Neft-qaz quyularinin tamamlanmasi əlavə material qazima vaxti dağ SÜxurlarinin dağidilmasi



Yüklə 0,54 Mb.
səhifə29/59
tarix31.12.2021
ölçüsü0,54 Mb.
#82189
1   ...   25   26   27   28   29   30   31   32   ...   59
C fakepath LAV MATER AL-tamamlama

Daxili izafi təzyiqin epürü (kəmər hermetikliyə yoxlanan zaman).

Quyu ağzından maksimal təzyiq Pda=49,7 MPa olduğu müəyyən edilmişdir. Bundan əlavə 1,1Pda>Polduğundan hesabat aşaıdakı kimi aparılır.

Z=0; Pdiz=1,1Pda=(1,1·49,7)=54,7 MPa

Pxz şəkil 14-dən , z=L0=2400 m olduğundan

PdJLo=(1,1·49,7+10-6·1,6·104·2400-26,4)=66,7 MPa

Pxz şəkil 14-dən z=L olduğundan

PdJL=(1,1·49,7+10-6·1,6·104·4300-60)=63,5 MPa

ABC epürü qurulur (şəkil 9.17).



Şəkil 9.17. Daxili izafi təzyiq epürü


Diametri 219 mm olan qoruyucu kəmərin seçilməsi. Hesabat şəkil 9.16-da və şəkil 9.17-də çəkilmiş xarici və daxili izafi təzyiqlər epürlərinə uyğun aparılır.

PxiL=33,3; PdiL=63,5 MPa

Qoruyucu borunun seçilməsi, hesabatda alınmış ən böyük xarici izafi təzyiqə görə aparılır və ən böyük daxili təzyiqə yoxlanılır. Boruların seçilməsi daxili izafi təzyiqə görə aparılır, Pxi-yə yoxlanılır.

Cədvəl 9.9-dan PT/n2 ≥ PdJL uyğun gələn borunun möhkəmlik qrupu Л, qalınlığı δ=14,2 mm və daxili təzyiqdən axma həddi PT=74,3 MPa ehtiyat əmsalın (n2=1,15) nəzərə alındıqda PT/n2=64,6 MPa olan borunu seçirik. Cədvəl 9.2-dən isə görünür ki, seçilmiş borunun əzilməyə Pkr=57,2 MPa-dır.

ABC epüründən (şəkil 9.17-də) göründüyü kimi birinci seksiya 3265 m dərinliyə qədər, yəni 675 m uzunluğunda seçilir, onun çəkisi Q1=q1·ℓ1=0,722·675=487,4 kN. İkinci seksiya isə bir qədər artıq möhkəmlik qrupuna malik olan borudan seçilməlidir PT=76,9 MPa, qalınlığı δ=12,7 mm M markalı boru seçilir. PT/n2=76,9:1,15=66,8 MPa, əzilmə təzyiqi isə (Əlavə 2-dən götürülür) PT=49,6 MPa olur.

Göründüyü kimi, buraxılma dərinliyi (şəkil 9.17) əsasən 2400 m dərinliyə qədər təmin edilir. İkinci seksiyanın uzunluğu ℓ2=3625-2400=1225 m, çəkisi Q2=ℓ2·q2=1225·0,649=795 kN.

Üçüncü seksiyanın boruları daxili təzyiqə görə seçilir. 2400 m-dən daxili təzyiq azaldığından üçüncü seksiya üçün olan borunu nisbətən möhkəmlik qrupu az olan borudan, yəni Л möhkəmlik qrupu, qalınlığı δ=14,2 mm və PT=74,3 MPa olan boru seçilir. Möhkəmlik əmsalını nəzərə alaraq Pdiz=PT/n2=74,3/1,15=64,6 MPa olur. Bu boruları 2000 m dərinliyə qədər buraxmaq olar. Üçüncü seksiyanın uzunluğu ℓ3=2400-2000=400 m, cəmi Q3=400·0,716=286,4 kH.Üç seksiyanın çəkisi Q1-3=1568,8 kH. İndi isə üçüncü seksiyanın yuxarı borusunun dartılmaya qarşı möhkəmlik əmsalını hesablayaq və həmin borunun yivlərinin kəsilmə təzyiqi Pk=3893 kH olduqda

n3=3893/1568,8=2,48

Dördüncü seksiya üçün möhkəmlik qrupu Л, qalınlığı δ=12,7 mm (PT=66,5 MPa), Pk=3442 kH; q=0,655 kN, Pdiz=PT/n2=57,8 MPa olur.

Bu boruıar 625 m dərinliyə qədər buraxılır. ℓ4=2000-625=1375 m, Q4=900,6 kN, ümumi çəki Q1-4=2469,4 kN olduğundan və Pyk=4305 kN belə halda

n3=4305/2469,4=1,74

Pyk – yiv kəsmə təzyiqi (Pst)

Beşinci seksiyanın uzunluğunu aşağıdakı düsturla tapırlar:

i=(Pyk/n3-Q)/qi

Pyk- yiv kəsən yük olub cədvəl 9.10-dan götürülür.

5=[(3805/1,45-2469,4)/0,655]=96 m

Q5=62,9 kH; ümumi çəki Q1-5=2532,3 kH.

Dartılmaya görə altıncı seksiyanın uzunluğunu tapaq. Bu seksiya üçün möhkəmlik qrupu L, δ=14,2 mm (Pyk=4305 kN), q=0,722 kN.

5=[(4305/1,45-2532,3)/0,722]=478 m

Q5=345,0 kH; ümumi çəki Q1-5=2877,3 kH.

Altıncı seksiya möhkəmlik qrupu M, δ=14,2 mm (Pyk=4981 kH , q=0,722 kH).

6=[(4981/1,45-2871,3)/0,722]=646 m

Göründüyü kimi, 4300 m dərinliyə qədər qoruyucu kəmərin buraxılması üçün ℓ6-nın uzunluğunu azaldaraq 530 m qəbul etmək lazımdır.

Daxili təzyiqə ehtiyat əmsalı beşinci və altıncı seksiyalar üçün n2 >1,15 təmin olunur.

Xarici izafi təzyiqə P’kr=Pkr(1-0,3 dartılmanı nəzərə alınmaqla, bütün seksiyalar üçün möhkəmlik ehtiyat əmsalı buraxıla bilən qiymətdən çoxdur.

Cədvəl 9.5

219 mm diametrli qoruyucu kəmərin quruluşu


Seksiyanın N-si

Boruların qalınlığıin mm

Möhkəmlik qrupu

Seksiyaların uzunluqları, m

Seksiyaların çəkisi, kN

1

14,2

L

675

487,4

2

12,7

M

1225

795,0

3

14,2

L

400

286,4

4

12,7

L

1375

900,6

5

14,2

L

478

345,0

6

14,2

M

530

382,7

Cəmi

4300

3197,1

Qeyd: hesabat aşağıdan yuxarı aparılmışdır.

Cədvəl 9.6




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə