Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Sementlənmə zamanı baş verən qəzalar



Yüklə 0,54 Mb.
səhifə53/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   49   50   51   52   53   54   55   56   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Sementlənmə zamanı baş verən qəzalar əsasən normativ tələbatların yerinə yetirilməməsi səbəbindən baş verir. Bu növ qəzalar sement məhlulununkəmərin içərisində qalaraq daşlaşması, sementləmənin sonunda sementlənmə təzyiqinə nəzarət edilməməsi səbəbindən təzyiqin qalxaraq kəmərin tamlığının pozulması, sementlənmə qurtardıqdan və sement daşının bərkiməsi zamanı kəmərin içərisində və onun xaricində yaranan təzyiqlərin nəzarətdə saxlanılmaması səbəbindən baş verir. Quyunun qazılmasında ən mürəkkəb mərhələ quyuya buraxılmış kəmərin sementlənməsidir. Bu prosesin həyata keçirilməsi ilə müxtəlif xidmət sahələri, çoxlu miqdarda aqreqat və xüsusi maşınlar, mütəxəssislər və buruqişçiləri məşğul olurlar. Quyunun əvvəlcədən hazırlanmış sementlənməplanına və sementlənmə texnologiyasına əməl edilməsi sementlənmənin aparılmasında çox vacibdir. Sementlənmənin bütün mərhələlərinə olan ciddi nəzarətə baxmayaraq bəzən qəzalar baş verir.

Dənizdə Xərə-Zirə, Bulla Adası, Ələt dənizvə quruda Qaradağ, Lökbatan, Kürsəngi, Tərsdəllər yataqlarında quyuya buraxılan 146, 168, 219 və 245 mm diametrli boruların sementlənməsi zamanı quyuya vurulan sement məhlulunun tez tutuşması, bəzi hallarda isə baş verən mürəkkəbləşmələr (sementlənmə zamanı quyuya verilən elektrik enerjisinin kəsilməsi, gözlənilmədən dənizdəgüclü küləyin baş vermə səbəbindən üzərinə sementləyici aqreqatlar yığılmış gəminin buruqdan uzaqlaşması, müxtəlif diametrləri və müxtəlif profilli yivli boruları birləşdirən keçiricinin daxili diametrindən sement kipkəcinin keçməməsi və s.) səbəbindən kəmərin içərisində sement məhlulu daşlaşaraq quyuda qəza yaradır.

Quyu lüləsinin qoruyucu kəmərlə möhkəmləndirilməsi üçün qazılmış quyu lüləsinin hazırlanma planı tərtib olunur. Bu plana əsasən qazılmış quyu lüləsində əvvəlcə elektrik ölçü işləri aparılır. Aparılmış ölçü işləri ilə açıq lülədəki layların keçiricikləri, müqavimətləri, əyrilik parametrləri, bütün dərinliklərdə quyu diametrinin ölçüləri və temperaturları ölçülür. Aparılmış elektrik ölçü işlərinə uyğun olaraq qazıma kəmərinin aşağı hissəsinə yığılmış mərkəzləşdiricilər və üç kürəli qazıma baltasından ibarət olan QKAH düzümü ilə quyu lüləsinin daralmış intervallarında təkrar işləmə aparılır. Təkrar işləmə aparan zaman qazıma məhlulunun bütün parametrləri tələb olunan normada olmalıdır. Qoruyucu kəmərin quyu lüləsində oturmadan sərbəst keçməsini təmin etmək üçün QKAH yığılmış mərkəzləşdiricilərin diametrləri seçildikdən sonra 3-4 dəlmədə ardıcıl olaraq onların aralarındakı məsafəni azaldaraq qazıma baltasına yaxınlaşdırmaqla QKAH-ninsərtliyini artıraraq quyuya buraxılan kəmərin sərtliyinə çatdırmaq lazımdır.

Quyu lüləsinin hazırlıq planında nəzərdə tutulan tədbirlər başa çatdıqdan sonra quyu lüləsinin faktiki vəziyyətini öyrənmək üçün əlavə olaraq quyuda elektrik ölçü işləri aparılır.Qoruyucu kəmərin quyu lüləsinə buraxılmasıüçün “Kəmərin buraxılması”planı hazırlanır. Bu planda qoruyucu və istismar kəmərlərinin quyu lüləsində tutulmasının qarşısını almaq üçün aşağıdakı tədbilər nəzərə alınmalıdır:

-Quyu lüləsində aparılan təkrar işləmənin sürəti 50 m/saat çox olmamalıdır.

-Qazıma məhlulunun parametrləri geoloji texniki naryadın tələblərinə cavab verməlidir və qazıma məhlulunda kalsi ionlarının miqdarı 300 mq/l az olmamalıdır.

-Pərçimlənmə baş verməməsi üçün quyuya buraxılan qoruyucu kəmərin muftasının və digər elementinin,diametri quyu lüləsində əmələ gəlmiş novun diametrindən 1,25 dəfədən çox və yaxud 0,93 dəfədən az olmalıdır.

-Qoruyucu kəmər quyuya endirilən zaman açıq lülədə yuma aparılması lazım gəldikdə qazıma məhlulunun sərfini elə seçmək lazımdır ki, kəmər arxasındakı məhlulun qalxma sürəti qazıma zamanı qazıma kəmərinin arxasındaqazıma məhlulunun qalxma sürətindən çox olmasın.

-Quyuya endirilən kəmərin içərisi hər 100-120 m-dən bir doldurulmalıdır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə