Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-22. TAMPONAJ SEMENTLƏRI VƏ ONLARIN



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə29/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   25   26   27   28   29   30   31   32   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-22.
TAMPONAJ SEMENTLƏRI VƏ ONLARIN
HAZIRLANMASI TEXNOLOGIYASI
Tamponaj materiallarının istifadə məqsədləri aşağıdakılardır: 


1. Qazılan quyulara buraxılan qoruyucu kəmərlər arxası fəzanı
doldurmaq və keçiriciliyi olan bütün layları bir-birindən
ayırmaq;
2. Kəmər arxası fəza ilə maye və qazın bir laydan o biri laya və
ya atmosferə keçməsinin qarşısını almaq;
3.Qazıma məhlulu udula bilən çatları, kavernaları və başqa
kanalları doldurub bağlamaq;
4.Lay suları təsirindən qoruyucu kəmərlərin xarici səthində
əmələ gələn korroziyadan onları mühafizə etmək;
5.Tökülən süxurlardan ibarət quyu divarlarını müvəqqəti və ya
daimi sement körpüsü ilə bağlamaq;
6.Qoruyucu kəmərlərə daha çox dayanıqlıq vermək və s.
Qazımada işlədilən tamponaj portland sementləri karbonatlar ilə
silisium oksidi (kremnozem) – giltorpaq (qlinozem) torpağın
tərkibində olan alüminium oksidi) materiallarının süni qarışığın
1450-1480
0
S (bu temperaturda xam qarışığı yandırmağı 1844-cü
ildə nəticəyə gəlmişlər) temperaturda yandırılması nəticəsində
əmələ gələn mürəkkəb məhsuldur.
Neft və qaz quyularının sementlənməsində tamponaj portland
sementlərinin müxtəlif növləri işlədilir. MDB-də sementlər
ГОСТ-1581-85 standartına əsasən hazırlanır. 
Portland sementlərin tərkibi 60-65% əhəngdaşı, 19-21%
silisium-4oksid (SiO
4
), 7,5-10,5% gilli torpaq və dəmir
oksidlərindən, həmçinin bir sıra başqa qarışıqlardan ibarətdir.
Klinker
adlanan bu qarışığın yanıqları xüsusi dəyirmanda
üyüdülür. Alınan məhlul istər hava, istər su mühitində bərkimə
xüsusiyyətinə malikdir. Bu maddə 
tamponaj portland sementi
adlanır(portland-ingiliscə sement deməkdir).
Tamponaj portland sementlərinin tərkibi Alit, Belit və Tselit
minerallarının klinker materialları kompleksindən
ibarətidr.Portlandsement istehsalı üçün xam məhsulunu
qarışığının 75-78%-i əhəngdaşı (mel,balıqqulaği-
rakuşka,əhəngdaşı tufları,mərmər) və 22-25% gildən (gilli
slaneslərdən) ibarətdər.


Alit
- əsasən üç kalsium oksidli silikatdan (3CaOSiO
2
) ibarət
olub tərkibində 5-6% (3CaOAl
2
O
3
) - üç kalsium oksidli
alüminatın bərk məhlulu olur. 
Belit
– iki kalsium oksidli silikstdan (2CaOSiO
2
) modifikasi-
yasından ibarətdir. Belitin tərkibində az miqdarda dəmir oksidi
(Fe
2
O
3
) və titan (TiO
2
) olur.
Tselit
– aralıq maddə olub alit ilə belit kristalları arasındakı
məsafələri doldurur. Tselitin özü alüminat-ferrit kalsitdən
(4CaO∙ Al
2
O
3
∙ Fe
2
O
3
) ibarətdir. 
Sement klinkerləri (
klinker
-eyniölçülü məhsulun qayna-mağına
deyilir) qədər yandırılması nəticəsində alınan eynicinsli xam
qarışığa tərkibinin 95-96%-ni bu göstərilən əsas mineralların
cəmi təşkil edir. Əsas minerallardan başqa tamponaj klinkerində
az miqdarda sərbəst əhəng (CaO) də olur. Sement klinkerlərinin
mineraloji tərkibinin dəyişməsindən asılı olaraq portland
sementlərinin xassələri geniş miqyasda dəyişə bilər. Sementin
hazırlanması texnologiyası zavodlarda iki üsul ilə aparılır:
1.”Quru” üsul;
2.”Yaş” üsul.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə