Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi


Qoruyucu kəmərlərin sarğı avadanlığı



Yüklə 0,54 Mb.
səhifə43/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   39   40   41   42   43   44   45   46   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Qoruyucu kəmərlərin sarğı avadanlığı
Qoruyucu kəmərlərin sarğı avadanlığı qoruyucu kəmərləri öz üzərində saxlamaq, kəmərlərarası fəzanı hermetikləşdirmək və bir-birindən ayırmaq, bir sıra texnoloji əməliyyatları aparmaq, atqı qarşısını alan avadanlıqları (qazıma zamanı) və fontan armaturunu (istismar zamanı) yerləşdirmək ümüb təyinatlanmışdır.

İstismar şərtlərinə görə avadanlıq üç qrupa bölünür: mülayim makroiqlim rayonu, 1)korroziyasız və 2)korroziyalı mühit; 3)soyuq makroiqlim rayonu və korroziyasız mühit.


Kəmər sarğılarının şifrində aşağıdakı şərti işarələr qəbul edilmişdir: O – sarğı (обвязка), K – kəmər (колонна), K – pazda (клин) və ya M – muftada kəmərin asılma üsulu; 1, 2, 3 – asılan kəmərlərin sayı (konduktor kəməri nəzərə alınmır, birinci rəqəm – işçi təzyiq, ikinci rəqəm – istismar kəmərinin diametri, üçüncü rəqəm – texniki kəmərin diametri, dördüncü rəqəm – konduktor kəmərinin diametri, mm ilə; ХЛ –soyuq iqlim rayonu və korroziyaya dayanqılı icra üçün.

K2-6%-ə qədər H2S və CO2 tərkibli mühit üçün;

K3-25%-ə qədər H2S və CO2 tərkibli mühit üçün;

K2И – az legirlənmiş və az karbonlu poladdan hazırlanmış kəmər sarğısı üçün.

Məsələn,diametri 140 və 219 mm olan, işçi təzyiqi 35 MPa, 6%-ə qədər H2S və CO2 tərkibli mühit üçüniki kəməri pazlı asqı ilə tutan kəmər sarğısı avadanlığı (konduktor nəzərə alınmır) aşağıdakı kimi şifrələnir: OKK2-350-140x219x426K2.

Qoruyucu kəmərlərin sarğı avadanlığının aşağıdakı tipləri fərqləndirilir:

OKM – qoruyucu boruların muftalı asqısı üçün;

OKK – qoruyucu boruların pazvari asqı ilə asılması üçün. Avadanlığın konstruksiyası kəmərlərarası həlqəvi fəzada hermetikliyin pozulmasını oraya xüsusi pastaların yaxud özübərkiyən plastiklərin vurulması yolu ilə bərpa etməyə imkan verir.

14 MPa təzyiqə hesablanmış OKM tipli qoruyucu kəmər sarğısı avadanlığı şəkil 12.2-də göstərilmişdir.

Istismar kəmərinin sarğısı mufta asqısı ilə həyata keçirilir.

OKM tipli avadanlığın texniki xarakteristikası aşağıdakı kimidir:

Sarğı avadanlığı.............OK1-140-140x219

OKM1-140-146x219

OKM1-140-140x245

OKM-140-146x245

OKM1-140-168x245

Tıxayıcı quruluş............sürtgülü KPPC-65K

140-186x245

Əndazə ölçüləri, mm:

Uzunluğu...................................1050

Eni...............................................510

Hündürlüyü..................................450

Kütləsi, kq:

Yığılmış vəziyyətdə.............320-345

Tam komplekt.......................355-380

OKK tipli qoruyucu kəmərin sarğısı avadanlığı 21,35 və 70 Mpa təzyiqlə hesablanmışdır. Bu avadanlıq iki və daha çox konduktor, texniki və istismar qoruyucu kəmərini asmaq (yivlə yaxud qanaqla), eləcə də kəmərlərarası fəzanı elastik kipləndirmə yolu ilə hermetikləndirmək və bir-birindən ayırmaq üçün təyinatlanmışdır.

OKK tipli avadanlıq ayrıca yığım vahidlərindən – kəmər başlıqlarından təşkil olunur. Bilavasitə qoruyucu kəmərin (konduktorun) yuxarı sonluğuna birləşdirilən aşağı kəmər başlığı (AKB) üç icrada buraxılır:

I icra – başlığın gövdəsindəki daxili yivin qoruyucu kəmərə birləşdirən;

II icra – daxili yivin köməyilə qoruyucu kəmər birləşdirən;

III icra – qaynağın köməyilə qoruyucu kəmərə birləşdirən.

Kəmər başlıqları quyu ağzına qoruyucu kəmərləri endirib, arxasını sementləmək ardıcıllığı ilə yerləşdirilir. Onları qazıma zamanı gözlənilən maksimal lay təzyiqinə görə seçirlər.

OKK tipli avadanlıq (şəkil 13.3) aşağı, aralıq – birinci, ikinci və üçüncü (yuxarı) kəmərlərdən təşkil olunur.

Qoruyucu kəmərlərin sarğısı pazvari asqıların və paketlərin köməyilə həyata keçirilir.

Pazvari asqı gövdədən və pazlardan təşkil olunur.

Texnoloji əməliyyatları yerinə yetirmək üçün hər bir kəmər başlığı manifoldlarla təchiz olunmuşdur. Boruarxası fəzada təzyiqə nəzarət etmək üçün ventillər, kranlar və manometrlər nəzərə tutulmuşdur.

OKK tipli avadanlığın texniki xarakteristiksı cədvəl 13.1-də verilmişdir.

Cədvəl 13.1



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə