Şəkil 3.5. 7000m dərinlikdə olan çox dərin quyuların quruluşları
1975-ci ildən başlayaraq “yuxarı MANTİ-nin layihəsi” adlı
Beynəlxalq proqrama uyğun aparılan tədqiqatlar üzrə Rusiyada
Kola yarımadasında və Azərbaycanda Kür ətrafı düzlükləri
Saatlı sahəsində iki böyük dərinlikli kəşfiyyat quyusu qazılır. Bu
quyuların dərinliyi əvvəlcədən 1500m nəzərdə tutulmuşdur.
Həmin dərinliyə qədər Saatlı sahəsindəki geoloji kəsiliş fiziki-
mexaniki xassələrinə görə bir-birindən tamamilə fərqlənən iki
tip süxurlardan ibarətdir. Bunlardan biri yuxarı yarım hissə
7500-8000m dərinliyə qədər çökmə dağ süxurla-rından, aşağı
yarım hissədədki süxurlar
isə yer kürəsinin maqmatik
süxurlardan ibarət olmalıdır. Buna uyğun olaraq da Saatlı
quyusunun yuxarı və aşağı hissələrinin quyu quruluşuna olan
tələbatları da bir-birindən fərqlənməlidir. İlk baxışdan maqmatik
süxurlardan ibarət olan aşağı hissəni aralıq kəmərlər işlətmədən
qazımaq olar. Digər tərəfdən həmin hissəni qazıdıqda maqmatik
süxurlarda belə qazıma məhlulunun udulması fərz edilir.
Quyunun yuxarı hissəsinin qazılmasını geoloji kəsilişdəki
çətinliklərə qarşı quyu divarını uyğun aralıq kəmərlərlə
bağlayaraq aparmaq qəbul edilmişdir.
Beləliklə, Saatlı quyusunun quyu quruluşu layihələndirməsində
aşağıdakı şərtlər qəbul edilmişdir:
1.Sonuncu aralıq kəmərin diametri –
özündən süxuru bütöv
götürən sütuncuqlu baltanı və kiçik diametrli quyu dibi
mühərriklərini keçirə bilməlidir. Quyunun dərinləşdirilməsini
maqmatik süxurlarda davam
etdirmək üçün həmin kəmərin
diametri azı 219mm olmalıdır;
2.Quyunun çökmə süxurlardan ibarət yuxarı hissəsi gilli
məhlulla qazıldığı halda, aşağı maqmatik hissə su ilə qazıla
bilər;
3.Quyu layihə dərinliyinə çatdıqdan sonra istismar kəmərinin
buraxılmasına ehtiyac yoxdur.
Bu şərtlərə əsaslanaraq böyük dərinlikli Saatlı
quyusu üçün
1975-ci ildə yuxarı hissəsi üç və dörd kəmərdən ibarət bir neçə
quyu quruluşu variantı hazırlanmışdır. Qəbul edilən quyu
quruluşu:
Yönəldici konduktor Ø730mm-100m
I aralıq kəməri Ø508mm – 1500m
II aralıq kəməri Ø339,7mm – 3500
III aralıq kəməri Ø244,5mm – 7500m
25 noyabr 1981-ci ildə Azərbaycanda “Saatlı” quyusunda
7700m dərinlik fəth edilmişdir.
Dostları ilə paylaş: