Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Məhsuldar laya daxil olmaq qaydası



Yüklə 0,54 Mb.
səhifə57/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   51   52   53   54   55   56   57   58   59
C fakepath LAV MATER AL-tamamlama

Məhsuldar laya daxil olmaq qaydası
Məhsuldar laya daxil olmaq dedikdə məhsuldar layın qazılması və möhkəmləndirilməsinin ardıcıllığı nəzərdə tutulur. Məhsuldar laya daxil olunması hal-hazırda beş qayda ilə aparılır:

I qayda. Məhsuldar lay dabanına qədər qazılır və quyu dibinə istismar kəməri endirilərək sementləmə aparılır. İstismar kəmərinin içərisi ilə məhsuldar lay arasında əlaqə yaratmaq üçün kmərdə perforasiya aparılır, daha doğrusu, kəmərdən çoxlu miqdarda deşiklər açılır (şəkil 16.1, a). Bu üsulla məhsuldar layın açılmasında layın çirklənmə dərəcəsi çox olur.

II qayda. Məhsuldar layın tavanına (üstünə) qədər qazıma aparılıb qoruyucu kəmər buraxılaraq sementləmə apardıqdan sonra məhsuldar lay ayrılıqda qazılır, istismar kəməri isə burazılmır. Bu üsul məhsuldar lay bərk süxurlardan ibarət olduqda tətbiq olunur.

Cəfərli yatağında məhsuldar olan çatlı eosen layı bərk süxurlardan ibarət olduğu üçün 3950 m dərinliyə diametri 168 mm olan kəmər buraxılaraq sementləmə aparıldıqdan sonra sıxlığı 1,3 q/sm3 tərkibinə 1,5% SAM olan sulfanol qatışdırılmış qazıma məhlulu ilə 4000 m dərinliyə qədər qazılır. Quyu açıq lülə ilə istismara verilir (şəkil 16.1, b).



II qayda. Bu üsulda məhsuldar lay II qaydadakı kimi qazılır və qazılmış istismar layına üzərində süzgəc açılmış quyruq kəməri endirilir. Süzgəc kəmərinin yuxarı ucu yuxarıdakı kəmərin daxilində paker vasitəsilə təcrid olunur (şəkil 15.1, v).

IV qayda. Məhsuldar layın üstünə qədər qazılaraq möhkəmləndirildikdən sonra, məhsuldar lay uyğun qazıma məhlulu ilə qazılır. Qazılmış dərinliyə quyruq kəməri buraxılaraq sementləmə aparıldıqdan sonra lazım olan dərinliklərdə perforasiya aparılır (şəkil 16.1,q).

V qayda. Quyunun qazılması I qayda ilə aparılır. Quyuya buraxılan istismar kəmərinin aşağı hissəsi süzgəc açılmış borulardan ibarət olur. Quyuda manjet üsulu ilə məhsuldar layın yuxarısından sementləmə aparılır (şəkil 16.1,d).

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə