kənarlaşdırılmalı, müvafiq akt tərtib edilməlidir, orada zay boru-
ların sayı, uzunluğu və yararsızlıq səbəbləri göstərilməlidir.
Neft və qaz istehsalı üçün qazılan quyuların divarlarını
qoruyucu kəmərlərlə möhkəmləndirirlər. Qoruyucu kəmərləri
təşkil edən, bir-birilə yiv və qaynaq ilə birləşdirilən polad boru-
lara
qoruyucu borular
deyilir.
Təsir edən yüklərə qarşı qoruyucu
kəmərə uzunluğu boyu
bərabər müqavimətlilik vermək üçün qoruyucu boruları hər
diametr üçün müxtəlif qalınlıqlı (orta qiymətlə 3,5-12mm)
hazırlayırlar. Rusiyada qoruyucu borular əsas etibarilə ГОСТ
632-80 üzrə bütöv yayılmış istehsal kimi hazırlanır. Bu ГОСТ
-a əsasən boruların hər iki ucuna 8 saplı konuslu yiv açılır. Belə
hazırlanmış iki boru bir-birilə daxili konuslu yivi olan mufta
(bilərzik,qıfıl) ilə birləşdirilir.
Qoruyucu borular xarici diametri 114,3mm-dən 762mm və
daha artıq 900mm-ə qədər də müxtəlif qalınlıqlarda hazırlanır.
Boru divarı qalınlığının artırılması daxili diametrin uyğun
olaraq kiçildilməsi hesabına aparılır. Diametri 114,3mm-dən
244,5mm-ə qədər olan qoruyucu borular normal,
həm də
uzadılmış yivli buraxılır. Qoruyuvu borular üçün karbon
birləşməli və legirəedilmiş poladlardan istifadə edilir.
Zavodlarda hazırlanan qoruyucu borular ideal formalı dairəvi
silindrdən fərqlənir. Divarın qalınlığı və en kəsiyi borunun
uzunluğu üzrə həmişə bərabər olmur.
Xarici diametri 219mm-dən böyük olan adi qoruyucu borular
üçün ovallılıq e=0,02mm-dən və ya 2%-dən artıq olmamalıdır.
Yüksək dəqiqliklə hazırlanan borularda isə ovallıq 219mm-
dən, kiçik borular üçün 1,2% və böyük diametrli borular üçün
1,6% buraxıla bilər.
Borunun en kəsiyi üzrə ən böyük
və ən kiçik ölçülü xarici
diametrlərin fərqinin həmin diametrlərin cəminin yarısına olan
nisbətinə
ovallıq
deyilir. Əksəriyyət hallarda 146 və 168,3mm
borularda ovallıq 1,5%-dən yuxarı olmur. ГОСТ üzrə diametri
219mm və ondan az olan bütün borular, böyük diametrli isə
50%-i uclarına mufta bağlanıb möhkəmləndi-rildikdən sonra
hidravliki təzyiqlə sınaqdan keçirilir. Sınaq müddəti 10
saniyədən az olmamalıdır. Sınaq vaxtı borularda axma və ya
tərləmə müşahidə ediləsə, belə borular zay (brak) hesab ediıir.
Zavodda hər borunun bir ucuna hermetikləmə yağı sürtüb
dəzgahda mufta sarınır və sonra möhkəmləndirilir.
Borunun
sərbəst qalan ucuna isə mühafizə edən halqa bağlanır.
Zavoddan borular 300-500m uzunluq verən dəstələrlə buraxılır.
Hər dəstə boruların keyfiyyət, standart və texniki şərtləri
ödəməsi haqqında qeydlər olan sertifikatla təchiz edilir.
ГОСТ-a görə buraxılan bütün qoruyucu boruların uclarına yiv
açıldığı üçün en kəsiyi zəifləyir
və borunun həmin kəsikdə
dartıcı yükə qarşı müqaviməti, hamar yiv olmayan his-sədəki
kəsiyindən 30-45% azalır. Bu çatışmayan cəhəti nəzərə alaraq
bəzi zavodlar ucları xaricə qalınlaşdırılmış ТБО şifrli qoruyucu
borular istehsal edirlər.
ГОСТ-a görə də bir neçə tip qaynaq birləşmələrinə uyğun olan
borular hazırlanır. Bunlardan boruların bir ucunun
genişləndirilməsi ilə; mufta ilə qaynaq birləşməsi və
s.göstərmək olar.
Dostları ilə paylaş: