NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə11/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   7   8   9   10   11   12   13   14   ...   85

Bu da həmin xütbənin (qarışqa, çəyirtkə bu kimi) bir qism heyvanların yaradılışlarının qəribəlik və heyranediciliyinin vəsfinə dair bir hissəsidir
Əgər insanlar Allah-təalanın qüdrətinin əzəməti, nemət və bəxşişinin böyüklüyü barəsində fikirləşərək düşünsələr, (azğınlıqdan doğru) yola qayıdar və (qiyamətdəki) yandırıcı odun məşəqqət və çətinliklərindən qorxarlar (Allah Peyğəmbərin göstərişlərinə zidd davranmazlar). Amma qəlblər xəstə və gözlər kordur!1 Məgər yaratdığı kiçik heyvanın yaradılışını, eləcə də onun (bədən üzvlərinin) bir-birinə birləşmələrini necə möhkəm etməsinə, (bütün kiçikliyinə baxmayaraq,) onun üçün qulaq və göz yaratmasına və onu mütənasib sümük və dəri ilə bəzəməsinə baxmırlar?!

Göz ucu baxışla görünməyən və fikirləşməklə dərk edilməyən kiçik gövdəli və nazik bədənli qarışqaya baxın ki, öz yolunu necə gedir və ruzisini əldə etmək üçün necə tələsir. Dəni öz yuvasına daşıyır və onu (çətin gün üçün) anbarında hazır saxlayır. Yayda qış və (isti günlər) gələndə qayıtmaq (soyuq günlərin qayıtması) üçün dənləri toplayır. Allah onun ruzisinə zamindir və halına uyğun olaraq onun ruzi yolunu açıb. Nemət və bəxşişi çox olan Allah, ondan qafil deyil. Əvəz verən Allah onu məhrum və paysız qoymaz, hətta (bir şey bitməyən) quru daşın və ya (bir yerdən digər yerə aparılmayan) sərt daşın içində olsa belə! Əgər qarışqanın qida boruları, yuxarı və aşağısı, qarnında olan qabırğaları və başında olan göz və qulağı barəsində fikirləşsən, onun yaradılışından (Allahın onun yaradılışındakı hikmət tədbirindən) heyrətə gələrək onu vəsf etməkdə çətinliyə düşərsən. Buna görə də qarışqanı, yaradılışında heç bir yaradan şərik olmadan (yaradan) və heç bir qüdrətli kömək etmədən əl və ayaqları üzərində saxlayan, dirək və bədən üzvləri üzərində quran Allah (fikir düşüncəyə yerləşməkdən) çox-çox uca və üstündür. Əgər öz düşüncə yollarını qət edərək onun sonuna çatsan (bütün fikir düşüncələrini işə salsan), dəlil və sübut hər bir şeyin (digərindən) fərqlənməsində işlədilmiş dəqiqliyə və canlıların növbənöv olmalarının əhəmiyyətinə görə səni ancaq və ancaq bu nəticəyə gətirib çıxaracaq ki, qarışqanın yaradanı elə həmin xurma ağacının yaradanıdır.1 (Buna görə İmam əleyhis-salam buyurur:) Onun yaratdıqları arasında böyük-kiçik, ağır-yüngül və güclü-zəif yoxdur və onların hamısı (Onun kamil qüdrəti müqabilində) bərabərdirlər. (Buna görə belə güman etmə ki, bu kiçik olduğu üçün çətin, digəri isə yük olduğu üçün asandır.) Həmçinin (Onun qüdrəti müqabilində) göy, hava, külək və su (bunların hər birinin yaradılması) da bərabərdir. Həmçinin günəş, ay, bitki, ağac, su və daşa, gecə ilə gündüzün dolanmasına (bir birini əvəz etməsinə), dənizlərin axmasına, dağların çoxluğuna, qüllələrin uzunluğu və dillərin müxtəlifliyinə baxın.2 Buna görə də yaradanı inkar edənin və nizama salana inanmayanın vay halına! Belə güman edirlər ki, onlar, (səhra dağlarda özbaşına bitən ) əkəni, toxum səpəni olmayan bitki kimidirlər və onların müxtəlif surətlərini yaradan olmayıb. Onlar, barəsində iddia etdikləri şeydə dəlil və sübuta malik deyildirlər və əzbərləyərək inandıqları şeydə araşdırma və yəqinləri yoxdur. (Bəlkə onların iddiaları yalnız məğrurluq güman əsasındadır.) Məgər bənnası olmamış bina və ya canisi olmayan cinayət var? (Hər bir işin onu görmüş amilə möhtac olması zəruri aşkar bir məsələdir ki, onu inkar etmək səhv batil bir düşüncədir onu inkar edən kəs nadan azğındır.)

İstəyirsənsə (qarışqa kimi) çəyirtkədən danış (onun yaradılışının heyranediciliyində fikrə dalaraq düşün) ki, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, onun üçün iki qırmızı göz yaradıb, (ay kimi) iki parıltılı bəbək işıldadıb. Ona gizli (gözlə görünməyən) qulaq qoyub və münasib ağız açıb. Onun üçün (yaşayış yolu öz xeyir-ziyanını bildiyi) güclü hissiyyat yaradıb və həmçinin vasitəsi ilə (bitkini) kəsib ayırdığı iki diş (verib). Həmçinin oraq (kimi iki ayaq verib) ki, onunla qaçır. Əkinçilər əkinlərinə görə ondan qorxurlar və hətta söz qoyub birləşsələr belə, onun qarşısını ala bilməzlər. Nəhayət, uçub əkinlərə gələrək onda istədiyini edər, halbuki onun bütün gövdə və bədəni nazik bir barmaq ölçüsündədir. Buna görə də (dərk edilməkdən) pak və uzaqdır o Allah ki, göylər və yerdə olanlar (mələklər Allaha itaət edənlər) ixtiyar və çarəsizliklə (rahatlıq çətinlikdə) Ona səcdə edirlər, üzlərini torpağa sürtürlər (itaətkarlıq zəifliklərini bildirirlər), məcburiyyət və zəiflik üzündən itaət edərək hökmünə tabe olurlar və qorxu üzündən cilovlarını Onun əlinə verirlər. Quşlar Onun əmr və fərmanının ixtiyarındadırlar. O, onların tüklərinin və nəfəslərinin sayını bilir. Onların əl və ayaqlarını su və quruda möhkəmlədib (bəzilərini dəniz, bəzilərini isə səhra sakini edib). Ruzilərini müəyyənləşdirib və onların növlərindən xəbərdardır: bu qarğa, bu qartal, bu göyərçin və bu dəvəquşudur. Hər bir quşu adı ilə çağırıb (hikmət məsləhətə uyğun yaradıb) və ruzisinə zəmanət verib. (Yağışı olan) ağır buludu yaradıb, yağışını axıdıb, hər bir yerin ondan olan payını müəyyənləşdirib, yerə quruluqdan sonra su verib və quraqlıqdan sonra onda bitki bitirib.
228- ci xütbə
İmam Əli əleyhis-salamın tovhid barəsindəki xütbələrindəndir. Bu xütbə özündə elmin (Allahı tanımaq elminin) digər xütbələrin toplamadığı əsas və qaydalarını toplayıb:

Onun üçün keyfiyyət və necəlik (zata əlavə edilən sifətlər) müəyyənləşdirən kəs Onu tək bilmir. Onun üçün misil və bənzər (şərik) güman edən kəs Onun həqiqətinə çatmayıb (Onu tanımayıb). Onu (bir şeyə) oxşadan kəs Onu nəzərdə tutmayıb. Ona işarə edən və Onu xəyala gətirən kəs Onu istəməyib.1 Öz zatı ilə tanınan şey (həqiqət zatı tanınmış, dərk edilmiş şey) yaradılmış və məxluqdur.2 Özündən başqası ilə var olan hər bir şey nəticədir.3 O, faildir, (işləri görəndir) amma alət və vasitələrdən istifadə etmədən! (Çünki alət vasitələrə möhtac olmaq mümkün varlığın sifətlərindəndir. Ruzi, əcəl bu kimi şeyləri) təyin edəndir, amma fikir və düşüncə işlətmədən. (Çünki Allah düşüncəyə möhtac olmaqdan pak uzaqdır.) Ehtiyacsızdır, amma başqasından bəhrələnməklə yox. (Varlıların ehtiyacsızlıqları başqalarından bəhrələnmək vasitəsi ilədir. Allah-təala isə bundan pak uzaqdır. Çünki o, naqislik möhtaclığın zəruri nəticələrindəndir.) Zaman və vaxtlar onunla yoldaş deyildirlər.4 Alət və vasitələr Ona yardım etmirlər. (Çünki alətləri O yaradıb hər bir kömək yardımdan ehtiyacsızdır.) Onun mövcudluğu zamanlardan, varlığı yoxluqdan və əzəlilik və əbədiliyi başlanğıcdan qabaqdır. (Çünki hər bir şey Onda sona çatır, O Özü isə sonsuzdur.) Onun hiss və idrak qüvvələrini yaratması ilə Onu dərk etmə vasitəsinin olmaması məlum olur. Əşyalar arasında ziddiyyət və ixtilaf yaratması ilə Onun zidd və müxalifinin olmaması bilinir. Onun əşyalar arasında tay və yoldaş təyin etməsi ilə Onun tay və yoldaşının olmaması başa düşülür. (Çünki hiss, zidd tayları yaradan Odur.) İşıqlıqla qaranlığı, aşkarla gizlini (ağla qaranı), quru ilə yaşı və isti ilə soyuğu bir-birinə zidd edib. (Müxtəlif ünsürlər kimi) bir-birindən ayrı və uzaq olan zidd şeyləri birləşdirəndir; (ruh ilə bədən kimi) bir-birlərindən ayrı olanları tay və yoldaş edəndir; (qəlbləri müxtəlif istəkləri bir-birinə qovuşdurmaq kimi) bir-birindən uzaq olanları yaxınlaşdırandır və bir-birinə yaxın olanları bir-birindən ayırandır (ölüm ilə ruhla bədən arasında ayrılıq salmaq kimi). Heç bir hədd ilə məhdud deyil (çünki məhdudluq vacib varlığa deyil, mümkün varlığa aiddir), ədəd və say ilə sayılmaz (çünki O, onun üçün ikinci fərz edilməyən həqiqi təkdir). Alətlər özlərini (mümkün varlıqları) məhdudlaşdırırlar və vasitələr öz bənzərlərinə işarə edirlər. (Çünki Allah cisim deyil ki, məhdudlaşsın Ona işarə edilsin.) (Ərəb dilində zamanın başlanğıcını bildirən) «مُنْذُ» munzu») kəlməsi alət və vasitələrin qədim olmalarına mane olub.1 Həmçinin (keçmiş zaman felinin əvvəlinə gələndə keçmiş zamanı indiki zamana yaxınlaşdıran, gələcək zaman felinin əvvəlinə gələndə isə azaldan) «قَدْ» qəd») kəlməsi əzəlilik və əbədiliyin qarşısını alıb.2 Eləcə də (ikinci cümlədəki inkarı birinci cümləyə birləşdirmək üçün olan) «لَوْ لا » lau la») kəlməsi kamil olmaqdan uzaqlaşdırıb.1 Həmin alət və vasitələrlə onların yaradanı ağıllara aşkar olub (ağıllar tərəfindən tanınıb). Həmçinin onlarla, gözlərlə görünməkdən imtina edib.2 Durğunluq və hərəkət Ona şamil olmur. (Onun barəsində «hardasa qalıb» ya «bir yerə gedib» demək olmaz.) Onun (məxluqatda) qoyduğu şey Onun Özünə necə cari olsun, yaratdığı şey Onun Özündə necə yaransın və icad etdiyi şey Onda necə icad olsun ki, belə olsa (fərzən durğunluq hərəkət Onda cari olsa) zatı (artıqlıq nöqsanla, yəni, hərəkət durğunluqla) dəyişər və mahiyyəti parçalanar.3 Həmçinin həmin surətdə Onun həqiqəti əzəlilik və əbədilikdən imtina edər. (Çünki hər bir cisim hadisdir, sonradan yaranmadır.) Əgər (hərəkət durğunluqda) Onun üçün ön və qabaq tapılsa, arxa da olacaq. (Onda O, başlanğıc olmayacaq, halbuki vacib varlıq başlanğıcların başlanğıcıdır.) Əgər naqisliklə yoldaş olsa, kamilləşmək istəyəcək (halbuki vacib varlığın kamilləşmək istəməsi qeyri-mümkündür). Bu vaxt - (yəni, əgər Onda hərəkət durğunluq olmuş olsa) hər bir şey Onun varlığının dəlili olduqdan, imtina və qeyri-mümkünlük dəlili ilə Onun, Ondan başqasına (mümkün varlıqlara) təsir edən şeyin təsirindən uzaq olması məlum olduqdan sonra, Onda məxluq olmaq nişanəsi aşkar olacaq və O, (digər yaranmışlar kimi) yaradanın varlığına dəlil olacaq.

O Allah ki, haldan hala düşmür (dəyişmir), zavala uğramır4 və qayib və gizli olması rəva deyil.5 Doğmayıb ki, doğulmuş (başqasının nəticəsi) olsun (çünki doğan, mürəkkəb başqasının nəticəsidir); doğulmayıb ki, məhdud olsun (çünki hər bir doğulmuş şey hadisdir onun varlığı ata-anaya qayıdır, onlara bağlıdır). Onun zatı övladları olmaqdan uca və qadınlarla yaxınlıq etməkdən pak və uzaqdır. (Çünki övladı olmaq qadından ləzzət almaq məxluq yaranmışın xüsusiyyətlərindəndir.) Xəyal və düşüncələr Ona çatmaz ki, (fikirdə) Onu məhdud və mövcud etsinlər; dərk və qavrama itiliyi Onu fikrə gətirməz ki, təsəvvür etsin (bir şəkil formaya salsın); hisslər Onu dərk etməz ki, Onu hissi varlıq etsin; əllər ona toxunmaz ki, Ona çatsınlar. O, bir hala dəyişmir və halların birindən digərinə keçmir. (Çünki dəyişmək keçmək cismin xüsusiyyətlərindəndir.) Gecə və gündüzlər Onu köhnəltmir, qocaltmır. Aydınlıq və qaranlıq dəyişmir Onu! Hissələrdən heç biri, bədən və üzvlər, artırma xassələrdən heç biri, başqasının Onunla olması və heç bir hissə ilə vəsf edilməz.1 Həmçinin Onun barəsində «hədd və sonu var; bitdi və tükəndi; şeylər, yuxarı qaldırmaq, yaxud endirmək üçün Onu əhatə edirlər; bir tərəfdən digər tərəfə aparmaq və ya düz saxlamaq üçün bir şey Onu götürdü» deyilməz. Əşyalara daxil olmayıb və onlardan xaric də deyil (bəlkə hər şeyi əhatə edib hər şeyi biləndir). Xəbər verir, amma dil və dilçəklər vasitəsi ilə yox; eşidir, amma dəliklərlə (qulağın deşikləri ilə) və alətlərlə (eşitmə alətləri ilə) yox; danışır, amma kəlmələrlə yox; (hamının söz əməllərini) əzbər bilir, amma hafizə qüvvəsi vasitəsi ilə yox ( ya hər bir şeyi qoruyur, amma Özünün başqası tərəfindən qorunmağa ehtiyacı yoxdur); istəyir, amma düşünmədən; sevir və şad olur, amma riqqətə gəlmək və mehribançılıq səbəbindən yox; nifrət bəsləyir və qəzəblənir, amma məşəqqət və çətinliyə görə yox (bəlkə məhəbbət razılığı müvəffəqiyyət rəhmət, nifrət qəzəbi isə rəhmətindən uzaq düşməkdir). Olmasını istədiyi hər bir şeyə «ol!» deyir və o, mövcud olur. (Bu söz)(qulaqlara) daxil olan səs vasitəsi ilədir, nə də eşidilən harayla. Allahın kəlamı Onun yaratdığı işindən başqa bir şey deyil. Onun bənzəri bundan qabaq mövcud olmayıb (bəlkə yenidir) və əgər qədim olsaydı, mütləq ikinci allah ( vacibəl-vücud) olardı ( bu qeyri mümkündür).

(Allah-təala barəsində) «yoxluqdan sonra var oldu» deyilməz. (Çünki Onun vücudunun vaxtsa olmaması olmayıb. O, qədim əzəlidir. Əgər elə deyilərsə) onda yeni yaranmışların sifətləri Ona şamil olar, Onunla yeni yaranmışlar arasında (seçilmə üstünlüyə səbəb olan) bir fərq qalmaz və Onun onlardan heç bir məziyyət və üstünlüyü olmaz. Beləliklə, yaradanla yaradılmış bərabər və vücuda gətirənlə vücuda gətirilən yeksan olar. O, məxluqatı başqasından qalmış nümunəsiz yaratdı və onları yaratmaq üçün yaratdıqlarının heç birindən kömək istəmədi. Yeri yaratdı və onu (ona) məşğul olmadan (Öz kamil qüdrəti ilə) saxladı. Onu sakitlik olmayan yer (dalğalanan su) üzərində möhkəmləndirdi. Yeri dirəklərsiz dikəltdi, sütunlarsız ucaltdı, əyilməkdən qorudu və düşmək və yarılmaqdan saxladı. Onun mıxlarını möhkəmləndirdi, sədlərini (dağlarını) basdırdı, çeşmələrini axıtdı və çaylarını yardı. Beləliklə, tikdiyi süstləşməyib və qüvvətləndirdiyi zəifləməyib. Öz səltənət və böyüklüyü (qüdrət bacarığı) ilə yerə ( onda olanlara) hakim olan Odur. Odur Öz elm və biliyi ilə onun necəliyini bilən. Böyüklük və izzəti ilə onun hər şeyindən üstündür. İstədiyi heç bir şey Onu aciz qoya bilməz, Ondan boyun qaçıra bilməz və nəhayət, ona qalib gələr. Onların tələsəni Ondan qaça bilməz ki, Ondan qabağa keçsin, qabaqlasın Onu. Dövlətli və varlıya möhtac deyil ki, Ona pay versin. Hər bir şey Ona təvazökar və Onun əzəmət və böyüklüyü qarşısında xar və həqirdir. Onun xeyir və ziyanından (bəxşiş cəzalarından) yayınmaq üçün səltənət və padşahlığından digər bir yerə qaçmaq gücləri yoxdur. Onun tay və bərabəri olmaq üçün bir bənzəri yoxdur.1 Əşyaları varlıqlarından sonra vücudları yox olana kimi məhv edən Odur. (Həmin şeylər elə yox edilirlər ki, sanki heç əvvəldən olmayıblar.) Dünyanın yaradıldıqdan sonra yox olması, onu icad etmək və yaratmaqdan daha təəccüblü ( ağır) deyil. Necə də təəccüblü olsun, axı əgər dünyanın bütün canlıları: quşlar, dördayaqlılar, axşamüstü öz tövlələrinə qayıdanlar, səhrada otlayanlar və onların müxtəlif növləri, qanmaz və kütbeyinlər və onların zirəkləri bir yerə toplaşsalar, bir ağcaqanadı yaratmağa gücləri çatmaz, onu yaratmaq yollarının necə olmasını dərk edə bilməz, ağıl və düşüncələri onu bilməkdə mat-məəttəl qalar və gücləri aciz və süst olar. Məğlub olmalarını bildikləri, onu yaratmaqda aciz qalmalarını iqrar və onu yox etməyə qadir olmamalarını etiraf etdikləri halda, əldən-ayaqdan düşmüş və yorğun vəziyyətdə qayıdarlar.1 Naqisliklərdən pak və uzaq olan Allah dünya məhv olandan sonra (qiyamətdən qabaq) tək qalar və onu yaratmamışdan öncə olduğu kimi Onunla birgə heç nə olmaz. Həmçinin onun yoxluğundan sonra vaxt, məkan, an və zamansız olar.2 Dünyanın yox olması ilə müddətlər, vaxtlar, illər və saatlar da yox olarlar. (Çünki onların hamısı fələyin yox olması ilə yox olan zamanın hissələridir.) Beləliklə, (hər şeyə) qalib, tək və bütün işlərin qayıdışı Ona tərəf olan Allahdan başqa bir şey olmayacaq.3 Yaradılışın əvvəlində məxluqat qüdrət və ixtiyara malik deyildi. Onların fanilik və yox olmaları da hər cür imtinasız və boyun qaçırmasız olacaqdır. Əgər onlar imtina edə bilsəydilər, həmişəlik qalardılar.1 Yaradılış zamanı məxluqatın heç birini yaratmaq Ona çətin deyildi və vücuda gətirib yaratdıqlarını yaratmaq Onu yorub əldən salmadı. (Çünki işin çətin gəlməsi yorğunluq cismin xüsusiyyətlərindəndir.) O, yaratdıqlarını Öz səltənətini möhkəmləndirmək, yox olmaq və azalmaqdan qorxduğu, (Ondan) qabağa düşə biləcək bənzərinə qarşı onlardan kömək istəmək, (Ona) hücum edə biləcək düşməndən uzaq olmaq, padşahlığını uzatmaq, hansısa bir şərik Onunla şərikliyində qalib gəldiyi və fəxr etdiyi, qorxu və vahimədə olub onlarla ünsiyyət qurmaq istəyi üçün var etməyib. Beləliklə, varlıqları yaratdıqdan sonra (qiyamətdən qabaq) məhv edəcək, amma onların bir haldan digər hala düşmələri və onların işlərini idarə etmək nəticəsində darıxaraq təngə gəldiyi, rahatlıq və dincliyə çatmaq və onlardan nəsə Ona ağır gəldiyi üçün yox. Onların ömürlərinin uzunluğu Onu bezikdirməyib ki, nəticədə Onu, onları tezliklə yox etməyə vadar etsin. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah varlıqların nizamını lütf və mərhəməti ilə bərqərar edib, onları Öz əmr və fərmanı ilə (dağılmaqdan) saxlayıb və qüdrəti ilə möhkəmləndirib. Sonra onları məhv olduqdan sonra onlara ehtiyacı olmadan və onların heç birindən kömək almadan qaytaracaq, amma bu, vahiməli və qorxulu vəziyyətdən ünsiyyət halına qayıtmağa, nadanlıq, korluq və azğınlıqdan elm və istəyə, yoxsulluq və ehtiyaclılıqdan varlılıq və ehtiyacsızlığa və həqirlik və zəiflikdən izzətlilik və qüdrətliliyə dönməyə görə deyil.2
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə