Neft və qaz ehtiyatlarının hesablanma üsulları



Yüklə 1,71 Mb.
səhifə7/19
tarix11.12.2023
ölçüsü1,71 Mb.
#146183
1   2   3   4   5   6   7   8   9   10   ...   19
Neft v qaz ehtiyatlar n n hesablanma sullar

Dəqiqlik dərəcəsi 5%
Sənaye B kateqoriyasına sahəsində qazıma işləri aparılmış fərdi yatağın mükəmməl öyrənilmiş, işlənməyə hazırlanmış hissəsinin çıxarıla bilən sənaye əhəmiyyətli ehtiyatları aid edilir.
Dəqiqlik dərəcəsi 10 %
Aşağı sənaye C1 kateqoriyasına aiddirlər:

  1. Daha yüksək ehtiyat (A,B) kateqoriyalarına malik sahələrlə yanaşı olan fərdi yatağın nisbətən qazıma işləri aparılmamış, sənaye əhəmiyyətli çıxarıla bilən ehtiyatlar;

  2. Geoloji-geofiziki tədqiqatlar üzrə müsbət səciyyələndirilən lakin kəmərdə sınanılmamış quyular sahəsində, əgər fərdi yatağın həmin hissəsində məhsuldar lay mövcuddursa;

  3. Işlənmədə yaxud kəşfiyyatda olan fərdi yatağın sınanılmamış quyusunun ətrafındakı A,B kateqoriya ehtiyatlarına malik sahələr ilə yanaşı olmayan sahənin ehtiyatı; bu şərtlə ki əldə olunan geoloji-geofiziki məlumat çox yüksək ehtimalla fərdi yatağın bu hissəsində açılmış layın sənaye məhsuldarlığı təsdiqlənsin.

Dəqiqlik dərəcəsi 25 %
C2 kateqoriyasına – qazımasız ehtimal olunan, iqtisadi cəhətdən əlverişli, çıxarıla bilən C1 ehtiyat kateqoriyasının və fərdi yatağın sərhədləri arasında yerləşən sahələrin ehtiyatları aiddir. Eləcə də, məhsuldarlığı sübut olunmamış laylarda, əgər onlar tranzit istismar quyularında mədən geofiziki məlumatlar əsasında öyrənilibsə, eləcə də, məhsuldarlığı müəyyən edilmiş fərdi yataqların qazılmamış tektonik blokları; bu şərtlə ki əldə olan məlumat məhsuldar layın davamlı olmasınıəsaslandırsın, ilkin geoloji modeli qurmağa və ehtiyatı hesablamağa kifayət olsun.
Dəqiqlik dərəcəsi 50%


  1. .Resursların kateqoriyaları. ****

Neft-qaz resursları və tərkiblərindəki komponentlər iqtisadi səmərəliliklərinə, sənaye mənimsəmə imkanlarına və istifadə edilə bilməsinə görə 2 qrupa bölünür: ayrı qiymətləndirmə və uçotu aparılması– rentabelli və qeyri-müəyyən rentabelli.
Rentabelli çıxarıla bilən resurslar 3 kateqoriyaya ayrılır:

  1. Lokal – D1;

  2. Perspektiv – D2;

  3. Proqnoz – D3.

C3 kateqoriyası perspektivli bir qaynaqdır. Neft və qaz bölgəsinin kənarında yerləşən və geoloji və geofiziki üsullarla konturlanmış və dərin qazma üçün hazırlanmış neft və qaz ehtiyatları, habelə bölgədə hələ kəşf olunmamış yataqlar. Burada məhsuldarlığı rayonun qonşu sahələri ilə müqayisə olunur.


D1 (lokal) rentabelli çıxarıla bilən resurslara məhsuldarlığı güman edilən qatlarda müəyyən edilmiş və qazımaya hazırlanmış neftli-qazlı rayon müəyyən olan və neft-qazlılığı kəşf edilmiş struktur fasial zonasında tələlərdəki ehtiyatlar aiddir. D1 kateqoriyasına həmçinin başqa yataqlarda məhsuldarlığı müəyyən edilmiş, lakin axtarış qazıması ilə açılmamış layların resursları da aiddir.
D2 (perspektiv) rentabelli çıxarıla bilən resurslara iri regional strukturların litoloji-stratiqrafik komplekslərinin və horizontallarının sənaye neft-qazlılığı sübut olunmuş ehtiyatları aiddir.
D3 (proqnoz) rentabelli çıxarıla bilən resurslara sənaye neft-qazlılığı hələ müəyyən edilməmiş iri regional strukturların litoloji-stratiqrafik komplekslərində qiymətləndirilən ehtiyatlar aiddir. Bu komplekslərin neft-qaz perspektivliyi geoloji, geofiziki, geokimyəvi tədqiqatların məlumatlarıəsasında proqnozlaşdırılır.

26.Neft ehtiyatlarının hesablanma üsulları. ****


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə