Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə47/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   43   44   45   46   47   48   49   50   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Quyunun diametri, mm

Qazıma borusunun diametri, mm

Qazıma qıfıllarının diametrləri, mm

Tərəflər arasındakı məsafə, mm

394

140-127

171-161

127-133,5

343

140-127

171-161

101,5-108

295

127

161

67

269

127

161

30,5

243

127

161

41

216

127

161

27,5

190

114

140

25

161

102-89

127-108

17

Quyunun divarı və yaxud quyudakı qoruyucu kəmərin daxili divarı ilə qazıma borusunun qıfıl birləşməsinin arasındakı məsafənin az olması yuma zamanı yüksək hidravliki itkilərin çoxalaraq quyuda yuma təzyiqinin artmasına səbəb olur.

Kəmərlərin arxasının sementlənməsindən fərqli olaraq quyuda sement körpüsü qoyulduqda sementləyici boruda başmaq, stop-həlqə, ayırıcı tıxac quraşdırılmır. Bu səbəbdən bəzən mürəkkəbləşmələr yaranır.
Cədvəl 14.7

Qoruyucu kəmər içərisində qoyulan sement körpüsündə kəmərin içi ilə qazıma borularının nəzərdə tutulan ölçlüləri.



Kəmərin diametri, mm

Qazıma borusunun diametri, mm

Qazıma qıfıllarının diametrləri, mm

Tərəflər arasındakı məsafə, mm

324

140-127

171-161

76,5-81,5

299

140-127

171-161

64-69

273

127

161

56

245

127

161

42

219

127-114

161-140

29-39,5

194

114-102

140-127

27-35,5

178

102-89

127-108

25,5-35

Dərin quyularda sement körpüsü qoyulduqdan sonra qazıma kəmərini təhlükəsiz dərinliyə (sement körpüsündən 100-130 m) qaldıraraq quyuda yuma aparılır.Dərinliyin çox olması quyuda aparılan yuma zamanı hidravliki təzyiq itgisi çox olduğundan məhlulun məhsuldarlığını artırmaq mümkün olmur. Bu səbəbdən sement körpüsü qoyulduqdan sonra artıq qalan sement məhlulunun yuma ilə tez qaldırılması mümkün olmur. Dərin quyularda göstərilən səbəbdən tez-tez mürəkkəbləşmə və qəzalar baş verir. Baş verən belə qəzalar çox halda quyuların texniki səbəbdən ləğvi ilə nəticələnir.



Qoruyucu kəməri quyu lüləsinə endirildikdə baş verən qəzalar
Quyulüləsindəki kəsilişdə olan layların geoloji xüsusiyyətlərindən və qazılan quyunun dərinliyindən asılı olaraq quyuya buraxılacaq qoruyucu kəmərlərin sayı və dərinliyi birgələşmiş təzyiqlər qrafiki əsasında müəyyən edilir. Kəmərlərinburaxılmaintervallarınıqazan baltanın diametri və kəmər arxasında sement məhlulunun qalxma hündürlüyü quyunun işçi layihəsində müəyyən edilir.

Qoruyucu kəmərləri quyuya buraxdıqda o, bir neçə qüvvənin təsirinə məruz qalır. Bunlardan biri oxboyu qüvvə olub, aşağıdakı hallarda yaranır: boruların öz ağırlığından yaranan dartılma qüvvəsi; quyudakı qazıma məhlulunun sıxlığından onun çəkisinin azalması; kəmərlə quyu lüləsinin divarı arasındakı sürtünmə qüvvəsi;kəmərlə qazıma məhlulu arasındakı oxboyu inersiyaqüvvəsi; quyudan yuma aparan zaman yaranan hidrodinamiki oxboyu qüvvə; quyu lüləsində əyrilik bucaqlarının dəyişməsindən yaranan əyici moment və kəmərin daxili və xaricində olan qazıma məhlulunun sıxlıqları fərqindən yaranan təzyiq. Hidrodinamiki təzyiqdən təsir edən oxboyu yük həmişə sıxıcı qüvvə olur.

Qoruyucu kəmər quyu lüləsində hərəkət edərkən ona sürtünmə və inersiya qüvvələri təsir edir. Kəmər yuxarı qaldırıldıqda bu qüvvələr dartıcı, aşağı hərəkət etdikdə isə sıxıcı qüvvə olurlar. Təcrübə göstərir ki, şaquli quyu lüləsində kəmər hərəkət edərkən ondakı oxboyu qüvvə dəyişməyərək kəmərin ağırlıq qüvvəsinə bərabər olur. Quyu lüləsi maili olduqda isə, onun əyrilik bucağının intensivliyinin artması, azimut bucağının dəyişməsi, inhirafın artması, açıq lülədəki məsaməli layların ümumi qalınlıqlarının artması və quyu divarı ilə kəmərin xarici divarı arasındakı məsafənin az olması səbəbindən, kəmərin quyuda hərəkət istiqamətindən asılı olaraq oxboyu qüvvə dəyişir. Qoruyucu kəmər yuxarıya hərəkət etdirildikdə, oxboyu qüvə artır,aşağı hərəkət etdirildikdə isəazalır. Aparılmış müşahidələır zamanı müəyyən edilmişdir ki, qoruyucu kəmər yuxarıya qaldırılan zaman oxboyu yükün artımı, onun endirilməsi zamanı azalmasına təxminən bərabər olur.

Müəyyən edilmişdir ki, quyu divarında sürtünmə əmsalı μ=0,25, təcilin qiyməti w=0,2 m2/sanolduqda və maili quyu lüləsində əyrilik 300 olduqda kəmərin qaldırılması zamanı onda yaranan oxboyu qüvvə kəmərin ağırlıq qüvvəsinin25 %-i qədər artır.

Qoruyucu kəmərlər müxtəlif səbəblərdən qəzaya uğrayır:kəmərlər daxili təzyiqinin təsirindən (hidravliki hermetikliyi yoxlanan zaman, quyuda açıq fontan baş verdikdə, sementləmə aparıldıqda və s.); xarici əyici təzyiqin təsirindən (kəmər arxasında hidrostatik və hidrodinamik təzyiqin artırılması, kəmərin böyük sürətlə quyuya buraxılması, kəmər arxasında axmaya meyilli dağ təzyiqinə malik layların olması, boruların qalınlığının texnoloji proseslərdən yeyilərək azalması, kəməri quyuya endirilən zaman boruların yiv birləşmələrinin axıra qədər bağlanılmaması və s.) oxboyu qüvvənin artaraq kritik dartılma qüvvəsindən çox olduqda.

Quyuların qoruyucu kəmərlə möhkəmləndirilməsindəbaş verən qəzalar aşağıdakılardır: quyu lüləsinin tutulması, kəmərin yiv birləşməsindən aralanması, kəmərin gövdəsindən qoparaq aralanması, kəmərin quyuya “uçaraq” düşməsi, kəmərin əzilərək quyu lüləsinin bağlanması, sementləmə zamanı baş verən qəzalar.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə