Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə35/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   31   32   33   34   35   36   37   38   ...   59
C fakepath LAV MATER AL-tamamlama

İki pilləli sementləmədən aşağıdakı hallarda istifadə olunur:

-kəmər arxası fəzada (bir bölmə ilə buraxılan kəmərdə) sement məhlulu nasosların ödəyə bilmədiyi (gücü və yaratdığı təzyiq ilə) yüksəkliyə qaldırıldıqda və bir pillə ilə məhlulun vurulub basılması üçün çox vaxt tələb edildikdə;

-aşağı laylarda udulma zolaqları olduqda;

-sement məhlulunun qaldırdığı yüksəklikdə onun tez tutuşması şəraitinə gətirib çıxaran temperatur fərqli zolaq olduqda;

-buruğa və onun yanına sayı çox alınan sementləmə aqreqatları və SQ maşınları gətirilməsi mümkün olmadıqda.

İki pilləli sementləmə aparılması üçün qoruyucu kəməri hündürlüyü üzrə iki hissəyə bölürlər. Kəməri quyuya endirdikdə onun bölünmə sərhədləri arasına xarici səthində dəlikləri olan xüsusi sementləmə muftu bağlanır. Həmin muftadan yuxarı və aşağı qoruyucu kəmərin xarici səthinə mərkəzləşdirici fənərləri yerləşdirirlər. Hər bir halda sementləmə muftunu kəsiliş üzrə gilli və keçiriciliyi olmayan süxurların önündə yerləşdirmək məsləhət görülür.

Kəsilişdə iki məhsuldar layın başlanması üçün xüsusi sementləmə muftu yuxarı horizontdan 10-30 m aşağıda yerləşdirilməlidir.

Əgər iki pilləli sementləmə sement məhlulunun qalxma yüksəkliyinin ancaq böyük alınmasına görə aparılırsa, onda sementləmə muftunu layihə üzrə qalxma yüksəkliyi intervalının təxminən ortasında yerləşdirilir.

Qaz quyularında sementləmə muftunun məhsuldar horizontun alt sərhədindən 100-200 m yuxarıda qoymaq lazımdır.

İki pilləli sementləməni fasiləsiz olaraq bir-birinin ardınca və fasilə ilə aparmaq olur. Yəni, əvvəl aşağı pilləni sementləyib, məhlulun bərkiməsi üçün fasilə verdikdən sonra yuxarı pilləni sementləmək olar.

Fasilə ilə iki pilləli sementləməni aşağıdakı ardıcıllıqla aparırlar. Əvvəlcə kəmərə aşağı – birinci pilləni sementləmək üçün, başmaqdan sementləmə muftuna qədər məsafədə, kəmər arxası fəzanın həcminə uyğun sement məhlulu vurulur. Sonra onun üstündən kəməri daxili həcmi qədər basqı mayesi vurulur. Onu vurduqdan sonra kəmərin içərisinə kürə buraxılır. Ağırlıq qüvvəsinin təsiri altında kürə hərəkət edərək sementləmə muftunun aşağı oymağına oturur.

Bunun ardınca kəmərə yenə də basqı mayesi vurulur. Tıxacın üstündəki təzyiq artdığı üçün aşağı oymaq yerindən dəbərib muftun dayağına qədər hərəkət etməklə muftun dəliklərini açır, dəliklərdən çıxan basqı mayesi kəmər arxasına keçir: həmin dəliklərdən çıxan basqı mayesi ilə quyunu uzun müddət sement məhlulu bərkiyənə qədər yuyurlar. Sementin bərkimə vaxtı OZS adlanan bu müddət 8 saatdan bir sutkaya qədər davam edə bilər.

Birinci pillə qurtardıqdan sonra kəmərə ikinci pillənin sement məhlulunu vururlar. Sonra sementləmə başlığındakı yuxarı tıxacı ikinci pillənin basqı mayesini vurmaqla kəmərin içərisi ilə hərəkət etdirirlər.

Tıxac sementləmə muftunun örtüyünə ştiflərlə bağlanmış yuxarı oymağı aşağıya hərəkət etdirir. Bu zaman yuxarı oymaq öz örtüyü ilə muftadakı dəlikləri bağlayır, bununla da kəmərin daxilinin xarici həlqəvi ilə əlaqəsi kəsilir.

Sement məhlulu bərkidikdən sonra sementləmə tıxaclarını qazıyırlar.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə