Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə165/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   161   162   163   164   165   166   167   168   ...   185

531

  Urgəncdənsə  gözlənilməz  cavab  aldı:  Yusif  Vəzirov 

müsabiqədən keçib, dərs demək üçün instituta dəvət olunur! 

Hələ bu xoşbəxtliyin həqiqi olub-olmadığına inana bilmirdi. 

Deməli, Urgəncə gedəcək, rahatca işləyəcək, balalarının ruzi-

sini qazanacaq!

  Vidalaşanda  uşaqlar  ağlaşdılar,  illah  da  Orxanı  heç  cür 

sakitləşdirmək olmurdu: qızdırmaya yoluxmuşdu, inad gös-

tərib  kinə  həbi  içmədiyindən  vəziyyəti  bir  qədər  təhlükə-

liydi. Amma ona görə ləngimək olmazdı, yəqin, anası, dayı-

sı, nənəsi bir əncam çəkərdilər, onun bu gedişi təkcə özünün 

yox,  ailənin,  həm  də  bütün  qohum-qardaşın  təhlükəsizliyi 

üçün vacibdi...

***


 ...Yola gecə çıxıb evə səhər tezdən çatdı, gün ərzində bayı-

ra  çıxmayıb  yola  hazırlaşdı,  axşam  da  vağzala  qaranlıq 

düşəndə yollanıb qatar tərpənənə qədər içindəki səksəkədən 

qurtula bilmədi.

 Doğurdanmı, xilas olmuşdu? Doğurdanmı, hər şey arxada 

qalmışdı?  Hər  halda,  hələ  tale  ona  qarşı  mərhəmətliydi, 

“cığırdaşları”nın başına gələnlərdən xilas eləmişdi...

  ...Urgəncdə,  Xarəzm  Vilayət  Pedaqoji  İnstitutunda  Yusif 

Vəziri hörmətlə qarşıladılar, rus və xarici dillər kafedrasına 

baş  müəllim,  üstəlik,  institut  kitabxanasının  müdiri  təyin 

elədilər,  yataqxanada  otaq  verdilər.  Hələ  ki,  hər  şey 

gözlədiyindən də yaxşı gedirdi.

  Dərhal  qayınanasıgilin  ünvanına  məktub  yazıb  olub-

keçənləri xəbər verdi, uşaqların, xüsusilə, xəstə qoyub gəldiyi 

Orxanın  vəziyyəti  barədə  ətraflı  yazmalarını  xahiş  elədi. 

Məktubum  altına  “Əli”  imzası  qoydu:  hələ  hər  şeyin  ötüb-

keçdiyinə o qədər də əmin deyildi.

 Dərslər başlandı, günlər bir-birini əvəz elədi, qəlbindəki 

səksəkə bir qədər səngidi...

  Sentyabrın  axırlarında  evdən  məktub  aldı.  İsmayıllıdan 

Bakıya yola düşəndə Orxanın halı pisləşibmiş; məcbur qalıb 



532

bir  gecə  Şamaxıda,  hərbi  komissar  olan  qohumları  Nüsrət 

Hacıyevin evində qalıblar; səhəri gün günortaüstü Bakıya ça-

tanda  uşaq  yatağa  düşübmüş,  tir-tir  titrədirmiş,  xəstəlik 

binəvanı sir-sifətdən çıxarıbmış; axır ki, qayınanasının türkə-

çarasından,  həkimin  dərmanlarından  sonra  sağalıb,  artıq 

məktəbə gedir; hamı sağ-salamatdı, salam-duaları var, niga-

ran qalmasın.

 Ürəyi bir qədər yerinə gəldi. Taleyi onu Bilqeyis xanıma 

rast  gətirməklə  böyük  mərhəmət  göstərmişdi:  neçə  illərdi 

şikayətlənmədən,  umu-küsü  eləmədən  qohum-əqrəbasıyla 

birgə əziyyətini çəkir, üstəlik, ürək-dirək də verir. Arvadına, 

onun doğmalarına yaşatdığı çətinliklərə görə xəcalət çəkirdi, 

amma bu özünün seçimi deyildi, tale işiydi.

  İnstitutda  ən  yaxın  dostu  özbək  ədəbiyyatı  müəllimi, 

“Əyyami”  təxəllüslü  Yunus  Yusupov  idi.  O  Azərbaycan 

ədəbiyyatının  vurğunuydu,  klassik  şairlərin  yaradıcılığını 

gözəl bilirdi, onunla söhbətləri uzun, mənalı olurdu. Üstəlik, 

birgə yaradıcılığa başlamışdılar: Əyyami Xivədə baş vermiş 

inqilabi  hadisələrdən  danışmış,  Yusif  Vəzirsə  kinossenari 

yazmışdı.  “Həqiqətin  təntənəsi”  adlandırdıqları  ssenarini 

Xarəzm Vilayət Partiya Komitəsinə təqdim eləyib hərəyə beş 

yüz manat mükafat da almışdılar. Artıq ssenarinin istehsalata 

buraxılması barədə qərar da qəbul olunmuşdu.

 Hələ ki, nəhayət, uzun mənəvi iztirablardan sonra tapdığı 

rahatlığa xələl gətirəcək bir şey yox idi...

 Bakıdan üç məktub alırdı: birini Bilqeyis xanım özünün və 

beş  yaşlı  Taisin  adından  yazırdı;  ikincisini  Fikrət  göndərir, 

hətta  şeir  yazmaq  qabiliyyətini  də  sınaqdan  keçirirdi; 

üçüncünüsə, artıq bir qədər təmkinli olan Orxan yollayırdı. O 

məktubları oxuyub cavab yazmaq bütün sevgisini, həstərini, 

nigaranlığını kağıza tökmək həyatına xüsusi məna qatır, hələ 

hisslərini şeirə çevirməyə də təkan verirdi: 

 “...Biri Orxan kimi nazlı, həvəsli, / Biri Fikrət kimi ilham nəfəsli. 

/ Biri Tais qızım məlakə səsli, / Biri gözəl Bulqu həsrətli, dərdli, / 



533

Saymayınız atanız Urgəncdədir, / “Özüm hər yerdəyəm, könlüm 

sizdədir”.

 Məktublarını, pul baratını, bağlamalarını Buynaksk küçəsi, 

14  ünvanına  –  qayınanası  Kiçikxanımın  adına  göndərirdi. 

Bunu yola düşəndə Fərhad məsləhət görmüşdü, zənnində də 

yanılmamışdı:  qonum-qonşu  Yusif  Vəzirin  ortalıqda 

görünmədiyini, bununla belə, ailənin vəziyyətinin bir qədər 

yaxşılaşdığını 

diqqətdən 

yayındırmamışdı. 

Üçüncü 


mərtəbədə  yaşayan,  işi-gücü  bəlli  olmayan  Okoyev  tez-tez 

uşaqları yanlayıb dilə tuturdu:

 “Mən atanızın dostuyam, ona məktub yazmaq istəyirəm, 

ünvanını mənə verin”.

 Uşaqlarsa Bilqeyis xanımın əzbərlətdiyi cavabı verirdilər: 

 “Atamız Moskvadadı, ünvanını bilmirik”.

***

 ...Sonra deyəcəkdilər ki, gərək o yay Bakıya gəlməyəydi...



  Bunu  demək  asandı,  amma  ailəsindən,  az  qala,  aylarla 

uzaq  düşmüş  atanı  necə  qınayasan?  Üstəlik,  aradan  keçən 

müddətdə çox sular axmış, Yejov özü vəzifədən götürülmüş, 

həbs olunub güllələnmiş, tuthatut bir qədər səngimiş, ədəbi 

aləmdə tanıdıqlarından bir çoxu “ifşa olunmuşdu”: artıq Sey-

fulla Şamilov, Məmmədkazım Ələkbərli, Böyükağa Talıblı da 

həbs  edilmişdilər;  bu  vaxta  qədər  onun  arxasınca 

gəlməmişdilərsə, deməli, təhlükə ötüb-keçmişdi.

  Hər  halda,  gəldi,  ailəsinə,  doğmalarına  qovuşmaq 

xoşbəxtliyini yaşadı, hətta sadə geyimli naməlum adamların 

tez-tez  binanın  küçə  qapısı  ağzındakı  daş  oturacaqlarda 

əyləşib papiros çəkə-çəkə ordan-burdan söhbət elədiklərinə 

də fikir vermədi.

 ...Könlünə ailəliklə Nalçikdə istirahət eləmək düşmüşdü. 

O gələndə Abdulla Şaiqin ailəsi şəhərdə deyildi, ona görə də 

yenə Ağalar Əliverdibəyova üz tutdu. O da dərhal razılaşdı, 

bir neçə gündən sonra yığışıb yola düşdülər.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə