Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə166/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   162   163   164   165   166   167   168   169   ...   185

534

  Nə  vaxtdı  ki,  belə  arxayınlıq,  könül  rahatlığı  hiss  elə-

məmişdi.  Bilqeyis  xanımın  üz-gözündə  sevinc  işığı  vardı, 

uşaqlar  xoşbəxtlikdən  özlərinə  yer  tapa  bilmirdilər.  O  mə-

qamda hər şey, hər şey gözəl idi.

 Proxladnaya stansiyasında düşüb Nalçikə elektrik qatarıy-

la getdilər. Mənzilbaşına çatandasa ailələrini vağzalda qoyub 

ev axtarmağa yollandılar. Yusif Vəzirin ailəsi şəhərdə, Ağala-

rın ailəsisə şəhərə lap yaxın olan Həsəniyyə kəndində yerləşdi. 

Havanın  saflığı,  bazarın  bolluğu,  asudə  günlər  nə  vaxtdan 

bəri tutulmuş üzlərini güldürürdü.

  Yenə  erkəndən  oyanır,  Orxanla  bazara  gedir,  səhər 

yeməyindən sonra uşaqları parka gəzməyə aparırdı. Buranın 

ab-havası, təbiəti daim ona Şuşanı andırır, duyğularını ehti-

zaza gətirirdi. 

 Bir gün həyətdə oturanda qonşunun evindən ucalan səs 

ürəyini göynətdi: Zülfü Adıgözəlov “Apardı sellər Saranı” oxu-

yurdu. Xanəndənin səsindəki yanğı onu götürüb uşaqlıq ca-

ğının qaldığı yerlərə apardı, dağları, daşları, çayları, düzləri, 

dərələri,  meşələri,  bulaqları  gəzdirdi.  Gözlərinin  çeşməsini 

saxlaya bilmədi. Heç Orxanın bir neçə addım o tərəfdə daya-

nıb təəccüblə ona baxdığını da sezmədi.

 Hər şey uzaqlarda, çox-çox uzaqlarda qalmışdı. Allah bilir, 

bir də Şuşanı görəcəkdimi...

 Aradabir də Ağalargilə gedir, ya da onlar şəhərə gəlirdilər. 

Belə  vaxtlarda  Şuşanı  xatırlayır,  xəbərləri  bölüşürdülər: 

Kərim  bəy  Mehmandarovun  övladlarının  heç  birinə  rəhm 

eləməyiblər, Ədil bəyi müsavatçı adıyla, Rəşid bəyi o vaxt za-

bit  olduğuna,  Məhbubənin  əri  Şamil  Mahmudbəyovu 

mənşəyinə  görə  güllələyiblər;  üçoğlanlı  Əli  bəy  və  Mirzəli 

bəy  Behbudbəyovları  əvvəl  sürgünə  göndərib,  sonra  nələri 

varsa,  əllərindən  alıb  özlərinisə  qətlə  yetiriblər;  toxuculuq 

sahəsində  məsul  vəzifələrdə  işləmiş  Teymur  bəy  Aslanovu 

əksinqilabçı təşkilat rəhbəri kimi həbsxanaya salıblar; fayton-

çu Nadiri də tutublar, adını “xalq düşməni” qoyublar, amma 



535

Xalq  Cümhuriyyəti  qurulanda  könüllü  milli  orduya  yazılıb 

ermənilərə qarşı döyüşdüyünə görə qaralayıblarmış (Şuşadan 

ilk  dəfə  Nadirin  yüz  otuz  puta  qədər  yük  götürən  dördqatlı  və 

dördtəkərli “Molokan” faytonuyla çıxdığı günü unutmamışdı); bü-

tün ömrünü bolşeviklərin ideologiyasına həsr eləyən müəllim, 

jurnalist,  tərcüməçi  Həsən  İmanovu  həbs  eləyiblər;  vaxtilə 

bütün Şuşanın tanıdığı dərzi, sonra məhkəmə üzvü olan Adı-

şirin  Fətəliyevi  keçmişdə  Müsavatın  üzvü  olduğuna, 

vilayətdəki  “xalq  düşmənlərini  gizlətdiyinə”  görə  gedər-

gəlməzə  göndəriblər;  Seyid  Mirfəttahın  oğlu  Seyid  Cəfər 

Ağamirovu  “Türkiyədən  göndərilən  bir  çox  vacib  sənədləri, 



göstərişləri, təlimatları gizli surətdə Şuşaya gətirib yaymaqda” gü-

nahlandırıblar;  canını  yeni  quruluşun  yolunda  fəda  eləyən, 

bir vaxtlar xalq daxili işlər komissarının müavini olmuş İslam 

Hacıyev  “burjua  milli  təşkilatının  üzvü”  çıxıb;  Qarabağın 

məşhur  qoçularından  olan,  Milli  Hökumət  dövründə  gene-

ral-qubernator Xosrov bəy Sultanovun köməyilə silahlı dəstə 

yaradıb ermənilərə qarşı döyüşən, yeni hakimiyyətə tabe ol-

maq istəməyən Cəbiş bəy Sədrəddinovu aradan götürüblər; 

Tərtər üsyanının başçılarından biri olan Rəşid ağa Cavanşiri 

güllələyiblər;  Milli  Hökumət  vaxtı  Xankəndindəki  alayı 

himayə eləyən Məşədi Baba Quliyevi “kolxoz quruluşunu da-

ğıtmağa cəhd” ittihamıyla ələ keçiriblər; Şamxal bəy Vəzirov 

kimi bir ziyalıya rəhm eləməyiblər...

 Qurbanların sayı-hesabı yoxdu... 

 ...Kəndin kənarından keçən çay tez-tez yağan yağışlardan 

daşdığına görə, heç at arabasıyla da keçmək olmurdu. Belə 

günlərdə Yusif Vəzir şəhər parkında tanış olduğu yerli ziyalı-

larla şirin söhbətlərə girişirdi.

 Bir gün söhbətdən qayıdandan sonra üzünü Bilqeyis xanı-

ma tutdu:

 “Bulqu, mənə Nalçikdə qalıb institutda dərs deməyi təklif 

eləyirlər. Həm Bakıya yaxındı, həm də havası, təbiəti gözəldi. 

Sən nə deyirsən?”




536

 Bilqeyis xanım tərəddüdlə onu süzüb dilləndi:

  “Nə  bilim,  ay  Yusif,  qadan  alım  sənin,  deyəcəyəm  ki, 

Nalçikdə  qal,  Allah  eləməmiş,  bir  şey  olsa,  deyəcəksən, 

səninlə  məsləhətləşdim,  belə  oldu.  Ona  görə  də  sənə  nə 

məsləhət verəcəyimi heç özüm də bilmirəm”.

 Yusif Vəzir bir qədər fikrə getdi, sonra başını tərpədib ra-

zılaşdı:


 “Düzdü, Nalçikdə məni institutda işləməyə dəvət eləyirlər, 

ancaq Urgəncdən çıxanda müqavilə bağlayıb, söz vermişəm 

ki, istirahətdən sonra mütləq yenə qayıdacağam”.

 Bununla da o söhbət bitdi...

 O gözəl günlər, elə bil, yuxuydu, tez ötüb-keçdi...

 

***



 İyulun axırında Bakıya qayıtdılar. Üç gündən sonra da ar-

tıq qatar onu Urgəncə aparırdı...

  ...Hələ  bəxtin  nəzəri  üstündəydi:  institutun  qabaqcıl 

müəllimlərindən  idi,  rus,  ukrayna,  türk,  fransız,  alman 

dillərini bildiyini nəzərə alıb rus və xarici dillər kafedrasının 

müdiri təyin eləmişdilər, xətrini çox istəyirdilər. O da bütün 

bilik və bacarığını işə sərf eləməyə çalışırdı.

  İstirahət  günlərini  mənalı  keçirməyə  çalışırdı.  Müəllim 

yoldaşlarıyla yığışıb ya Xivəyə gəzməyə gedir, ya da birinin 

evində yığışıb söhbətləşirdilər. Belə söhbətlərdə çalışırdı ki, 

siyasi mövzularda söz deməsin, yaxud “siyasi səhvlər” burax-

masın. Amma bir dəfə hissə qapılıb sayıqlığı əldən verdi və... 

ağlagəlməz ittihamlarla üzləşdi.

 Xarkovdan gəlmiş Çerveşkov riyaziyyat müəllimi, həm də 

yerli komitənin sədriydi. Vaxtilə Ukraynada oxuyub-yaşadı-

ğına görə ona yaxınlıq duyurdu. Deyəsən, elə bu duyğu da 

Yusif Vəziri, az qala, bıçağın ağzına verəcəkdi.

 Sentyabr günlərinin birində Çerveşkovun evindəki yığın-

caqda söhbət Yusif Vəzirin Fransadakı həyatından düşdü. O 

da Fransadan danışandan sonra Parisi təriflədi: 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə