Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə164/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   160   161   162   163   164   165   166   167   ...   185

528

sevinci öləzimiş yeni il bayramından sonra daha bir solğun 

Novruz bayramı keçirmiş, qohum-qardaşın gətirdiyi bayram 

sovqatıyla  uşaqları  yola  vermişdilər,  bir  də  Şahzadə  xanım 

bayram payı gətirmişdi...

 Başını qatmaq üçün Orxanın tapşırıqlarını yoxlayır, vurma 

cədvəli, əcnəbi dövlətlərin paytaxtları barədə sual-cavab apa-

rırdı. Arabir Fransa xatirələrindən məhəbbətlə danışır, Parisi 

təsvir eləyir, uşaqlar ən böyük adamın kim olduğunu soru-

şanda vurğunu olduğu Şekspirin adını deyirdi. 

  Yusif  Vəziri  ən  çox  ağrıdan  uşaqlarının  məktəbdə  çək-

dikləri  sıxıntıydı.  Təkcə  böyüklər  yox,  Allahın  o  günahsız 

bəndələri də daim qorxu içindəydilər. O illərdə məktəblilərin 

“ideya tərbiyəsi”nə də xüsusi fikir verirdilər. Şagird dəftərinin 

üz qabığında şəkilləri çap olunmuş marşallar Blyüxer, Yeqo-

rov,  Tuxaçevski  “xalq  düşməni”  çıxandan  sonra  bu  nəzarət 

daha da güclənmişdi. Dərsin ortasında siniflərin qapısı açılır, 

iki-üç  nəfər  ciddi  geyimli  adam  içəri  girib  “üzlük  cırma 

əməliyyatı” həyara keçirirdilər. Sonra, ümumiyyətlə, rus şair-

yazıçılarının  şəkilləri  olan  bütün  üz  qabıqlarını  da  cırmaq 

əmri verdilər: deməzsənmi, şagirdlər o şəkillərə kölgəli xətlər 

çəkməklə əksinqilabi mənalar daşıyan fikirlər ifadə eləyirlər! 

İldə bir neçə dəfə də şagirdlərin valideynləri barədə məlumat 

blankları doldurulurdu. Orxanın müəlliməsi Rəna İbrahimo-

va, guya “unudub” onun adını siyahıya yazmırdı ki, ilanın ya-

dına daş salmasın.

  Axır  vaxtlar  qəzetləri  oxumaqdan,  radioya  qulaq  as-

maqdan da soyumuşdu. Hər dəfə oxuyub-dinləyəndən sonra 

içinin kəsif havası bir az da qatılaşır, vəziyyət ona daha da 

çıxılmaz görünürdü.

 Uşaqların yay tətili başlayanda Fərhadla Aftab İsmayıllı-

dan xəbər göndərdilər ki, yığışıb gəlsinlər, yayı burda qalsın-

lar. Fərhad Mican kəndindəki kolxozda baş aqronom, Aftabsa 

ambulatoriyada həkim işləyirdi, babat şəraitləri vardı. Bunu 

eşidəndə  ürəyi  atdandı;  səkkiz  aylıq  “zindan  həyatı”ndan 



529

sonra sərbəst gəzib-dolaşmaq necə gözəl olardı! Deməli, hələ 

qismətində qurtuluş varmış!

 Bəxtindən qatar gecə yola düşürdü, biletləri qayınanası ge-

dib  almışdı,  evdən  elə  çıxmalıydı  ki,  kimsənin  gözünə 

görünməsin.  Həmişə  şıq,  səliqəli  geyinməyi  xoşlasa  da,  bu 

dəfə Bilqeyis xanımın sözünə baxdı; gecə gəldi geyindi, başı-

na  da  onun  hardansa  tapdığı  köhnə  kepkanı  keçirdi.  Gecə 

faytona minəndən sonra bir qədər ürəyi yerinə gəldi: deməli, 

hələ azad idi, istədiyi yerə gedə bilirdi.

 Fərhad maşınını Göyçaya göndərəcəkdi. Ucarda qatardan 

düşüb  avtobusla  Göyçaya  getdilər.  Maşın  gecikdiyinə  görə 

gözləmək məcburiyyətində qaldılar, amma bunun təhlükəli 

olduğunu da hiss eləyirdi, kimsə təsadüfən rast gələr, başına 

iş aça bilərdi.

  Elə  qorxduğu  kimi  də  oldu.  Dayanacaqda  ona  diqqətlə 

baxan cavan oğlanın diqqətindən yayınmaq üçün kepkasını 

nə qədər gözünün üstünə bassa da, xeyri olmadı: oğlan onu 

tanımışdı.  Amma  xoşbəxtlikdən  bu  xata  da  ötüşdü:  oğlan 

keçmiş  tələbəsiymiş,  yaxın  qəsəbədə  yaşayırmış.  Hər  şeyin 

yaxşı qurtardığına əmin olub rahatlansa da, təhlükə duyğusu 

onu tərk eləmirdi...

 ...Yalnız Micanda ürəkdolusu nəfəs ala bildi: bu asudəlik, 

gözəl  təbiət,  rahatlıq  qəlbinə  bir  qədər  təpər  gətirdi.  Əgər 

həbs  qorxusu  olmasaydı,  lap  elə  kənd  məktəbində  dərs 

deməyə,  ömrü  boyu  burda  yaşamağa  hazır  idi.  Bakıdasa 

“cığırdaş”lar  -  yarınmağı  bacarmayan  qələmdaşları  bir-bir 

həbs olunur, gedər-gəlməzə göndərilirdilər, deməli, təhlükə 

hələ sovuşmamışdı...

 İşsiz çox darıxırdı. Başını qatmaq üçün səhər tezdən qalxıb 

samovar qaynadır, çay-çörəkdən sonra ağacların dibini boşal-

dır, suvarır, budayır, hasara əl gəzdirir, axşamüstü uşaqları 

başına  yığıb  kəndin  qırağına  moruq  yığmağa  aparırdı. 

Dincələndə  də  onlara  Şanapipiyin,  İsaq-Musaq  quşunun 

əfsanəsini danışırdı.



530

 “Şanapipik qədimlərdə gözəl-göyçək bir gəlinmiş, – deyir-

di,  –  bir  gün  çayda  çimib  başını  daradığı  vaxt  qayınatası 

böyürdən çıxır, qız utanıb neyləyəcəyini bilmir, üzünü göyə 

tutub deyir: “Ay Allah, məni quş elə...” Allah da gəlinin səsini 

eşidib  onu  quşa  döndərir.  İndi  o  gəlin  başında  darağı  olan 

quşdu, dünyada eləcə yaşayır...”

 Hər şey qorxu adlı ilğımın o üzündə qalmışdı, bir daha o 

taya adlamaq barədə fikirləşmirdi. İttiham eləyənləri də, su-

sanları da, vicdanı olanların bir vaxt bütün bunlara görə əzab 

çəkəcəklərini də başa düşürdü. Amma onda itkiləri qaytar-

maq mümkün olmayacaqdı...

 ...Günlərin birində baldızı Aftab sevin-sevinə gəlib “Kom-

munist”  qəzetindəki  elanı  göstərdi:  Özbəkistanın  Urgənc 

şəhərində  yeni  yaradılmış  Xarəzm  Vilayət  Pedaqoji  İnstitu-

tunda  müəllim  yerlərini  tutmaq  üçün  müsabiqə  elan  olun-

muşdu.

  “Bəlkə,  gedəsən,  –  Aftab  ümidlə  dilləndi.  –  Əzətgil  də 



Daşkənddədilər. İmkan olsa, biz də gələrik, daha qorxu içində 

yaşamaqdan bezdik”.

 “Görək bacın nə deyir”, – Yusif Vəzir həyəcanını boğub 

sınayıcı nəzərlərlə arvadını süzdü.

  “Nə  deyəcəm,  təki  başın  salamat  olsun,  balalarına 

çörəkpulu  qazanasan.  Yerini  rahatlayandan  sonra  biz  də 

gələrik, Aftab düz deyir”.

  Qayınanası,  qaynı  da  razıydılar:  “Təki  burdan  uzaq  ol, 

gözə görünmə”. O da hər ehtimala qarşı portfelində saxladığı 

sənədlərin üzünü rayonda çıxartdırıb sifarişli məktubla insti-

tutun ünvanına göndərdi...

 Bundan sonra da intizarlı günlər başladı: əgər burda baş 

verənlərdən xəbər tutsalar, ya da haqqında məlumat almaq 

üçün  respublikanın  təhlikəsizlik  orqanlarına  müraciət 

eləsələr, onda... Bəlkə, Kiyev İmperator Universitetinin diplo-

mu  yaramadı,  ya  da  hüquqşünas  ixtisasının  uyğun  gəlmə-

diyini bəhanə gətirdilər...



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə