Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə37/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   33   34   35   36   37   38   39   40   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Manjetli sementləmə. İşlənmiş zəif laylara qazılan az debitli quyulara buraxılan qoruyucu kəmərləri “manjetli” üsulla sementləyirlər. Bu üsulun xüsusiyyəti ondan ibarətdir ki, kəmərin aşağı hissəsində zəifləmiş məhsuldar layın üst sərhədi önündə üzərinə manjetlər bağlanmış sementləmə bilərziyin yerləşmiş olur.

Manjetlər elastiki metal karkasa bağlanmış brezent qıfdan ibarətdir. Manjet qıfın açılmış şəkildə diametri quyunun diametrindən (hermetiklik yaradılması üçün) bir qədər böyüldür.

Manjet bilərziyindən yuxarıdakı boru hissəsindən sement məhlulu çıxması üçün dəliklər vardır. Manjetin vəzifəsi sement məhlulunu aşağı filtr hissəsinə çatdırmaqdır. Əks halda sement məhlulu zəifləmiş məhsuldar layın məsamələrinə dola bilər.

Qaz quyularında manjet əvəzinə kəmərdə xarici paker işlədilir.

Kəməti endirildikdə manjeti muftun aşağısında (başlıqdan yuxarı) üzərinə uzununa dəliklər açılmış süzgəc borusu bağlanır. Manjet bilərzikdən yuxarı kəmərin içərisində əks klapan və bir qədər yuxarıda istinad halqası yerləşdirilir.

Manjetli sementləmədə kəmərin içərisinə vurulan sement məhlulunu qazıma və basqı mayesindən ayırmaq üçün bir pilləli sementləmədə olduğu kimi tıxac işlədilir. Bası mayesinin həcmi sementləmə bilərziyindən quyunun ağzına qədər kəmərin daxili həcminə bərabər olur.

Müasir manjetli sementləmədə işlədilən sementləmə muftu işləmə prinsiöinə görə iki pilləli sementləmədəki bilərziyə oxşayır.

Birinci tıxacın üstündən kəmərə vurulan sement məhlulu tıxacı aşağıya hərəkət etdirib sementləmə bilərziyin aşağı oymağına oturdulur. İkinci tıxacın üstündən vurulan basqı mayesinin hərəkəti ilə birinci tıxacla oymaq yerindən itələyib aşağı dayağa oturdulur, bununla da bilərziyin yan dəlikləri açılır və sement məhlulu kəmər arxası fəzaya keçir. İkinci tıxac isə uxarı oymağa oturub, onu aşağıya itələyərək birinci tıxacın içəərisindəki dayağa oturulduqda bilərziyin yan dəlikləri bağlanır. Bu zaman sementləmə başlığında və nasosdakı manometrdə təzyiqin dərhal artması tıxacların bir-birinin üstündə oturmasını sement məhlulunun tamam kəmər arxası fəzaya keçməsini və basqı mayesi vurulmasını dayandırılmasını göstərir. Sonra sementləmə başlığındakı çıxış kranlarını bağlayırlar.

Əgər kəmər hermetik əks klapanla və sementləmə bilərziyi ilə təchiz edilibsə, nasosları saxladıqdan sonra, sementləmə başlığındakı izafi təzyiqi səlistliklə salııb, kranları bağlamaqla quyu sement məhlulunun bərkiməsi üçün dincə qoyurlar. Bərkimə müddəti ərzində (12-24 saat) nəzarət aparıb sementləmə başlığındakı təzyiqi lazım gələrsə aşağı salmaq lazımdır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə