Neft və karbohidrogen ehtiyatlarının hesablanması



Yüklə 115,43 Kb.
səhifə2/2
tarix23.12.2023
ölçüsü115,43 Kb.
#155299
1   2
Neft və karbohidrogen ehtiyatlarının hesablanması.

Qbal. = Fn∙ hef.∙ m ∙ kn ∙ ρn ∙ θ ,
burada
Qbal.neftin ilk balans ehtiyatları, t;
Fnneftlilik sahəsi, m2;
hef.layın neftlədoymuş effektiv qalınlığı, m;
m – açıq məsaməlik əmsalı, vahidin hissələrində;
kn – layın neftlədoyma əmsalı;
ρn – neftin standart şəraitdə sıxlığı, q/sm3 yaxud kq/m3;
θ – neftin həcm kiçilməsini nəzərə alan hesablanma əmsalı.
Neft və qazın ehtiyatlarının həcm üsulu ilə hesablanması üzrə təlimata əsasən aşağıdakılar təqdim olunmalıdır:

  1. Ayrılmış ehtiyatların kateqoriyalarının əsaslandırılması, hesablama planında onların sərhədlərinin göstərilməsi şərti ilə;

  2. Horizontun yaxud layın effektiv qalınlığı və onun məsaməliyi haqqında quyular üzrə və eləcə də hesablama üçün qəbul olunmuş ilk və orta kəmiyyətlərin alınması metodikası üzrə faktiki məlumatlar;

  3. Neft analizlərinin məlumatları, və eləcə də neftin yer üzünə çıxarıldıqda həcminin kiçilməsi və qaz amili haqqında məlumatlar;

  4. Horizontun rejimi, kollektorların növü və xassələri haqqında məlumatlar.

Hektar üsulu. Bu üsulu tətbiq etmək üçün tükənməkdə olan layın və ya yatağın qalınlığı 1 m olmaqla 1 hektar sahəsinə düşən neft hasilatını bilmək lazımdır. Geoloji cəhətdən oxşar göstəricili qonşu layların aşağı kateqoriyalar üzrə neft ehtiyatlarını hesabladıqda, bu məlumatlardan istifadə etmək olar. Tükənməkdə olan yatağın qalınlığı 1 m olmaqla 1 hektar sahədən çıxarılan ehtiyat aşağıdakı kimi hesablanır: q = Q/ F x H , burada :
q - qalınlıq 1 m olmaqla yatağın 1 hektar sahəsindən çıxarılan ehtiyat;
Q - yatağın istismarı zamanı çıxarılan neftin cəmi;
H - bütün işlənilmə obyektlərinin effektiv qalınlığı cəmi;
F - orta neftlilik sahəsidir (bütün layların sahəsinin orta ədədi qiyməti).
q - nun alınmış qiymətinə əsasən qonşu sahələrin ehtiyatları (aşağı kateqoriyalar üzrə - kateqoriya C3) həmin sahələrin neftlilik sahəsini (F1) və effektiv qalınlığını (H1) müəyyən etmək mümkün olduğu zaman hesablanır.
Çıxarılan ehtiyat (Qç ) aşağıdakı kimi tapılır: Qç= q x F1 x H1
Yüklə 115,43 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə