Naftalan yataqlarında qazılan quyuların təcrübəsi göstərir ki, qazıma zamanı həlqəvi fəzada qazıma məhlulunun qalxma sürəti 0,35-0,88 m/s çox olmur. Bu səbəbdən qazıma zamanı quyu dibində dağıdılaraq qoparılmış və quyu divarından tökülərək quyuya düşmüş böyük həcmli süxur hissəciklərini yuma zamanı quyu lüləsindəki qazıma məhlulunun kiçik sürəti ilə qaldıra bilmədiyindən onlar quyu divarındakı kahlarda toplanırlar.

Qazıma zamanı quyudan çıxan süxur hissəciklərinin quyu divarındakı kahalarda toplanmasına təsir edən amillərdən biri də qazımanın rotor üsulu ilə aparılmasıdır. Quyular rotor üsulu ilə qazıldıqda qazıma məhlulu qaldırılan süxur hissəciyinin ümumi hərəkət sürəti, süxur hissəciyinin dairəvi fırlanma sürətilə qalxma sürətini həndəsi cəminə bərabər olur.
(15, 3)
burada, - hissəciyinin yuxarı qalxma sürəti

- hissəciyinin dairəvi fırlanma sürətidir.

Qazıma baltası ilə quyu dibindən qoparılmış süxur hissəciyi qazıma məhlulu ilə birlikdə baltanın dövrlər sayına uyğun sürətlə fırlandığından hissəciyin quyu divarına yönəlmə sürəti aşağıdakı kimi olur:



(15, 4)

burada, - bucaq sürətidir (

D – quyunun diametridir.

Dairəvi sürəti olan süxur hissəcikləri quyu divarında yaranmış kahalara yönələrək orada toplanırlar.

Müəyyən edilmişdir ki, həlqəvi fəzada qazıma məhlulunun qalxma sürəti 0,6 m/s - dən az olduqda quyudakı böyük ölçülü süxur hissəcikləri ağır qazıma borusunun yuxarısında toplanaraq qazıma məhlulunun hərəkəti nəticəsində yuxarı-aşağı hərəkət edərək quyu ağzına qalxmır. Quyunun diametri və qazımanın mexaniki sürəti çox olduqda quyuda toplanan süxur hissəciklərinin qatılığı artaraq kipkəc halına düşür. Quyudan qazıma məhlulu ilə qaldırılan kipkəc quyu lüləsində olan gil qabılarını özünə birləşdirərək gil-şlam kipkəci şəklində 20 - 30 m uzunluğunda quyu ağzına qalxaraq nov sistemini doldurur. Bu səbəbdən quyudan çıxan qazıma məhlulu ətrafa dağılaraq itir. Gil - şlam tıxacının əmələ gəlməsi Xərə - Zirə, Tərsdəllər, Naftalan və Qalmaz qazıma sahələrində 50 - 900 m dərinlikdə qazıma aparan zaman müşahidə olunmuşdur.

Təcrübə ilə müəyyən edilmişdir ki, quyu dibindən doğranılaraq qoparılmış orta ölçülü süxur hissəciklərini yer üzərinə qaldırmaq üçün qazıma məhlulunun həlqəvi fəzada qalxma sürətinin 0,65 m/s çox olması kifayət edir. Quyu divarında yaranmış kahalarda toplanmış böyük ölçülü süxur hissəciklərinin qaldırılması üçün qazıma məhlulunun həlqəvi fəzada qalxma sürəti 1,15 m/s – dənçox olmalıdır.

Cədvəl 15.1

Qazıma zamanı intervallar üzrə həlqəvi fəzada qazıma məhlulunun faktiki qazıma sürətləri



Qazıma sahələri

Qazıma intervalları, m

Qazıma baltalarının diametri, m

Qazıma borusunun diametri, m

Qoruyucu kəmərin diametri, m

Qazıma məhlulunun məhsuldarlığı, m3/s

Qazıma məhlulunun həlqəvi fəzada qalxma sürəti, m/s

Qazıma vaxtı, m/s

Qoruyucu kəmər buraxılanda, m/s

Cəfərli

400-2700

2700-3900



0,2953

0,2159


0,127

0,127


0,2445

0,1683


0,036

0,021


0,65

0,88


1,67

1,46


Qalmaz

50-600

600-1800


1800-2200

0,3937

0,2953


0,2159

0,127

0,127


0,127

0,3239

0,2445


0,1461

0,044

0,036


0,021

0,40

0,66


0,88

1,12

1,67


1,06

Tərsdəllər

50-600

600-1900


1900-2900

2900-3050



0,4445

0,2953


0,2159

0,151


0,127

0,127


0,127

0,089


0,3239

0,2445


0,1778

0,1143


0,050

0,036


0,021

0,011


0,35

0,65


0,88

1,11


0,69

1,67


1,78

1,43


Naftalan

50-900

900-2550


2550-3200

0,4445

0,2953


0,2159

0,127

0,127


0,127

0,3239

0,2445


0,1683

0,050

0,036


0,021

0,35

0,65


0,88

0,69

1,67


1,46

Qoruyucu kəmərləri açıq quyu lüləsinə buraxan zaman quyuda yuma aparıldıqda həlqəvi fəza sahəsinin azalması nəzərdə alınmır və qazıma zamanı quyuda istifadə olunan qazıma məhlulunun məhsuldarlığı azaldılmadan yuma aparılır.

Bu səbəbdən kəmər arxasındakı həlqəvi fəzada qazıma məhlulunun sürəti qazıma zamanı olan sürətdən 1,4-2,6 dəfə çox olur. Nəticədə kahalarda toplanmış müxtəlif ölçülü süxur hissəcikləri kahlardan çıxaraq quyu lüləsində hərəkət etdikcə divarda əmələ gəlmiş gil qabıqları ilə birləşərək möhkəmlənib tıxac yaradaraq qoruyucu kəmərin arxasını bağlayır. Yaranmış gil-süxur tıxacı atqı xəttində təzyiqin artması ilə kəmər arxasında sıxılaraq yuxarı hərəkət edə bilmir.

Atqı xəttində təzyiqin artması nəticəsində qoruyucu kəmər quyu lüləsindədaha möhkəm pərçimlənir və qazıma məhlulunun dövranı kəsilir. Nəticədə mürəkkəb qəza hadisəsi baş verir.

Qoruyucu kəməri quyu lüləsinə buraxan zaman açıq lülədə yuma aparmaq lazım olduqda qazıma məhlulunun məhsuldarlığını elə seçmək lazımdır ki, qazıma məhlulunun kəmər arxasındakı qalxma sürəti həmin intervalda qazıma aparan zaman həlqəvi fəzada yaranan qalxma sürətindən az və ya ona bərabər olsun.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə