Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Qazımada perspektivli horizontların sınanması



Yüklə 0,54 Mb.
səhifə58/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   51   52   53   54   55   56   57   58   59
C fakepath LAV MATER AL-tamamlama

Qazımada perspektivli horizontların sınanması
Axtarış və kəşfiyyat quyularının qazılmasında neftin və qazın olduğu ehtimal olunan laylara qazıma boruları və yaxud karotaj kabeli vasitəsilə lay sınayıcısı buraxılaraq layın yoxlanılması və lay məhsulunun sənaye əhəmiyətli olub-olmaması müəyyən edilir. Bu məsələ müəyən qədrə quyudan kern qaldırmaqla da həll olunur.

Qazıma prosesində lay sınayıcısından istifadə etməklə neft-qaz yatağının kəşfiyyatı sürətlənir, perspektivli olan laylar tez müəyyən edilir, aparılan tıdqiqat işlərinin effektliyi artır və məhsuldar olmayan horizonta kəmər buraxılmasını aradan qaldırır.

Neft-qazın olduğu ehtimal olunan layda aparılan sınaq işləri ilə aşağıdakılar müəyyən edilir:

a)sınaq aparılan horizontdan lay məhsulunun alınması

b)lay məhsulunu götürərək onun tərkibi və xüsusiyyətinin laboratoriya şəraiində təhlili

v)horizontun məhsuldarlığının qiymətləndirilməsi

q)horizontun kollektor xüsisiyyətinin qiymətləndirilməsi

d)quyu divarının çirklənmə dərəcəsinin qiymətləndirilməsi

Lay sınayıcısı (şəkil 16.2) ilə istənilən horizontun sınaq aparılması üçün quyu dibindən sınaq aparılan horizontun dabanına qədər olan məsafə uzunluğunda və quyu dibində oturmaq üçün başmağı olan nisbətən az diametrli ağır qazıma borusu üzərinə lay sınayıcısı bağlanır. Sınayıcının üstünə isə lazım olan izafi təzyiqi təmin etmək üçün bir hissəsinin içərisi boş buraxılan qazıma borusu bağlanılaraq quyuya buraxılır və qazıma borusuna xüsusi başlıq bağlanılır.

Quyuya buraxılmış bu quruluş vasitəsilə sınanması nəzərdə tutulan horizontun yuxarısındakı həlqəvi fəzada olan bütün laylar təcrid olunur. Qazıma kəmərinin daxilindəki azaldılmış təzyiqlə sınaq aparılan horizontun lay təzyiqi arasında yarana izafi təzyiqlər fərqindən laydakı məhsul lay sınayıcısından keçərək qazıma borusu ilə yer üzərinə çıxarılır. Laydan çıxan məhsulun bir hissəsi lay sınayıcısında toplanır.

Qazıma prosesində obyektin sınanmasında lay sınayıcısının komplekti (КИИ) istifadə olunur. КИИ cihazı ilə layda sınaq aparmaq üçün aşağıdakı kimi hazırlıq işləri aparılır. Quyuda sınaq işi aparılandan əvvəl karotaj və kavernomerlə ölçü aparılacaq sınaq aparılan horizontun dərinliyini, pakerin qoyulma yerinin diametrini müəyyən edirlər.

Quyu lüləsində pakerin keçməsinin mümkünlüyü və onun pakerovka vaxtı işinin möhkəmliyi quyunun diametri ilə pakerin diametrlərindən asılı olduğu üçün aralarındakı nisbət aşağıdakı kimi olmalıdır.



(16, 1)

Burada, – quyunun diametri, - pakerin diametridir.

Pakerin oturdulması üçün seçilmiş interval kahlı olmayaraq möhkəm süxur olmalıdır. Pakerin oturdulma dərinliyi sınaq aparılan layın yuxarısından 4-5 m-dən çox yuxarıda olmalıdır.

Lay sınayıcısı buraxılandan əvvəl quyuda aparılan elektrik ölçü işlərindən sonra quyu lüləsində daralmış intevallarda təkrar işləmə aparmaqla normal diametrə çatdırılır, qazıma kəmərini qaldırıb-endirən zaman oturma və dartıma olan intervallar təkrar işlənilməli və qazıma məhlulunun bütün parametrləri kimyəvi işləmə aparmaqla tələb olunan qiymətə gətirildikdən sonra quyu ülləsində bir neçə dövr yuma aparılmalıdır.

Layda sınaq aparılan КИИ cihazı üç ölçüdə buraxılır:

КИИ-146 – diametri 190-295 mm olan quyularda işlədilir.

КИИ-95 – diametri 118-161 mm olan quyularda işlədilir.

КИИ-65 – diametri 75-112 mm olan quyularda işlədilir.

Sınaq aparılan КИИ (şək. 16.2) cihazın əsas vəzifəsi:

a)sınaq aparılan laydan qaz-neft axınının yaradılması

b)laydan çıxan məhsulun götürülməsi

v)sınaq aparılan layın parametrlərinin təyini

Layda aparılna sınağın keyfiyətinə depressiyanın qiyməti təsir edir. Quyuya lay sınayıcısını endirən qazıma kəmərinin möhkəmliyindən, pakerləşdirən elementin və paker oturan süxurun möhkəmliyindən asılı olaraq depressiyanın buraxıla bilən qiyməti müəyyən edilir. Depressiyanın maksimum qiyməti qazıma kəmərinin əzilməyə olan ehtiyat əmsalının 1,3 olma şərti ilə müəyyən edilir. Quyuya boş buraxılan qazıma kəməriin uzunluğunu seçən zaman qazıma borusunun diametri, qalınlığı, möhkəmlik həddi və qazıma məhlulunun sıxlığı nəzərə alınır. Quyuda pakerləmə aparmaq üçün quyu lüləsinin diametrindən asılı olaraq oxboyu yükün miqdarı aşağıdakı cədvəldə verilir.

Cədvəl 16.1




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə