NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə27/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   23   24   25   26   27   28   29   30   ...   85

37-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə məktublarındandır (ki, onda Müaviyəni məzəmmət edir Osmana kömək edilməməsində onu günahlandırır).

Allaha həmd-səna edərək Onu hər bir eyb və nöqsandan pak bilirəm. (Əcəba) sənin haqqı zay etmək və etimad olunan şeyləri–Allahın bəyəndiyi və bəndələrinin dəlili olan həqiqətləri kənara atmaq nəticəsindəki şəhvətpərəstliyin, yeni nəfsi istəklərin və tabe olduğun çaşqınlıqlar nə qədər də çoxdur.1 Osman və onun qatilləri barəsində çox danışaraq çərənləməyinə ( onu məzlum kimi qələmə verməyinə) gəldikdə (bilməlisən ki): (sənin onun qisasını tələb etməyin yersizdir. Çünki) sən Osmana öz xeyirinə olan zaman kömək etdin. Onun xeyrinə olan zaman isə yardım etmədin.2 Salama layiq kimsəyə salam olsun.



38-ci məktub
İmam Əli əleyhis-salamın (Malik) Əştəri Misir əhalisinə vali təyin edəndə onlara yazdığı məktublarındandır. (İmam əleyhis-salam onları tərifləyərək onlara Malik Əştərə tabe olmağı əmr edib. O Həzrət əleyhis-salam Malik Əştəri Məhəmməd ibn Əbu Bəkrin yerinə Misirə göndərəndə oranın əhalisi iki dəstəyə bölünmüşdü. Onların bir hissəsi Osman Müaviyənin tərəfdarı idilər Məhəmmədlə müxalifət edirdilər. Əksəriyyət təşkil edən digər hissə isə Əmirəl-mömininin Osmanın öldürülməsi istiqamətində səy etmiş dostları idilər. İmam əleyhis-salamın məktubu onlara xitab müraciətdir.)

Bu, Allahın bəndəsi Əmirəl-möminin Əlinin Allahın (yaratdığı) yer üzündə günah və itaətsizlik ediləndə, Onun haqqı tapdananda (əmr fərmanlarına əməl edilməyəndə), beləliklə də, zülm həm yaxşı, həm də pis iş görənin, həm məskunlaşan, həm də səfərdə olanın başı üzərinə kölgə salanda, (xalq Allah Peyğəmbərin buyuruqlarının əksinə hərəkət edəndə nəticədə) sığınılaraq asudəlik və rahatçılıq əldə edilən yaxşı və bəyənilən bir iş tapılmayanda və heç bir pis və çirkin işin qarşısı alınmayan zamanda (yaxşılıqlar tərk edilərək pis işlərin yayıldığı Osmanın zamanında) Allaha xatir qəzəblənən tayfa və dəstəyə məktubudur.1



Beləliklə, Allah bəndələrindən elə birisini sizin yanınıza göndərdim ki, o, qorxulu günlərdə yuxuya getməz, qorxulu və vahiməli anlarda düşmən qabağından qorxub geri çəkilməz. O, (haqdan üz döndərərək azğınlığa düşmüş) pis əməl sahiblərinə qarşı odun yandırmasından da şiddətli və kəskindir. (O, düşmənləri əldən salan bir qəhrəmandır.) O, Məzhicdən (Məzhic qəbilə tayfasından) olan Malik ibn Harisdir.2 Buna görə də onun sözlərinə qulaq asın və haqqa uyğun əmr və göstərişlərinə tabe olun. Çünki o, Allahın itiliyi korlaşmayan və zərbəsi təsirsiz qalmayan (vurulduğu yeri kəsən) qılınclarındandır. Buna görə də əgər o sizə (düşmənə tərəf) getməyi əmr etsə yola düşüb gedin. Əgər əmr etsə ki, getməyin, siz də getməyərək durun. Çünki o (heç bir işdə) mənim əmrim olmadan nə qabağa düşər, nə də arxaya çəkilər, nə üz döndərər və nə də irəli gedər. Mən onun sizin xeyrinizi istəməsi və düşmənə vurduğu cilovun möhkəm olması səbəbindən, onun barəsində sizi özümdən üstün tutdum. (Ona ehtiyacımın olmasına baxmayaraq, onu sizin yanınıza göndərdim. O, düşmənə əldən salan cilov vurur.)
39-cu məktub
İmam Əli əleyhis-salamın Əmr ibn Asa məktublarındandır (ki, onda onu azğınlığına Müaviyəyə tabe olduğuna görə məzəmmət edir).

(Düz yolda olan nicat tapmışlara salamdan) sonra (bil ki): Sən öz dinini azğınlığı aşkar olan və pərdəsi yırtılmış bir kəsin (Müaviyənin) dünyasına tabe etmisən.1 O öz məclisində hörmətli şəxsi nöqsanlı və başıaşağı edir və ünsiyyətdə olmaqla alimi nadan edir.2 İndi sən də (bir loxma yemək tamahı ilə) aslanın dalınca düşüb pəncələrinə baxaraq ovunun artığını ona atmasını gözləyən it kimi belə bir adamın dalınca gedir və ondan bəxşiş istəyibsən. Buna görə də həm dünyanı, həm də axirətini bada vermisən (dünyada özünü rüsvay etmisən, axirətdə ilahi əzaba düçar olacaqsan)! Əgər haqdan yapışsaydın (bizə üz tutsaydın dünya axirətdən) istədiyini tapardın. İndi (ki, haqdan üz çevirib azğınlığa düşmüsən), əgər Allah mənə səni və Əbu Süfyanın oğlunu ələ keçirmək imkanı versə sizi cəzalandıracağam. Amma əgər məni acizləşdirib (məndən sonra) qalsanız (bilin ki,) qarşınızda olan (ilahi əzab cəza) sizin üçün daha pisdir.3 Salama layiq kimsəyə salam olsun.
40-cı məktub
İmam Əli əleyhis-salamın məmurlarından birinə yazdığı məktublarındandır (ki, onda onu əyriliyinə görə məzəmmət edib hesabat verməsini tələb edib).

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mənə səndən bir iş barəsində xəbər çatıb ki, əgər onu etmisənsə Rəbbini qəzəbə gətirmiş, imamına qarşı itaətsizlik etmiş və əmanətini xar etmisən. (Öz işində xəyanət etmisən artıq, hakimlik ləyaqətini itirmisən.)



Mənə (xəbər) çatıb ki, sən yeri silib-süpürmüsən. (Ağac əkinəcəklərin məhsullarını özün üçün götürmüsən rəiyyətə bir şey verməmisən.) Sonra ayaqlarının altında olan hər bir şeyi götürmüsən və əllərində olanı yemisən. (Beytülmalın mallarını götürüb özün üçün yığmısan.) İndi öz (mədaxil məxaricinin) hesabını mənə göndər və bil ki, Allahın (qiyamət günündəki) hesabatı xalqın hesab-kitabından daha böyükdür.1 Salama layiq kimsəyə salam olsun!
41-ci məktub
İmam Əli əleyhis-salamın öz məmurlarından birinə olan məktublarındandır (ki, onda onu əhdini pozduğu beytülmalı yediyi üçün məzəmmət edib).2

Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: Mən səni öz əmanətimə (rəiyyətə hakimlik onların bu dünya axirət işlərinin islah edilməsinə) şərik və ortaq etdim. Səni köynəyim və paltarımın astarı (kimi) etdim. (Səni həmişə özümə ən yaxın önəmli şəxs hesab edirdim.) Qohumlarımdan heç kəs əmanətin (beytülmala aid malların) mənə çatdırılmasında ahəngdarlıq və kömək etməkdə səndən etibarlı və sadiq deyildi. Bəs sən də dövranın əmin oğlunun əleyhinə olmasını, düşmənin ona hiddətlənməsini, xalqın əmanətinin (əhd-peymanlarının) məhv olmasını və bu ümmətin (qan tökmək zülm etməyə) cürətlənərək dağılışmalarını görən kimi qalxanın arxasını çevirdin əmin oğluna (ona tabe olmaqdan əl götürdün)! Uzaqlaşanlarla birlikdə ondan uzaqlaşdın. Kömək etməyənlərlə əlbir olub ona kömək etmədin. Xəyanət edənlərə qoşulub ona xəyanət etdin. Beləliklə, nə əmin oğlu ilə yoldaşlıq etdin, nə də əmanəti əda etdin. Sanki sənin (din yolunda) çalışmağın Allaha görə deyildi. Elə bil ki, sən Rəbbindən (iman gətirmək üçün) dəlil və sübuta malik deyildin. (İmanı süst olanlar kimi Allahı tanımayaraq Ona laqeydcəsinə yanaşanlar kimi.) Sanki sən bu camaata qarşı hiylə və kələk işlədir və onları var-dövlət məsələsində aldatmaq istəyirdin. (Xülasə, sənin din imanını üzə çıxarmaqdan məqsədin camaatı aldadaraq onların var-dövlərini oğurlamaq idi.) Xalqa xəyanət etməyin səni gücləndirdiyi üçün tez hücum edərək cəld tərpəndin və iti canavarın əldən düşmüş keçini oğurlaması kimi, onların dul qadın və yetimləri üçün yığdıqları var-dövlətlərindən əlinə düşəni oğurladın. Sonra həmin malı ürək genişliyi ilə (sevinc şadlıqla), onu oğurlamağın günahından qorxub çəkinmədən Hicaza (Məkkəyə, yaxud da Mədinəyə) apardın. «Sənin kimi atadan heç olmaz!» (Vay olsun sənə!) Elə bil ki, sən ata-anandan (qalmış) miras payını (götürüb) ailənin yanına gətirmisən (beytülmalı ata-ananın mirası güman edibsən). Allaha həmdü-səna edib Onu hər bir eyb və nöqsandan pak və uzaq bilirəm. (Əcəba,) sənin məada və Allahın hüzuruna qayıdışa imanın yoxdur, yoxsa ki, (axirətdəki) hesab və sorğu-sualın dəqiqliyindən qorxmursan? Ey bizim yanımızda əvvəllər ağıllılardan sayılan, (o malı) yeyib-içməyi necə düzgün və doğru hesab edirsən, halbuki haram yeyib-içdiyini bilirsən? Allahın bu malları onlar üçün müəyyənləşdirdiyi və bu şəhərləri (düşmənlərdən) vasitələri ilə qoruduğu yetimlər, yoxsullar, möminlər və mücahidlərin malları ilə kənizlər alır və arvadlarla nigah bağlayırsan?! Bütün bunlara görə Allahdan qorx və bu dəstənin mallarını özünə qaytar. Əgər bu işi görməsən və Allah mənə əlimin sənə çatması imkanını versə, Allah yanında sənin barəndə (səni cəzalandırmaq barəsində) dəlil gətirər və səni həmin o qılıncımla vuraram ki, onunla vurduğum kimsə ancaq və ancaq oda (cəhənnəmə) daxil olub. Allaha and olsun ki, əgər sənin etdiklərini Həsənlə Hüseyn (əleyhiməs-salam) etsəydi, onlarla barışmazdım və onlardan haqqı tələb edib zülm ilə əldə edilmiş batili uzaqlaşdırmayınca onlar məndən olan heç bir istəklərinə çatmazdılar. Aləmlərin Rəbbi olan Allaha and olsun ki, sənin onların mallarından götürdüklərin mənim üçün halal olsaydı da, onu özümdən sonra irs qoymağım məni sevindirməzdi. Buna görə də «dəvəni səhər tezdən yavaş otar!»1 ki, deyəsən axirətə (ölümə) çatmısan, torpaq altında gizlədilmisən; zülmkarın (əldən verdikləri üçün) qəm-qüssəsi səbəbindən fəryad qopardığı və (başqalarının haqqını) zay edənin (dünyaya) qayıtmağı arzuladığı yerdə əməlin sənə göstərilib, halbuki həmin zaman (ilahi əzabdan) qaçmaq vaxtı deyil.
42-ci məktub
İmam Əli əleyhis-salamın Ömər ibn Əbi Sələmə Məxzumiyə olan məktublarındandır. O, İmam tərəfindən Bəhreynin hakimi olub və o Həzrət, Məxzumini öz vəzifəsindən kənarlaşdıraraq yerinə Nö’man ibn Əclan Zurəqini təyin edib. (İmam əleyhis-salam bu məktubda Öməri tərifləyib onu özü ilə müharibəyə aparmaq istədiyini bildirib. Ömər Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) zövcəsi Ummu Sələmənin oğludur. 'man Ənsarın böyüklərindən olub. «Rical» alimləri bu iki nəfəri Əmirəl-möminin əleyhis-salamın səhabələrinin yaxşılarından hesab ediblər rəvayət nəql etməkdə onlara etimad edirlər. Bəzi kitablarda Ömərin adı Əmr ibn Əbi Sələmə kimi yazılır. Amma onun adının Ömər ibn Əbi Sələmə olması daha düzgündür. Çünki «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda onun adı Əmr deyil Ömər kimi yazılıb.)

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mən Nö’man ibn Əclan Zurəqini Bəhreynin vali və hakimi təyin etdim və əlini səni məzəmmət etmədən və qınamadan (ondan) üzdüm (səni öz yanıma çağırdım). Sən valiliyi gözəl yerinə yetirdin və əmanəti (beytülmalı) əda etdin. Belə isə (mənim yanıma) gəl ki, sənə qarşı pis gümanda deyiləm, səni məzəmmət edərək qınamıram və günahkar hesab etmirəm. Buna görə də (səni çağırmağımın səbəbi budur ki,) Şam əhlinin zalımlarına tərəf (onlarla müharibəyə) getmək qərarına gəlmişəm və sənin özümlə olmağını istəyirəm. Çünki sən, mənim Allahın istəyi ilə düşmənlə müharibə etmək və dinin sütunlarının qaldırılmasında (İslam hökmlərinin icrasında) arxalandığım şəxslərdənsən.


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə