Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə56/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   51   52   53   54   55   56   57   58   59
C fakepath LAV MATER AL-tamamlama

Neftli-qazlı layların açılması
Neftli-qazlı layın səmərəli istismarını aparmaq üçün həmin layların açılması qazıma prosesinin mox vacib etapıdır. Məhsuldar layın qazılması zamanı onların təbii xassələrinin saxlanılması istismar vaxtı neft-qaz vermə qabiliyyətinin artmasına səbəb olur.

Su əsaslı qazıma məhlulu ilə uzun illər aparılan qazıma təcrübəsi göstərir ki, məhsuldar laya qazıma layın keçiriciliyinin azalmasına səbəb olur.

Müəyyən edilmişdir ki, qazıma məhlulundakı suyun laya keçməsi layın təbii keçiriciliyini 50% azaldır. Məsaməli layın məsaməliliyinin bərpa əmsalı laya daxil olan suyun tərkibindən çox asılı olur.

Lay təzyiqi quyudakı hidrostatik təzyiqdən çox az olduqda, layın çirklənməsi daha çox olur. Layın az çirklənməsi üçün qazıma texnologiyası tələbinə uyğun dərinliyi 1200 m qədər olan quyularda qazıma paran zaman quyudakı hidrostatik təzyiq lay təzyiqindən 1.10-1,15 dəfə, 1200 m-dən dərin olan quyularda isə 1,05 dəfədən artıq olması nəzərdə tutulur.

Qazıma məhlulu və yaxud onun filtratı (suyu) laya daxil olduqda məsamələrin quruluşu dəyişdiyindən quyudibi ətrafında küçiricilik azalır. Qazıma məhlulu laya daxil olduqda quyu divarında 1-2 sm dərinliyə qədər məhlulda olan dispers fazalar məsamələrə keçir və nisbətən böyük ölçüdə olan dispers fazalar quyu divarında gil qabığı əmələ gətirir, məhlulun filtratı isə layda, xeyli dərinliklərə qədər gedir. Bərk hissəciklərin quyu divarına daxil olduğu məsafə kolmatasiya zonası adlanır, filtratın quyu divarına daxil olduğu zona - filtrat zonası adlanır.

Çatlı laylarda kolmatasiya zonasının məsafəsi 10 sm-lərlə olur. Kolmatasiya zonasında layın keçiriciliyinin pisləşməsi 10 dəfədən çox olur.

Fitrasiya zonasındakı məsamələrdə baş verən mürəkkəbləşmələr daha mürəkkəbdir və onlar aşağıdakılardan ibarətdir:

-tərkibində müxtəlif kimyəvi reagentlər olan filtrat laya daxil olaraq süxuru isladaraq fiziki bağlı olub hidrat təbəqəsinin yaratması səbəbindən məsamələrin en kəsiyi azalır;

-məhsuldar laylarda müəyyən miqdar gil mineralı olduğundan qazıma məhlulundan ayrılmış filtrat gil hissəcikləri ilə hidratlaşaraq öz həcmlərini artırır (şişir) və filtratın təribində olan qələvi, gil hissəciklərini parçalayaraq onların səthini artırır. Bu səbəbdən məsamə kanallarının en kəsiyi azalır;

-filtrat məhsuldar laya daxil olaraq özlülüyü neftin özlülüyündən az olması səbəbindən laydakı nefti (qazı) quyu dibindən uzaqlaşdırır və neftlə qarışaraq emulsiya yaradır ki, bu səbəbdən Jamen effekti nəticəsində laydan quyuya gəlmə müqaviməti artır;

-filtratda bir çox kimyəvi maddələr həll olduğundan bu maddələr məhsuldar laylarda olan bəzi maddələrə birləşərək həll olmayan çöküntü yaradır; filtratda olan kalsium ionları üzvi maddələrlə birləşərək kalsium sabunu yaradaraq məsamə kanallarını bağlayır. Eyni zamanda osmotik təzyiqdən müxtəlif minerallaşma dərəcəsi səbəbindən yaranan çöküntülər məsamələri bağlayır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə