NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə84/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   77   78   79   80   81   82   83   84   85
السُّلْطانُ» «əs-sultan» kəlməsində olan «əlif-lam» artikli cinsiyyət artiklidir ki, bütün padşahlara şamil olur. Onun xəbərini ona görə «وَزَعَة» «vəzəət» gətirib ki, o, «وازِع» «vaze’»nin cəmidir hakim gözətçi mənasındadır.

1 Vədə verəndən sonra isə azad deyil gərək vədinə vəfa etsin, istənilən şeyi yerinə yetirsin. Bu kəlamla bundan qabaqkı kəlam «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda yoxdur. Biz onların hər ikisini İbn Əbil Hədidin nüsxəsindən nəql etdik.

2 Deməli, əməli olmadan Allahı çağıran adamın istəyi rəva olmaz. Çünki əməli olmayan vacib əməlləri yerinə yetirməyən kəs fasiqdir Allah, fasiqin duasını qəbul etməz.

1 Bəxt ilə dövlət hər kimə yar olsa, hər fikirləşsə düz gələr düşüncə oxları istədiyi hədəfə dəyər. Amma onlar insandan üz döndərsələr fikirləşdiyi hər bir şey səhv çıxar insanların ən ağıllısı olsa belə, istədiyinin əks nəticəsini verər.

2 Günah etməyən xalqa əl açmayan yoxsulu hamı tərifləyər o, payını tez tapar. Xalq şükr edən varlının xeyirxahı olar bu, Allahın nemətinin artmasına səbəb olar.

1 Necə ki, Qurani-Kərimin Qaf surəsinin 18-ci ayəsində buyurulur: «مَا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ» «Dediyi hər sözün ( ya sözü deyənin) yanındarəqib» «ətid», yəni,) hazır durub gözləyən (iki mələk) vardır (ki, onlar xeyir şər əməlləri yazmağa məmurdurlar).»

2 Necə ki, Qurani-Kərimin Tariq surəsinin 9-cu ayəsində buyurulur: «يَوْمَ تُبْلَى السَّرَائِرُ» «bütün sirlərin aşkar olacağı o qiyamət günü...»

3 Kimdənsə ya nədənsə sevinəndə, yaxud qəzəblənəndə gözəl fikrini işlətməz; sevincinə səbəb olan şeyin eybinə göz yumar qəzəbləndiyi şeydə eyb tutar.

1 Onun dünya ziyanı budur ki, ondan bəhrələnməmiş ölüm onu oğurlayıb. Axirət ziyanı isə onun dünyada əbədi xoşbəxtliyə səbəb olan bir görməməsidir.

1 Çünki insanın əli günaha çatmasa, o, ondan amanda qalmaq məcburiyyətində qalar yavaş-yavaş günah etməmək onun adətinə çevrilərək ruhuna nüfuz edər. Burada paklıq ismətdən məqsəd elə həmin adət vərdişdir.

2 Çünki günah hətta kiçik olsa belə, ona etinasızlıq cəzadan qorxmamaq tövbə etməməyə səbəb olur. Nəticədə insanın vərdişinə çevrilərək onun ruhuna nüfuz edir o, heç bir günahdanhətta hər qədər böyük olsa belə, çəkinmir.

1 Çünki insan çətinlikdən təngə gələndə xalis niyyət ilə Allaha pənah apararaq çətinliyinin aradan qaldırılmasını istəyər Allah, rəhmini ona şamil edərək istəyini rəva edər.

1 Çünki yer üzünün padşahlığını əldə etmiş şəxs, axirət üçün kiçik az mənfəətli bir görmüş kəslə bir bərabər deyil. Ona görə ki, birincinin qələbə nailiyyəti bütün saysız-hesabsız çətinlik qəm-qüssəsinə baxmayaraq sona çataraq yox olur. Digərinin nailiyyəti isə həmişəlikdir ona heç bir qəm-qüssə yol tapa bilmir.

2 Çünki tövbənin icazəyə ehtiyacı yoxdur, halbuki peyğəmbərlər, övliyalar möminlər günahkarlar üçün şəfaət etmək icazəsi əldə edincəyə qədər ağız aça bilməzlər. Qurani-Kərimin Şura surəsinin 25-ci ayəsində buyurulur: «وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُو عَنِ السَّيِّئَاتِ» «Bəndələrinin tövbəsini qəbul edən günahlardan (onların günahlarından) keçən OdurBəqərə surəsinin 255-ci ayəsində isə belə buyurulur: «مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ» «Onun izni olmadan (qiyamətdə) Onun hüzurunda (günahkara) kim şəfaət edə bilər

1 Çünki əl dil ilə inkar olmadan ancaq qəlbdə inkar etməyin xaricdə heç bir xeyri yoxdur. Buna görə o, iki xisləti bundan şərəfli üstün adlandırıb.

2 Çünki əgər onun imkanı yoxdursa heç olmasa gərək qəlbi ilə inkar etsin. Belə olmasa o, Allaha iman gətirməsində doğruçu deyil. Çünki Allahı sevən kəs Allahın düşməni olan günahkarı düşmən bilməlidir.

3 Çünki əcəl öz vaxtında çatar ruzi, əmr be 'ruf nəhy əz münkər edilib edilməməsindən asılı olmayaraq azalıb çoxalmır. Buna görə canının qorxusundan ya xalqın qəzəbi nəticəsində ruzisinin azalması təhlükəsindən bütün xoşbəxtliklərin təməli olan bu böyük ibadəti əldən çıxaran şəxs, səhv fikirdədir.

4 Bu, Vəhəb ibn Abdullah Suainin künyəsidir. O, İmam Əli əleyhis-salamın səhabələrinin yaxşılarından, dostlarından inanılmışlarından olub. Həzrət onu «Vəhəbul-xeyr» adlandırırdı onu Kufədə beytülmala məmur təyin etmişdi.

1 Yoxsul pərhizkar yaxşılara isə etinasızlıq göstərəcək, onlardan uzaqlaşacaqsınız. Həmin zaman dinin işi sona çatmış olacaq. Çünki əl dil ilə cihad etmək mümkün olmasa da qəlb ilə cihad etməyə, hətta üzdə aşkar edə bilməsə , hamının gücü çata bilər. İndi əgər onu da tərk etsələr, bu, əxlaqın dəyişməsi dünya axirətdə azğınlıq bədbəxtlik nişanəsidir.

1 Yoxsa belə olmasın ki, namazı zəiflikdən oturub qılasan, amma pislik edən zaman cəld ayağa qalxasan. Buna görə namazını bacardıqca ayaq üstə durub qıl, pislik etmək istəyəndə isə otur özünü cilovla.

1 Ata-anasının ya babalarının birinin böyüklük xoşbəxtliyi onun böyüklük xoşbəxtliyinə səbəb olmaz. Bu kəlam eyni ilə iyirmi ikinci kəlamda keçdi, ancaq bu fərqlə ki, orada kəlamın axırı «لَمْ يُسْرَعْ بِهِ حَسَبُهُ» «məqam dərəcəsi qoçaqlaşdırmaz» şəklində nəql edilib.

2 «Nəhcul-Bəlağə»nin əksər nüsxələrində bu kəlam gətirilməyib. Biz onu İbn Əbil Hədidin Şeyx Məhəmməd Əbduhun nüsxələrindən nəql etdik.

3 Çünki istəmək əldə etmək üçün hazırlıqdır. Əgər istedad hazırlıq kamil olsa onun hamısını əldə edəcək. Kamil olmasa isə istənilən şeyin çatışmayan hissəsi istedadın azlığı miqdarında olacaqdır.

1 Onun səkkiz saatını yatmaq, yemək canına qulluqda keçirməlidir. Qeyd etmək lazımdır ki, hər bir hissəni bir şeyə ayırmağın mənası, onları bir-birinin ardınca yerinə yetirmək deyil. Bəlkə məqsəd budur ki, mömin hər gecə-gündüzdə vaxtının üçdə birini həmin işlərə sərf etməlidir.

2 Əzəmətli Məkkə digər müqəddəs yerlərin ziyarətinə getmək ya Allah yolunda cihad kafir münafiqlərdən müdafiə kimi işlər (nəzərdə tutulur).

1 Yaxşısı budur ki, insan, artığın ətrafına fırlanmasın, özünü çox zəhmətə salmasın vaxtını əbədi səadət əldə etmək üçün Allah yolunda xalqa xidmətə sərf etsin.

2 O, çox çalışmaqla da bir şey əldə etməyəcək. Buna görə axtarış istəməkdə ifrata varmamaq haram işə mürtəkib olmamaq lazımdır. Çünki təqdir olunmuş şey gəlib çatacaqdır.

1 Bu kəlam 385, 386 391-ci kəlamlar «Nəhcül-Bəlağə»nin nüsxələrinin çoxunda yoxdur biz onları İbn Əbil Hədidin nüsxəsindən nəql etdik.

1 Qısası, onun dinə etiqadı yoxdur. Buna görə bu cür şübhələr barəsində mübahisə etməsinin səbəbi küfr nifaqının faş olmaması dünya işlərinin qaydasında qalmasıdır.

2 Çünki bu Allaha yəqinliyin inamın kamilliyinin ən böyük dəlilidir. Ona görə ki, onlar varlıların qarşısında başlarını uca tutmaqla Allahdan başqasına ümidi, eləcə Ondan başqasından olan qorxunu aradan aparır ümidsizlikdə möhkəm səbrli olurlar. Bunların heç biri varlının təvazökarlığında yoxdur.

1 Bəlkə məqsəd budur ki: dilinin itiliyini natiqlik bacarığını səni danışdıran Həzrət Peyğəmbər vasitəsi ilə düz yola hidayət edən Allahın dininin ziyanına işlətmə. Çünki düşmənin qarşısını alması üçün əlinə qılınc verilmiş şəxsin həmin qılıncla qılınc verəni öldürməsi çox çirkin bir işdir.

1 'munun bu sözündən məqsəd budur ki, biri ilə dostluq etmək eybləri örtür onun vəziyyətini onu düşmən hesab etdikdən sonra olduğu kimi dərk edə bilərsən. Amma pak insanlara birini sınamamış onu düşmən bilmək yaraşmaz. Buna görə 'munun sözü dünyatələblərin işinə daha çox yarayar. Qeyd etmək lazımdır ki, əsas mətndəki «أُخْبُرْ» «uxbur» kəlməsi felin əmr formasıdır, «خَبَرَ الشَّىْءَ يَخْبُرُ» «xəbərəş-şəyə yəxburu»dan götürülüb mənası «bir şeyi sınayıb bilmək»dir. «تَقْلِهْ» «təqlih» kəlməsi isə felin əmrdən sonra gəlmiş indiki-gələcək zaman formasıdır. Onun axırındakı «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə