Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə40/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   36   37   38   39   40   41   42   43   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Bufer mayeləri

Bufer mayelərindən aşağıdakı əsas məqsədlər üçün istifadə edilir:

-tamponaj məhlulunu qazıma məhlulundan (və basqı mayesindən) ayırmaq və çətinliklə vurulan qarışıqların əmələ gəlməsinin qarşısını almaq üçün;

-qazıma məhlulunun tamponaj məhlulu ilə çıxarılmasının tamamlığını artırmaq üçün;

-keçiricili süxurlardan ibarət quyu divarı üzərindəki gil qabığı filtrini dağıtmaq və yaxud onun (gil qabığının) sement məhlulu ilə təmasda möhkəmliyini artırmaq üçün.

Yuxarıda göstərilən birinci funksiyanınhərəkətliliyi tamponaj və qazıma məhlulundan çox olan hər bir maye yerinə yetirə bilər. Təbii su işlətdikdə onun həcmi elə götrülməlidir ki, kəmər arxası fəzada 100-150 m, özü elastik ayırıcı işlətdikdə isə uyğun olaraq 20-30 m hündürlük yarada bilsin.

İkinci funksiyanı yerinə yetirmək üçün (yəni kəmər arxası fəzadan qazıma məhlulunu tamponaj məhlulu ilə tamam çıxarmaq üçün) təcrübədə özlü elastik ayırıcıdan geniş istifadə olunur. Bunların içərisində poliakrilamidin gel şəkilli su məhlulu qarışığını, texniki formalin və s. göstərmək olar.

Gel 800 temperatur şəraitində yüksək minerallı lay sularında dəyanətli qalır. Gelin elastik genişlənməsi nəticəsində qazıma məhlulunu həlqəvi fəzadakı geniş zolaqlardan başqa, hətta dar-qalıq zolaqlarından çıxarılması tamamlığı təsir etmə vaxtından asılı olaraq artır. Ona görə də həlqəvi fəzadan məhlulu yavaş sürətlə çıxardıqda gelin təsir effektliyi artır.

Ümumiyyətlə, bufer mayesi üçün sudan NaCl, CaCl2 duzlarının su məhlullarından, NaOH qələvisindən və sulfanol-SAM maddəsindən genişistifadə edirlər. Onlar qazıma məhlulu ilə qarışdıqda onu durulaşdırıb, statik və dinamik sürüşmə gərginliklərini və özlülüyünü azaldırlar. Belə bufer mayesinin həlqəvi fəzada hərəkətində əmələ gələn turbulentlilik təsiri ölü (kah) zolaqlarında tiksotroplu strukturu dağıdır. İkinci funksiyanı yerinə yetirilməsinin effktivliyi vurulan su məhlulunun turbulent axınının ölü zolaqlarına təsir müddətini artırmaqla əldə edilir. Tədqiqat göstərir ki, təsir müddətini 7-10 dəqiqə götürmək yaxşı nəticə verir.

Əgər lay flüdalarında hidrogenli kükürd varsa, ona bufer mayesi tərkibində iki valentli metalların hidroksidini və ya xlorlu dəmir əlavə etmək lazımdır.

Quyu divarı üzərindəki gilli filtr qabığını dağıtmaq üçün elə bufer mayeləri işlətmək lazımdır ki, onlat fil qabığı maddələrinin komponentləri ilə kimyəvi reaksiyaya girərək onları əridib yumşaltsın və bərk fəza hissəcikləri arasındakı birləşməni zəiflətsin. Belə bufer mayesi üçün bəzi turşuların (sulfomin, sirkə, duz turşuları) məhlulları, kalsi hidroksidi, natri fosfatları, kaustik soda, kkürd tirşusu, alüminium və yağlı emulsiyalar işlədilə bilər. Göstərilən bufer mayelərinin filtr qabığı ilə qarşılıqlı təsir müddəti mayenin və gilli qabığını tərkibindən və axma rejimindən asılı olaraq 5-10 dəq. Götürülə bilər.

Gil qabığının dağılmasını kəmər arxası fəzaya özlü elastik ayırıcı və böyük həcmdə su və duzlu su məhlulları vurmaqla həmçinin əldə etmək olar.

Kombinə edilmiş bufer mayesnin vurulması ilə gilli filtr qabığının dağıdılmasında daha yaxşı nəticə əldə etmək olar. Bu zaman az miqdarda özlü elastik ayırıcı vurduqdan sonra ardınca reagentlər ilə qarışdırılmış ikinci bufer mayesi vurulmalıdır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə