Neft-qaz quyularinin tamamlanmasi


MÖVZU-20. QORUYUCU KƏMƏRLƏRIN AŞAĞI



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə26/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   22   23   24   25   26   27   28   29   ...   50
Quyularin tamamlanmasi leak by 1337

MÖVZU-20.
QORUYUCU KƏMƏRLƏRIN AŞAĞI
HISSƏSININ (QKAH) QURULUŞU
Qoruyucu kəməri layihə edilmiş dərinliyə endirməyi və habelə
quyunun keyfiyyətlə sementlənməsini təmin etmək üçün,
kəmərin aşağı hissəsi (şəkil4.19) elementlərlə təchiz edilir
Şəkil
4.19.
Onlar
aşağıdakı elementlərdən ibarətdir:
1.Yönəldici tıxac;
2.Bamaq;
3.Sementləmə boruçuğu;
4.Əks klapan; 
5.İstinad halqası.
Yönəldici tıxac sementdən və ya çuğundan hazırlanır. O,
kəmərin ən aşağısında (ucunda) başmağın altında yerləşdirilir.
Bu tıxacın vəzifəsi kəmər quyuya endirilərkən onu
yönəltməkdir. Texniki kəmərlərdə bu tıxac sonradan
qazılacaqdır. Odur ki, tıxacı sementdən, çüqundan və plastik
kütlədən hazırlamaq məsləhətdir. Başmaq uzunluğu 30-80sm və
qalınlığı 15-19mm olan polad halqadır. Başmaq kəmərin ən
aşağı borusuna bağlanır. Bunun vəzifəsi – kəmərin aşağı uzunun
mexaniki möhkəmliyini artırmaqdır.


Başmağın xarici diametri muftanın diametrinə bərabər olub,
yuxarı hissəsinə standart üzrə daxil yiv açılır. Aşağı uca xaricə
konusu yonulma verilir və içəridən yönəldici tıxac bağlamaq
üçün yiv açılır. 
Yönəldicinin aşağısında və yanlarında sement və qazıma
məhlulunun çıxması üçün dəliklər olur. Başmaq yönəldicisinin
işlədilməsilə qoruyucu kəməri endirdikdə başmağın ucu ilə quyu
divarı üzərindəki gil qabığının kəsilməsinin, quyu lüləsi üzrə
əyriliyin zenit və azimut bucaqlarının sərt dəyişən yerlərində
kəmərin dirənməsinin qarşısı alınır. КПНБ tipli yönəldici
başmaq tıxacı örtüyün yuxarısındakı daxili yiv ilə qoruyucu
kəmərə bağlanır. Örtüyün aşağısındakı halqavari girinti və
çıxıntılar oraya tökülmüş mərkəzi keçidli sement-beton tıxacı
saxlayır. Beton hissədən yuxarı, polad örtüyü üzərində altı ədəd
45
0
bucaq ilə toxunan istiqamətdə aşağıya yönəldilmiş dəliklər
açılmışdır. Belə dəliklərdən (əvvəlcədən zaqluşka ilə örtülü
olan) təzyiq altında çıxan məhlul quyu divarını siyirib
dağıtmadan turbulizasiyaya uğrayır. КПНБ tıxacları Ø140,146
və 168mm qoruyucu kəmərlər üçün buraxılır. Sementləmə
borucuğu, uzunluğu 1-3m olan yanlarında sementin kəmərdən
çıxması üçün xüsusi dəlikləri olan boru parçasıdır.
Bildiyimiz kimi, qoruyucu kəməri quyu dibinə oturduqda
əksəriyyət hallarda başmaq tıxacının keçid dəlikləri süxurla
örtülür. Ona görə də sement və qazıma məhlulunun xaric olması
üçün başmağın üstündə sementləmə borucuğu bağlanır. Boruya
dəlik xaricdən spiral üzrə həm də toxunan istiqamətdə
açılmalıdır ki, xaric olan məhlul halqavari fəzada bərabər
paylanmaqla kəmər üzrə tam axarlılıq əmələ gətirsin. Dəliklərin
ölçüsü və sayı elə götürülməlidir ki, onların ümumi sahəsi
kəmərin daxili keçid sahəsindən böyük və ya ona bərabər,eyni
zamanda dəliklərdən çıxan məhlulun sürəti 15-20m/san –dən
böyük olsun. 
Sementləmə borucuğunun üstündə xüsusi uzun qoruyucu boru
muftası qoyulur ki, bunun da içində əks klapan yerləşir. 


Dərin quyulara qoruyucu kəmərləri endidikdə: kəmərin
çəkisindən qarmağa düşən yükü azaltmaq, sementləmənin
sonunda sement məhlulunun halqavari fəzadan kəmərin içərisinə
daxil olmasının qarşısını almaq və daxili izafi təzyiqi azaltmaq
məqsədilə kəmərə başmaqdan 1,2-2m , bəzən də 9-12 m hündür-
lükdə, yəni bir boru uzunluğunda məsafədən əks klapan bağla-
yırlar. 
Əks klapan mayenin yalnız yuxarıdan aşağıya doğru keçməsinə
imkan verir. Əks klapanın sonradan qazılacağı nəzərə alınaraq
çuğundan hazırlanır.
Əks klapanın vəzifələri:
1) kəmər quyuya endirilərkən halqavari fəzada mayenin intensiv
dövranını təmin etmək (bunun dərin və daha dərin quyularda
əhəmiyəti çox böyükdür);
2) kəmər quyuya endiriləndə onun ağırlığını qismən
azaltmaqdır.
Aydındır ki, kəmərin ağırlığını azaltmaq üçün onun içərisində
müəyyən qədər boş yer saxlanmalıdır, əks klapan da buna imkan
verir. Qoruyucu kəmər quyuya əks klapanla endirildikdə, kəmər
istənilən səviyyəyə qədər yuxarıdan doldurulur.
Əks klapan sementləmə borucuğu xüsusi uzun muftası içinə
qoyulmazdan qabaq iş prosesində ona təsir edə biləcək təzyiqin
1,5 misli qədər təzyiqə yoxlanmalıdır. 
Qoruyucu kəməri əks klapan ilə endirdikdə halqavari fəzadakı
qazıma məhlulu orada qalan qazılmış süxur qırıntıları ilə
birlikdə intensiv olaraq çıxarılır.
Endirilən qoruyucu kəmər uzun olduqda, quyruq kəməri
buraxdıqda və ya seksiyalı qoruyucu kəmərin 1-ci seksiyasını
endirdikdə bir-birindən 8-12m aralı iki əks klapanın yerləşdiril-
məsi məsləhətdir.
Əks klapandan yuxarıda – bir və ya iki boru məsafədə (10-20m),
sementlənmənin sonunda tıxacların oturması üçün mufta
içərisində 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə