Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə170/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   166   167   168   169   170   171   172   173   ...   185

547

deyil,  deməli,  bura  gəlməkdə,  yazıb-dinləməkdə  başqa 

məqsədi ola, yəni hansı ölkəyəsə məlumat ötürə bilər; xəstə 

yazmaq istəyirsə, qoy əllə yazsın.

  Əsəd  bəysə  yazırdı.  “Raşer”  nəşriyyatıyla  bağladığı 

müqaviləyə  görə  yazdığı  “Qızıl”  əsərini  yarımçıq  qoyub 

“Sevgidən bixəbər kişi”ni – avtobioqrafiyasını qələmə alırdı. 

Bu yazının janrı-filanı yox idi: ağrılarını unutmaq, yaxınlaşan 

ölüm xofundan qaçmaq məqsədilə artıq ayağı kimi xəstə olan 

şüurunun diktə elədiklərini kağıza köçürürdü. Yazdıqları qı-

rıq-qırıq xatirələrdən, yaşadığı ömrə hər hansı düzən-məna 

vermək  cəhdindən  ibarətiydi.  Göy  mürəkkəblə  lap  xırda 

hərflərlə  qeyd  dəftərçələrinə  köçürdükləri  lap  bitib-

tükənməyən ölümqabağı vəsiyyətə oxşayırdı...

 

***


  Ağrılar aman verəndə kiçik xiyabanda oturub şəhərin və 

dənizin  mənzərəsinə  baxırdı.  Bütün  gördüklərində  Bakını 

qəribə tərzdə xatırladan nəsə vardı: La Qalli adası, Narginə 

oxşayır,  üzüaşağı  dənizə  enən  küçələr,  yastıdam  evlər 

Çəmbərəkənd,  Dağlı  məhəllələri  səmtini  andırırdı.  Bütün 

bunları  duyanda  kövrəlir,  ömrün  keçib-getdiyindən  əzab 

çəkirdi...

 Hərdən bəxti gətirən vaxtlar da olurdu...

 Arabir  Stefanla  Doroteya  gəlir,  siyasi  və  ədəbi  aləmdəki 

yeniliklərdən  danışır,  konyakla  bir  neçə  saatlığa  əzablarını 

yüngülləşdirir, az da olsa, pul verirdilər...

  Bir  dəfə  də  Almaniyada  olanda  tanıdığı  Armin  Veqner 

gəlmişdi. Qatı ermənipərəst, “Daşnaksütyun”un gizli və eti-

barlı silahı olan Armin Teofil Veqner vaxtilə Mesopotamiya-

da,  general  fon  der  Holtsun  ordusunun  sanitar  hissəsində 

qulluq  eləmiş,  sonra  hərbi  müxbir  kimi Anadoluya  getmiş, 

aclıqdan və xəstəlikdən tələf olan ermənilərin şəkillərini çəkib 

“soyqırım qurbanları” adıyla dünyaya yaymışdı; hətta Amerika 

prezidenti Vudro Vilsona açıq məktub yazmış, Almaniyada 




548

təbliğatla məşğul olmuş, Tələt Paşanın qətli üzrə məhkəmənin 

stenoqramına ön söz yazıb çap etdirmişdi. Sonralar ermənilər 

barədə məqalələr, oçerklər, hekayələr qələmə alıb “humanist 



yazıçı”  kimi  tanınmışdı.  Nasional-sosialistlər  hakimiyyətə 

gələndən  sonra  da  Fürerə  açıq  məktubla  müraciət  eləyib 

yəhudilərin müdafiəsinə qalxandan sonra təqiblərdən yaxası-

nı qurtarıb Londonda məskən salmışdı. “Yəhudi Vyana jurna-



listi, – bir vaxtlar Armin onun haqqında yazmışdı, – xarakterik 

tipli ədəbi kələkbaz, istedadlı, lakin məsuliyyətsizdi, çünki həmişə 

bir  kitabdan  dörd-beş  kitab  dezəldib,  onlara  müxtəlif  adlar  verib 

təkrar-təkrar satışa çıxarır”

 İndi Əsəd bəy bunu qonağına xatırlatmadı: ya unutmuş-

du, ya da bir neçə saatlığa da olsa, əzablarını yüngülləşdirən 

adamın  xətrinə  dəymək  istəmədi.  Bir  neçə  qədəh  fransız 

konyakı  içib  Almaniyadakı  vəziyyətdən  danışıb,  ötən 

günləri yada salıb xeyli qüssələndilər. Veqner bundan sonra 

tez-tez baş çəkəcəyini deyib, yardımını masanın üstünə qo-

yub getdi... 

  Günlərin  birində  köhnə  tanışı  Corc  Silvestr  Virek  gəldi, 

onu belə görüb çox məyus oldu, amma əlindən bir qədər pul 

verməkdən,  Amerikaya  qayıdandan  sonra  yenə  kömək 

göndərəcəyini  vəd  eləməkdən  başqa  bir  şey  gəlmədi. 

Dediyinə  görə,  Valter  Merinqlə  Nyu-yorkda  rastlaşmışdı: 

Valter  Vyanada  həbs  olunubmuş,  necə  olubsa,  qaça  bilib, 

Fransaya, ordan Martinikiyə, nəhayət, Amerikaya gedib çıxıb, 

hələ ki, onun himayəsində yaşayır... 

  Sonra  Herhardt  Hauptman  baş  çəkdi:  Əsəd  bəy 

həyəcanından, az qala, ağlını itirmişdi: Nobel mükafatı laure-

atı, məşhur şair-dramaturq onu yada salıb! Virek ona məktub 

yazıb dostuna qayğı göstərməyi xahiş eləyibmiş. Hauptman 

da yardımını əsirgəmədi, üstəlik, Rapalloya, Pima Andreaya 

teleqram vurdu ki, dostu ağır vəziyyətdədi...

 Ardınca daha bir Nobel mükafatçısı, Batler Yeyts təşrif bu-

yurdu: əlbəttə, Əsəd bəyin kitablarından bir neçəsini oxuyub, 




549

onun  xəstələnməsinə  təəssüflənir,  amma  bir  qədər  maddi 

yardımdan başqa nəsə eləmək iqtidarında deyil...

 Bu şəhərcikdə məskən salmış alman kübarlarından Eliza-

bet Kastonye də Əsəd bəyi yoluxdu: Vyanaya qayıdır, bəlkə 

Əsəd bəyin bir istəyi var? Əlbəttə, istəyi var: ona Vyanadan 

frak,  şalvar,  ağ  köynək,  kəpənək  qalstuk  göndərsin,  buna 

görə  minnətdar  olar.  Xanım  Kastonye  ölüm  ayağında  olan 

xəstənin arzusuna heyrətlənsə də, mərhəmətlə gülümsə mək-

dən başqa bir əlac görmədi.

  Sədaqətli  dostu  Ömər-Polf  Ehrenfels  ünvanını  hardansa 

tapıb  məktub  yazmışdı:  çətinliklə  də  olsa,  Macarıstandan, 

Yuqoslaviyadan  keçib  Misirə  yollanmış,  ordansa  gedib 

Kəraçiyə  çıxmış,  Muhamməd  Əsədlə  görüşmüşdü;  indi 

Heydərabaddaydı,  universitetdə  dərs  deyirdi.  Ömər-Rolf 

Heydərabadı elə müfəssəl təsvir eləmişdi ki, Əsəd bəy özünü, 

az  qala,  orda  hesab  eləyib  təəssüfləndi:  nahaq  dostunun 

sözünə  baxmadı,  bəlkə  də  qurtuluşunu  Şərqdə  axtarsaydı, 

daha məntiqli olardı... 

  Bir  müddət  sonra  sədaqətli  Pima  Andreadan  pul  və 

məktub aldı: dostu onun xəstəliyinə təəssüflənir, vaxt tapan 

kimi  -  lap  yaxın  müddətdə  Pozitanoya  gələcəyini  vəd 

eləyirdi...

  Xeyirxahlarının  verdikləri  məbləğ  bir  neçə  ay  ərzində 

xərclənib qurtardı; ev kirayəsi, az qala, hər gün yerli əczaçıdan 

aldırdığı  morfinin  pulu,  qulluqçunun  haqqı,  gündəlik 

yeməyi... olan-qalanını silib-süpürüb apardı, təzədən borclar 

üst-üstə qalanmağa başladı. Kapitan Pattisonun qulluqçusu, 

həm də ona xidmət eləyən Fioravante Rispolini tez-tez dilə 

tutmalı olurdu:

 “Covanni, bəlkə əczaçının yanına qaçasan? – Ağrıları baş-

layanda Əsəd bəy mülayim səslə dillənirdi. – Bax gör, ola bil-

sin, bir az morfi verdi. İncimirsən ki?”

 Oğlan əczaçıdan alacağı cavabı əvvəlcədən bilirdi:

 “Qoy gəbərsin! Ona dərman verməkdən bezdim, pulunu 

da ödəyə bilmir!”




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə