Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə167/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   163   164   165   166   167   168   169   170   ...   185

537

 “Paris dünyanın ən gözəl şəhərlərindən biridi. Dünyanın 

heç yerində onun tayı-bərabəri yoxdu”.

 “Bizimsə Maksim Qorki, Vladimir Mayakovski, Mixail Şo-

loxov kimi nəhəng yazıçılarımız var”, – rus dili müəllimi Vo-

ronov etirazını bildirdi.

  “Onları,  məsələn,  Vilyam  Şekspirlə  müqayisə  etmək  ol-

maz, – Yusif Vəzir fikrini bildirdi, – Şekspir onlardan çox üs-

tündü”.

 Bir neçə gündən sonra Voronov Yusif Vəzirin bu “səhvini” 



pedaqoji şuraya çıxardı:

 “Yusif Vəzirov yoldaş çox da yaxşı müəllim deyil, onun 

dərs dediyi uşaqlardan heç biri rus dilində savadlı yaza bil-

mir”.


 Yusif Vəzir daşın hardan atıldığını hiss eləmişdi, odur ki, 

təmkinini pozmadan söz alıb üzünü Voronova tutdu.

 “Yoldaş Voronov, məncə, yerli tələbələrə rus dilində sa-

vadlı yazmaqdan çox bu dildə yaxşı danışmağı öyrətmək la-

zımdı”.

 Köməyinə ədəbiyyat fakültəsinin dekanı Qarayev çatdı:



  “Məncə,  yoldaş  Voronov  hissə  qapılır,  –  dedi,  –  mən 

dəfələrlə Yusif Vəzirov yoldaşın dərslərində iştirak eləmişəm 

onun tədris metodundan razıyam”.

 Məsələ bununla da bitdi...

 Amma ona elə gəlirdi. Hələ Ruhulla Axundovun, Hənəfi 

Zeynallının,  Bəkir  Çobanzadənin,  Hacıbaba  Nəzərlinin, 

Nurməmməd  Şahsuvarovun  istintaq  vaxtı  verdikləri 

ifadələrdən xəbəri yox idi, respublika Daxili İşlər Komissarlı-

ğı Dövlət Təhlükəsizliyi İdarəsində ona cinayət işi açıldığını 

bilmirdi...

  Bununıla  belə,  bir  qədər  ehtiyatlı  olmuşdu.  Daha 

müəllimlərin  yığıncaqlarına  getmir,  gedəndə  də  “təhlükəli 



mövzular”da söhbətlər eləməməyə çalışırdı. Dərsdən sonrakı 

vaxtlarını  yazı-pozuyla,  mütaliəylə  keçirməyi  daha  xatasız 

sayır, gələcək yazıları üçün qeydlər aparır, yaddaşında qalan 



538

folklor  materiallarını  kağıza  köçürürdü.  Orxana  və  Fikrətə 

isti  palto,  ayaqqabı,  Taisə  kukla  almışdı, fürsət  düşən  kimi, 

qayınanasının ünvanına göndərəcəkdi...

  1940-cı  ilin  yeni  ilini  müəllim  yoldaşlarının  məclisində 

keçirsə də, narahat idi, hər an özünənəzarəti saxlamaq barədə 

düşünürdü. Sonra imtahan sessiyası başladı, qayğıları artdı, 

günlərin necə gəlib-keçdiyindən xəbər tutmadı...

 Onda artıq yanvarın iyirmi beşində Ruhulla Aхundov və 

Böyükağa  Talıblının  verdiyi  ifadələr  əsasında  Azərbaycan 

SSR Daхili İşlər Komissarlığında həbsə alınması barədə ma-

yor Markaryanın imzaladığı, dövlət təhlükəsizlik idarəsinin 

II şöbəsinin rəisi Qriqoryan, şöbənin II bölməsi rəisinin müa-

vini  Quliyevlə  razılaşdırdığı  355  saylı  sanksiya  olduğunu, 

qərara əsasən elə həmin gün respublika prokurorunun müa-

vini Silvestrovun onun həbsinə dair sanksiya verdiyini, sank-

siyanı elə həmin gün daxili işlər komissarının müavini mayor 

Markaryanın  təsdiq  elədiyini,  qərarın  o  gün  də  Özbəkistan 

SSR Daxili İşlər Komissarlığına, ordansa həbsi barədə 40 saylı 

sanksiyayla Xarəzm Vilayət Daxili İşlər İdarəsinə çatdırıldığı-

nı hardan biləydi?..

 ...Həmin axşam dərsdən qayıdıb dincələndə qapı döyüldü, 

institutun direktor müavini Komçarov, ümumi yataqxananın 

komendantı Maşbekov iki nəfərin müşayiətilə içəri girdilər. 

O  iki  nəfərin  biri  rus,  digəri  özbək  idi.  Komçarovun  rəngi 

ağarmışdı, gözlərində qorxu vardı.

 Həmin anda hər şeyi anladı. Dərhal da hissləri tutqunlaş-

dı, beyni dumlandı, bütün əzaları sustaldı.

 “Vilayət Daxili İşlər İdarəsinin nümayəndələri Gerasimen-

ko və Ruzmetov, – rus görkəmli əməkdaş dilləndi. – Əmrə 

əsasən bu yoldaşların iştirakıyla otağınızda axtarış aparmalı-

yıq”.


 “Əgər ehtiyac varsa, buyurun”, – sorğu-sualın yersiz oldu-

ğunu hiss eləyib otağa işarə elədi.

  Bir  neçə  dəqiqədən  sonra  masasının  üstü,  kitab  rəfi, 

yorğan-döşəyin arası, çamadanının içi, paltarlarının cibi axta-




539

rılmış, “şübhəli əşyalar” bir tərəfə yığılmışdı. O əşyaların ara-

sında  pasportu,  hərbi  bileti,  pulu,  əmanət  kitabçası,  elmi 

işçilərin  üzvlük  biletləri,  əmrlər,  qəbzlər,  arayışlar,  aktlar, 

kinossenarilər,  qeyd  dəftərçələri,  folklor  materialları, 

fotoşəkillər, etüdlər, iş planları, konspektlər, raportlar, proto-

kollar, məktublar, özbək dilində “Dörd dərviş” nağıl kitabı, 

Muğuminin külliyyatı, rus dili dərslikləri və... sapı sümükdən 

düzəldilmiş üzqırxan ülgüc də vardı. Üzqırxan ülgücün nəyə 

görə şübhəli olduğunu anlaya bilməsə də dillənmədi...



 “Şübhəli əşyalar”ı siyahıya alıb sahibinə və şahidlərə imza-

latdılar.  Sonra  “şübhə  doğurmayan  əşyalar”ı  paltosundan  tut-

muş  diş  fırçasına  qədər  siyahıya  salıb  yenə  hər  üçünə  qol 

çəkdirdilər.

 “Bu əşyalarınız sizinlə birgə həbs düşərgəsinə göndəriləcək, 

– Gerasimenko dilləndi. – İndisə paltonuzu geyinin, bizimlə 

gedəcəksiniz. Siz həbs olunursunuz!”

 Səbəbini soruşmadı, onsuz da aydın idi. Paltosunu geyin-

di, papağını başına qoyub çıxanda dönüb Komçarovun üzünə 

baxdı:


 “Mənim heç bir günahım yoxdu, – dedi, – buna əmin ola 

bilərsiniz”.

  “Danışığı  kəs!  –  Gerasimenko  acıqlandı.  –  Hər  şey  orda 

aydın olar!”

 Amma hər şey “orda” aydın olmayacaqdı, əksinə, hər şey 

məhz “orda” dolaşacaqdı...

 Özünü aldatmağa çalışsa da, artıq, az qala, üç il idi ki, bu 

məqamı gözləyirdi...




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə